Yezid ibn Subeyt əl-Əbdi əl-Bəsri

Yezid ibn Subeyt əl-Əbdi əl-Bəsri (ərəb. یزید بن ثبیط ثبیط البدی البصری‎) — Kərbəla döyüşündə şəhid olan Hüseyn ibn Əli səhabələrindən biri.

Yezid ibn Subeyt əl-Əbdi əl-Bəsri

یَزید بن ثُبَیط العَبدی البَصری
Vəfat tarixi
Vəfat yeri Kərbəla, İraq
Vəfat səbəbi Kərbəla döyüşündə şəhid
Milliyyəti ərəb
Dini İslam

Yezid ibn Subeyt Bəsrədəki Əbdülqeys qəbiləsindən idi.[1]

İmam Hüseynə qoşulması

[redaktə | mənbəni redaktə et]

Hüseyn ibn Əlinin insanları ona köməyə çağıran məktubu Bəsrəyə çatdıqda, Yezid Hüseynin karvanına qoşulmaq qərarına gəldi. O, bunu bir sıra Bəsrə şiəsinin toplaşdığı Mariya binti Munqidin evində keçirilən görüşdə bildirdi. Onun on oğlu var idi, lakin onlardan yalnız ikisi, Abdullah və Ubeydullah Kərbəla döyüşündə iştirak etdilər. Əmir ibn Müslim əl-Əbdi və qulu Səlim, Seyf ibn Malik əl-Əbdi və Ədhəm ibn Ümeyyə əl-Əbdi də ona qoşuldular. Onlar Məkkə yaxınlığındakı Əbtədə Hüseynin karvanını qarşıladılar və orada öz çadırlarını qurdular. Hüseyn ibn Əli Yezid ibn Tubeytin gəlişini eşidəndə onu qarşılamaq üçün Yezidin çadırına getdi, lakin Yezid Hüseyni görməyə getdi. Hüseyn Yezidin çadırında qaldı və onun qayıtmasını gözlədi. Yezid Hüseynin çadırına çatanda ona dedilər ki, Hüseyn onu qarşılamağa çıxıb. Çadırına qayıdıb Hüseyni gördükdə “Allahın lütfü və rəhməti ilə sevinsinlər” ayəsini oxudu.[2] Sonra Hüseyn ibn Əli ilə salamlaşdı, sonra başına gələnləri ona danışdı. Hüseyn onun üçün dua etdi və sonra Hüseynin karvanına qoşuldular.[3]

Aşura günündə

[redaktə | mənbəni redaktə et]

Yezid və onun iki oğlu Aşura günü şəhid oldular.[1] Onun və oğullarının adı “Ziyarət əl-Şühəda”da qeyd olunur: “Salam olsun Zeyd ibn Subeyt əl-Qeysiyə; salam olsun, Yəzid ibn Subeyt əl-Qeysinin iki oğlu Abdullah və Ubeydullaha.”

  1. 1 2 Tarih-i Tabari. tarikh al-umam wa-al-muluk. 5. 353. 2021-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-25.
  2. Qur'an 10:58.
  3. Tarih-i Tabari. Tarih-i Tabari. 5. 353–354. 2021-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-25.