Rabitə Bakı — Azərbaycanın Bakı şəhərini təmsil edən qadınlardan ibarət voleybol klubu idi. 2004-cü ildən yaranan komanda 2008-ci ildən etibarən Voleybol üzrə Azərbaycan Superliqasında mübarizə aparırdı. Komanda tez-tez heyətini dəyişdirdiyindən hər mövsüm Rabitədə fəqli-fərqli voleybolçuları görmək olardı. Yerli voleybolçulara üstünlük verməyən klubda dünyanın hər yerindən ən tanınmış simaları görmək mümkün idi. Komandanın əvvəlki heyətinə baxdıqda onlarla dünya çempionu, olimpiya çempionu və mükafatçıları görmək mümkündür.[1][2] 8 qat Azərbaycan çempionu, 2011-ci və 2013-cü illərin Çempionlar Liqasının finalçısı, 2014-cü ildə isə üçüncüsü, 2011-ci il klublararası Dünya Çempionatının qalibi və 2012-ci ildə isə finalçı olub.
Rabitə Bakı | |||
---|---|---|---|
Şəhər | Bakı | ||
Ləqəb(lər) | Rabitəçilər | ||
Rəng(lər) |
Qırmızı-sarı - |
||
Yaranma tarixi | 14 dekabr 2001 | ||
Meydança | Sərhədçi İdman Olimpiya Mərkəzi | ||
Tutumu | 2500 | ||
Prezidenti | Cəlil Cəfərov | ||
Baş məşqçisi | Eldar Yusubov | ||
Liqa | Voleybol üzrə Azərbaycan Superliqası | ||
2012-2013 | Çempion | ||
|
|||
Rəsmi saytı |
2001-ci ilin 14 dekabrında əsası qoyulan Rabitə Voleybol Klubunun Rabitə Bakı komandası 2004-cü ildə yaradılmışdı.[3] Klub ölkə çempionatında ilk gümüş medalını 2005-ci ildə qazanıb. 2007-ci ildə ilk dəfə qızıl medalı qazanıb.[4] Həmin ildən etibarən komanda hər il ölkə çempionatının qalibi olub. Rabitə həmçinin 2011-ci ildə Azərbaycan Kubokunun qalibi olub.[4]
"Rabitə" həmçinin qitəmiqyaslı yarışlarda da iştirak edib. 2008-ci ildə Avropa Voleybol Konfederasiyasının Çağırış Kubokunun 1/8 final mərhələsinə qədər irəliləyib, bu mərhələdə mübarizəni dayandırıb.[4] Bir il sonra həmin yarışda 1/4 final mərhələsinə yüksələ bilib. 2010-cu ildə Rabitənin CEV Kuboku turnirdə çıxışı daha uğurlu alınıb. Bakıda keçirilən turnirin "dördlər finalı"nda çıxış edən Rabitə yarımfinalda Yamamaya uduzaraq üçüncü yer uğrunda görüşə çıxmalı olub. Bu oyunda qalib gələrək bürünc medal qazanıb.[4]
2010-2011-ci illər mövsümü Rabitə üçün çox əlamətdar olub. Çempionlar Liqasında debüt edən Rabitə qrup mərhələsini birinci yerdə bitirərək növbəti mərhələyə vəsiqə qazanıb.[6] Növbəti mərhələlərdə Çexiyanın VK Modranska Prostejov[7] və Polşanın Bank Fakro Mujşina[8] klublarına qalib gələrək turnirin "dördlər finalı"na çıxıb. Yarımfinal oyununda İtaliyanın Skavolini Pezzaro klubuna 3-1 hesabı ilə qalib gələrək ilk dəfə iştirak etdiyi turnirin final oyununa vəsiqə qazanıb. Final oyununda Türkiyənin Vakıfbank klubuna məğlub olaraq gümüş medal qazanıb.[9] Bu nəticə ilə Rabitə həmin il Qətərin paytaxtı Dohada keçirilən FİVB Klublararası Dünya Çempionatına vəsiqə qazanıb və bütün rəqiblərini məğlub edərək qalib olub.[4]
Rabitə 2011-2012 mövsümündə də CEV Çempionlar Liqası turnirində yenidən iştirak edib. Qrup mərhələsini Fənərbaxçadan sonra ikinci yerdə tamamlayaraq 1/8 final mərhələsinə vəsiqə qazanıb.[10] Bu mərhələdə Polşanın Atom Sopot klubuna qalib gələrək son təsnifat mərhələsinə vəsiqə qazanıb.[11] Rabitənin bu mərhələdə rəqibi Fənərbağça klubu olub. Hər iki oyunda rəqibinə məğlub olan Rabitə mübarizəni dayandırıb və Bakıda keçirilən "dördlər finalı"na vəsiqə qazana bilməyib.[12]
2012-2013 mövsümündə Rabitə Çempionlar Liqasının qrup mərhələsini birinci yerdə tamamlayıb.[13] Növbəti mərhələdə Rabitənin rəqibi Fransanın Kann klubu olub, səfərdə 3-1, evdə isə 3-0 hesabı ilə qalib gələn Rabitə 1/3 final mərhələsinə vəsiqə qazanıb.[14] Bu mərhələdə Rabitə Rusiyanın Dinamo Kazan klubu ilə qarşılaşıb, Rabitə hər iki oyunda 3-1 hesabı ilə qalib gələrək "dördlər finalı"na vəsiqə qazanıb.[15] Türkiyənin İstanbul şəhərində keçirilən "dördlər finalı"nda ilk oyunda İtaliyanın Yamamay klubuna tay-brekrə qalib gələrək final oyununa vəsiqə qazanıb. Final oyununda rəqib Vakıfbank klubu olub, 2011-ci ildə olduğu kimi bu dəfə də Rabitə rəqibinə məğlub olaraq ikinci yeri tutub.[16]
2013-14 mövsümündə Rabitə yenə çempionlar liqasındakı uğurlu çıxışı ilə yadda qalıb. Qrup mərhələsini uğurla adlayan çempionlarımız bu dəfə "dördlər finalı"na ev sahibliyi etdi. Turnirin yarımfinalında Dinamoya bu səfər məğlub olan Rabitə üçüncülük matçında Əczacıbaşı Vitrayı məğlub edərək bürünc medalların sahibi olub.
Bu məqalə Rabitə Bakının son mövsümdəki heyəti haqqındadır. Klubun əvvəlki heyətlərinə baxmaq üçün Rabitənin mövsümlər üzrə heyətləri səhifəsinə baxın. |
Nömrə | Oyunçunun adı | Mövqeyi | Boyu(metr) | Çəkisi(kq) | Doğum tarixi | Hücum yüksəkliyi (sm) |
1 | Vilma Alişanova | Hücumçu | 1.91 | 72 | 1991 | 321 |
4 | Yoana Mahmudova | Hücumçu | 1.85 | 72 | 1990 | 327 |
5 | Nataşa Krsmanoviç | Blokçu | 1.88 | 73 | 1985 | 305 |
6 | Tetori Dikson | Blokçu | 1.93 | 90 | 1992 | 308 |
7 | Silva Əzimli | Diaqonal | 1.92 | 80 | 1991 | 317 |
8 | Aurea Kruz | Hücumçu | 1.80 | 63 | 1982 | 310 |
9 | Brenda Kastillo | Libero | 1.67 | 55 | 1992 | 245 |
13 | Nutsara Tomkom | Toppaylayıcı | 1.69 | 57 | 1985 | 289 |
14 | Bəyaz Əliyeva | Libero | 1.76 | 60 | 1990 | 255 |
16 | Foluke Akinradevo | Blokçu | 1.91 | 79 | 1987 | 331 |
17 | Katarjina Skovronska | Diaqonal | 1.89 | 75 | 1983 | 314 |
18 | Dora Horvat | Hücumçu | 1.88 | 75 | 1988 | 302 |
2004-2013-cü illər ərzində Azərbaycan Respublikasının Çempionatları (Yüksək Liqa):
23-27 sentyabr 2005-ci il tarixlərində Bakı şəhərində Böyük Vətən Müharibəsindəki Qələbənin 60 illiyinə həsr olunmuş Müstəqil Dövlətlər Birliyi üzvü olan dövlətlərin V Beynəlxalq İdman Oyunlarında qızıl medallar.
19-24 iyun 2006-cı il tarixlərində Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinin "Dostluq, sülh və sağlamlıq" devizi altında VI Beynəlxalq İdman Oyunlarında gümüş medallar.
2007/2008-ci voleybol mövsümündə Avropa Voleybol Konfederasiyasının təşkil etdiyi "CHALLENGE CUP" turnirinin 1/8 final mərhələsi.
2008/2009-cu voleybol mövsümündə Avropa Voleybol Konfederasiyasının təşkil etdiyi "GM CAPITAL CHALLENGE CUP WOMEN 2008-2009" turnirində 1/4 final mərhələsi.
2009/2010-cu voleybol mövsümündə Avropa Voleybol Konfederasiyasının təşkil etdiyi "CEV CUP WOMEN 2009-2010" turnirində 3-cü yer.
2010/2011-ci voleybol mövsümündə Avropa Voleybol Konfederasiyasının təşkil etdiyi "CHAMPIONS LEAGUE" turnirində 2ci yeri tutub və Beynəlxalq Voleybol Federasiyasının təşkil etdiyi Klublararası Dünya Çempionatına vəsiqə qazanıb.
2011 FIVB Dünya Klublarası Çempionu
2011/2012-ci il Çempionlar Liqasının 1/4 final mərhələsi
2012 FIVB Dünya Klublarası Çempionatın gümüş mükafatçısı
2012/2013-ci il Çempionlar Liqası gümüş mükafatçı
2013/2014-cü il Çempionlar Liqası bürünc mükafatçı
son yenilənmə: 9 dekabr 2010-cu il[17][18][19][20]
Turnir | O | Q | M | S |
---|---|---|---|---|
Çempionlar Liqası | 5 | 3 | 2 | 13-7 |
CEV kuboku | 10 | 5 | 5 | 21-18 |
Çelenc Kuboku | 12 | 6 | 6 | 23-20 |
CƏMİ | 27 | 14 | 13 | 57-45 |
Mövsüm |
---|
Mövsüm | Turnir | Mərhələ | Rəqib | I oyun | II oyun | Qızıl set | Nəticə |
---|---|---|---|---|---|---|---|
2007/2008 | CEV kuboku | 1/16 final | Hit Nova Gorica | (s)0:3 | (e)2:3 | 0-2 | |
2007/2008 | Çağırış kuboku | II mər | AEL Limassol | (e)3:0 | (s)3:2 | 2-0 | |
1/8 final | Olympiakos Pireo | (s)0:3 | (e)0:3 | 0-2 | |||
2008/2009 | Çağırış kuboku | II mər | Viesti Salo | (s)2:3 | (e)3:0 | 1-1 | |
1/16 final | Karşıyaka İzmir | (s)3:0 | (e)3:0 | 2-0 | |||
1/8 final | Dresdner SC | (s)1:3 | (e)3:0 | 1-1 | |||
1/4 final | CV Albacete | (e)1:3 | (s)1:3 | 0-2 | |||
2009/2010 | CEV Kuboku | 1/16 final | Impel Gwardia | (s)3:1 | (e)3:1 | 2-0 | |
1/8 final | Rocheville Le Cannet | (s)1:3 | (e)3:0 | 1-1 | |||
1/4 final | Eczaçıbaşı İstanbul | (e)3:0 | (s)1:3 | 1-1 | |||
1/2 final | Yamamay | (e)2:3 | 0-1 | ||||
3- cü yer | Uraloçka | (e)3:1 | 1-0 | ||||
2010/2011 | CEV Çempionlar Liqası | Qrup mər | Dinamo Romprest | (s)3:0 | (e)3:0 | 2-0 | |
Qrup mər | Scavolini Pesaro | (e)3:1 | (s)2:3 | 1-1 | |||
Qrup mər | Aluprof Bielsko-Biała | (s)2:3 | (e)3:0 | 1-1 | |||
1/6 final | Modřanská Prostějov | (s)2:3 | (e)3:0 | (e)1:0 | 2-1 | ||
1/3 final | Muszyna | (s)3:0 | (e)3:0 | 2-0 | |||
1/2 final | Scavolini Pesaro | (n)3:1 | 1-0 | ||||
Final | Vakıfbank İstambul | (s)0:3 | 0-1 | ||||
2011/2012 | CEV Çempionlar Liqası | Qrup mər | ASPTT Miluza | (e)3:0 | (s)3:0 | 2-0 | |
Qrup mər | Dresdner SC | (s)3:0 | (e)3:0 | 2-0 | |||
Qrup mər | Fənərbaxça İstambul | (s)0:3 | (e)3:1 | 1-1 | |||
1/8 final | Atom Trefl Sopot | (s)1:3 | (e)3:1 | (e)1:0 | 2-1 | ||
1/4 final | Fənərbaxça İstambul | (e)0:3 | (s)0:3 | 0-2 | |||
2012/2013 | CEV Çempionlar Liqası | Qrup mər | Agel Prosteyov | (s)3:0 | (e)3:0 | 2-0 | |
Qrup mər | Villa Cortese | (e)3:1 | (s)3:1 | 2-0 | |||
Qrup mər | Atom Trefl Sopot | (s)3:0 | (e)3:1 | 2-0 | |||
1/6 final | RC Cannes | (s)3:0 | (e)3:1 | 2-0 | |||
1/3 final | Dinamo Kazan | (e)3:1 | (s)3:1 | 2-0 | |||
1/2 final | Yamamay Busto Arsizio | (n)3:2 | 1-0 | ||||
Final | Vakıfbank İstambul | (s)0:3 | 0-1 | ||||
2013/2014 | CEV Çempionlar Liqası | Qrup mər | Omiçka Omsk | (e)3:2 | (s)3:2 | 2-0 | |
Qrup mər | Béziers Volley | (s)3:0 | (e)3:1 | 2-0 | |||
Qrup mər | Dresdner SC | (s)3:0 | (e)3:0 | 2-0 | |||
1/2 final | Dinamo Kazan | (e)3:2 | 0-1 | ||||
3-cü yer | Eczaçıbaşı | (e)3:0 | 1-0 | ||||
2014/2015 | CEV Çempionlar Liqası | Qrup mər | Chemik Police | (s)0:3 | (e)2:3 | 0-2 | |
Qrup mər | Dinamo Kazan | (e)3:2 | (s)0:3 | 1-1 | |||
Qrup mər | Agel Prosteyov | (s)2:3 | (e)3:1 | 1-1 | |||
2014/2015 | CEV Kuboku | Çelenc Raund | Béziers Volley | (s)3:1 | (e)3:0 | 2-0 | |
1/2 final | Dinamo Krasnodar | (s)1:3 | (e)0:3 | 0-2 | |||
2016/2017 | CEV Çempionlar Liqası | Qrup mər | Chemik Police | (e)0:3 | (s)1:3 | 0-2 | |
Qrup mər | Liu Jo Nordmeccanica Modena | (e)1:3 | (s)0:3 | 0-2 | |||
Qrup mər | Imoco Volley | (s)0:3 | (e)0:3 | 0-2 | |||
Mövsüm |
---|
Mövsüm |
---|
"Rabitə Bakı" voleybol klubunun 2011-ci il FIVB klublararası dünya çempionu olması münasibətilə Azərbaycan Respublikası Rabitə Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən 26 dekabr 2011-ci ildə Azərbaycanın poçt markası dövriyyəyə buraxılmışdır.
Poçt markası çərçivəli dişi 14,0 olan ofset, təbaşirli, yapışqanlı marka kağızında çap olunmuşdur. Rəssamı X. Mirzəyev olan həmin markanın ölçüsü 40 x 28 mm, tirajı isə 15 000 ədəddir. Suvenir səhifəsinin ölçüsü isə 102 x 110 mm-dir. Qiyməti 1 manat olan markanın üzərində "Rabitə Bakı" voleybol klubunun 2011-ci il FIVB klublararası dünya çempionatında mükafatlandırma mərasimindən sonra çəkilmiş komanda şəkili yerləşdirilmişdir. Suvenir səhifəsinin üzərinə isə "Rabitə Bakı" voleybol klubunun 2011-ci il FIVB klublararası dünya çempionatında keçirdiyi oyunlardan epizodlar və klubun emblemi həkk olunmuş, azərbaycan və ingilis dillərində böyük hərflərlə FIVB Klublararası Dünya Çempionu (FIVB Clubs World Champions) və 2011 sözləri yazılmışdır. Marka ilə bağlı əsas diqqət çəkən məqamlardan biri isə, markanın üzərində buraxılış ilinin göstərilməməsidir. Bu marka Azərbaycan poçt markalarının kataloquna daxil olan sayca 1014-cü poçt markadır[21][22][23].