Yoana Palasio Mahmudova – Kuba əsilli Azərbaycan qadın voleybolçusu. 2010-cu ildə Yaponiyada keçirilmiş voleybol üzrə qadınlararası dünya çempionatında Kuba millisinin heyətində çıxış etmişdir 2011-ci ildə keçirilmiş Pan-Amerika Oyunlarında gümüş medal qazanmış, Ən yaxşı spayker və Ən dəyərli oyunçu seçilmişdir. 2009 və 2011-ci illərdə NORCECA Kontitental Çempionatının bürünc medalını qazanmışdır.
2009–2011-ci illərdə "Siudad Havana" komandasının tərkibində Kuba Milli Liqasının üçqat qalibi olmuşdur. 2015-ci ildə "Rabitə" klubu ilə Azərbaycan çempionatının qızıl medalını qazanmışdır.
Palasio 2008-ci ildə keçirilmiş Kuba Milli Oyunlarında "Sentrales" komandasının tərkibində çıxış etmiş və "Venesuela" komandasına 3–0 hesabı ilə qalib gələrək bürünc medalın sahibi olmuşdur.[1][2] 2008-ci ildə Kuba millisi ilə NORCECA Kontinental Çempionatının qalibi olmuşdur.[3][4] O, 2009-cu ildəki Kuba Milli Liqasında "Kapitalinas" klubunda oynayaraq finalda "Serranas" klubuna 3–0 hesabı ilə qalib gəlmişdir.[5] O, 2009-cu ildə Respublikası Prezidenti turnirindəKuba milli komandasının heyətində çıxış edərək turnirin qalibi olmuş, finalda Peru komandasını məğlub etmişdir.[6] 2009-cu ildə keçirilmiş NORCECA Çempionatında ABŞ millisinə 3–2 hesabı ilə qalib gələrək bürünc medal qazanmışdır.[7]
Palasio 2010-cu ildə "Kapitalinas" komandası ilə Kuba Milli Liqasının qalibi olmuşdur.[8][9] O, dünya çempionatına hazırlaşmaq üçün Peruya səyahət etmişdir.[10][11] 2010-cu ildə Kuba Milli Oyunlarında "Oksidentales" komandası ilə qızıl medal qazanmışdır. O, 2010-cu ildə keçirilmiş dünya çempionatında Kuba millisini təmsil etmişdir. Komandası turnirdə 12-ci yeri tutmuşdur.
Palasio 2011-ci ildə "Kapitalinas" komandası ilə Kuba Milli Liqasının qalibi olmuş, bəzən libero, bəzən spayker kimi oynamışdır. 2022-ci ildəki Monro Voley Masters turnirində milli komandası ilə gümüş medal qazanmış,[12]Yaponiya millisinə 0–3 hesabı ilə məğlub olmuşdur.[13][14] O, 2011-ci ildə baş tutmuş Pan-Amerika Oyunlarında milli komandası ilə gümüş medal qazanmış, Ən dəyərli oyunçu və Ən yaxşı spayker adlarını layiq görülmüşdür.[15] Həmin İdman Xronikaçıları Dairəsi və Kuba İdman İnstitutu tərəfindən İlin ən yaxşı Kuba idmançılarından biri kimi seçilmişdir.[16][17]
Palasio 2012-ci ildə Perunun Lima şəhərində keçirilmiş Latın Kubokunda Ən dəyərli oyunçu və Ən yaxşı spayler olmuşdur.[18] Onun milli komandası qızıl medal qazanmışdır. Tisuana şəhərinə səfər edərək 2012 Yay Olimpiya Oyunlarının təsnifat turnirində iştirak etmişdir. Komandası finalda Dominikan Respublikasının komandasına 1–3 hesabı ilə məğlub olmuşdur.[19] O, turnirin ən yaxşı spaykeri seçilmişdir.[20] Kuba millisinin oyunlara qatılmaq şansı bir daha yaransa da, komanda cəmi 2 oyun udaraq turnirə vəsiqə əldə edə bilməmişdir.[21] Palasio Kubanın U-23 komandasında çıxış edərək həmin keçirilmiş U-23 Pan-Amerika Kubokunda 5-ci olmuşdur. Turnirdən sonra Palasio milli komandadakı yoldaşı Yanelis Santos ilə birlikdə Çinin "Henan Tszinyuan" klubuna keçdiyini açıqlasa da,[22][23] Çinə gedə bilməmişdir.[24]
Palasio 2013-cü ildə keçirilmiş Pan-Amerika Kubokunda milli komandası ilə 6-cı yeri tutmuşdur.[25] O, 2013 FİVB Qranprisinə komandasının əsas oyunçusu kimi qatılmış, komandası 20 komanda arasından 19-cu yeri tutmuşdur.[26][27] 2013-cü ildəki NORCECA Çempionatından öncə Kuba Voleybol Federasiyası oyunçunun milli komanda ilə Nebraska ştatının Omaha şəhərinə səfər etməyəcəyini bildirmiş,[28] bunun səbəbini oyunçu ilə yaşanan anlaşılmazlıqla əlaqələndirmişdir.[29]
Palasio 2014-cü ildə Azərbaycanın "Rabitə" klubu ilə müqavilə bağladığını açıqlamışdır.[30] O, 2014–2015 mövsümündə "Rabitə" ilə CEV Çempionlar Liqasında yarışmış, lakin mübarizəni erkən dayandırmışdır.[31][32] 2015-ci ildə CEV Kubokunda bürünc medal qazanmış,[33] eləcə də, Azərbaycan çempionatının qalibi olmuşdur.[34]Lima şəhərindəki bir dostunu ziyarət edərkən bir taksi onu vurmuş və ayağı zədələnmişdir.[35][36] 2015–2016 mövsümündə "Voley Bauru" klubu ilə müqavilə bağlamağa yaxın olmuş, lakin sol diz zədəsindən əziyyət çəkmişdir.[37]
Palasio İtaliyanın "Bolzano" klubu ilə müqavilə bağlamağa hazırlaşsa da,[38]Bauruda qalmış və əməliyyat keçirdikdən sonra yerli klubla oynamağı planlaşdırmışdır. Lakin 2016-cı ildə Türkiyənin "Beşiktaş" klubunun təklifini qəbul etmişdir.[39] 2016-cı ilin oktyabrında klubdan ayrıldığını açıqlamışdır.[40][41][42] O, bir müddət Çində çıxış etmiş, çıxış etdiyi klubu aşağı liqaya düşməməsində vacib rol oynamışdır.[43] Braziliyanın "Voley Bauru" klubuna keçərək Paulista Çempionatında çıxış etmiş, turnirdə 108 xalla yadda qalmışdır.[44] Klub ona 2017–18 mövsümü üçün də müqavilə təklif etmişdir.
Palasio 2014-cü ildə Azərbaycanda evlənmiş[17] və Azərbaycan vətəndaşlığını almışdır. Mahmudova soyadını qəbul etmişdir.[45][46][47] Boyu 185 santimetr, çəkisi 67 kiloqramdır.[48]