Hegel

Georq Vilhelm Fridrix Hegel (alm. Georg Wilhelm Friedrich Hegel‎; 27 avqust 1770[1][2][…], Ştutqart, Vürtemberq qraflığı[d], Müqəddəs Roma imperiyası[3]14 noyabr 1831[1][2][…], Berlin, Prussiya, Almaniya ittifaqı[3]) — alman filosofu, obyektiv idealist, klassik alman fəlsəfəsinin nümayəndəsi. Gəncliyində radikal təfəkkür tərzi ilə fərqlənmişdir.

Georq Vilhelm Fridrix Hegel
alm. Georg Wilhelm Friedrich Hegel
Doğum tarixi 27 avqust 1770(1770-08-27)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 14 noyabr 1831(1831-11-14)[1][2][…] (61 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vəba
Dəfn yeri
  • Doroteenştadt qəbiristanlığı[d]
Dövr XIX əsr fəlsəfəsi
İstiqaməti Alman klassik fəlsəfəsi, Hegelçilik
Əsas maraqları fəlsəfə, məntiq, tarix fəlsəfəsi, estetika, din, metafizika, epistemologiya, siyasi fəlsəfə, Sosial fəlsəfə
Təsirlənib Fridrix Şellinq, İmmanuel Kant, Efesli Heraklit, Benedikt Spinoza, Şarl Lui Monteskyö, Aristotel, Platon, Plotin, Prokl, Kenterberili Anselm, Nikolay Kuzanlı, Rene Dekart, Jan Jak Russo, Yakob Böhm, Yohann Qotlib Fixte, Fridrix Şleyermaher[d]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klassik alman fəlsəfəsi Hegelin simasında öz zirvəsinə çatır. Hegel intellektual intuisiyanı fəlsəfi biliyin ən yüksək forması olduğu haqqında Şellinqin təlimini qəbul etməmişdir. O, əksinə sübut etməyə çalışmışdır ki, vahiddən çoxluğun yaranması rasional idrakın predmeti ola bilər. Bu idrakın instrumenti məntiqi təfəkkür, əsas forması isə anlayışdır. Lakin Hegel göstərirdi ki, bu xüsusi növ məntiqi idrakdır. Onun əsasında formal məntiq deyil, dialektik məntiq durur. Hərəkətverici qüvvəsini isə ziddiyyət təşkil edir. Hegel qeyri-ziddiyyətlik haqqında Aristotelin qanununu rədd etdi. O, anlayışların təbiətinə yenidən nəzər salmağı tələb edərək göstərirdi ki, indiyə qədər anlayışları subyektiv hesab edirdilər. Əslində isə gerçəklikdə mütləq anlayış subyekt və obyektin eyniyyətidir[4]

Hegel fəlsəfəsi

[redaktə | mənbəni redaktə et]

Hegelin fəlsəfəsi burjua inqlabı ərəfəsində Almaniyanın inkişafının ziddiyətli xarakterini əks etdirmişdir, bu fəlsəfədə Hegelin ideoloqu olduğu alman burjuaziyasının ikili təbiəti ilə öz əksini tapmışdır. Buradan da Hegel fəlsəfəsinin, bir tərəfdən Almaniyada burjua inqlabının ideya cəhətdən hazırlanmasının ifadəsi olmaq etibarilə mütərəqqi və hətta inqlabi meylləri, digər tərəfdən isə alman burjuaziyasının qeyri-ardıcıllığının və qorxağlığının, onun mürtəce yunkerlərlə kompromislərə meylinin nəticəsi olmaq etibarilə mühafizəkar və mürtəce ideyaları irəli gəlmişdir.

Bu ikililik Hegelin əsərlərinin hamısında, o cümlədən "Ruhun fenomenologiyası"(1807) əsərində də öz ifadəsini tapmışdır. Bu əsərdə özünün ilk rüşeyimlərindən başlayaraq şüurlu surətdə elmə və elmi metodologiyaya sahib olunana qədər insan şüurunun keçirmiş olduğu təkamül nəzərdən keçirilir.[5]

Hegel subyekt, fəal, aktiv başlanğıc olmaq etibarilə substansiya haqqında tezisi əsaslandırmışdır. Hegel fəlsəfəsinin əsas müddəasını varlıq və təfəkkürün eyniyyəti, yəni real aləmin ideyanın, anlayışın, ruhun, təzahürü kimi başa düşülməsi təşkil edir. Bu eyniyyəti Hegel mütləq ideyanın öz-özünü dərk etməsinin tarixən inkişaf edən prosesi kimi nəzərdən keçirmişdir. İnkişaf etmiş formasında Hegelin mütləq (obyektiv) idealist sistemində[6] məzmunu aşağıdakından ibarətdir: təbiətcəmiyyətin bütün hadisələrinin əsasında absolyut, ruhi və şürlu başlanğıc — "mütləq ideya","dünya zəkası" və yaxud "dünya ruhu" durur. Bu başlanğıc aktiv və fəaldır, həm də onun fəaliyyəti təfəkkürdən, daha dürüst deyilsə, öz-özünü dərk etməkdən ibarətdir.

Mütləq ideya öz inkişafında üç mərhələdən keçir:

  1. ideyanın öz xüsusi aləmində,"xalis təfəkkür stixiyasında" inkişaf etməsi-Məntiq. Burada ideyanın məzmunu bir-bir ilə bağlı və bir-birinə keçən məntiq kateqoriyaları sistemində öz məzmununu aşkara çıxarır;
  2. ideyanın "özgə varlıq" formasında, yəni təbiət formasında inkişaf etməsi-Təbiət fəlsəfəsi;təbiət inkişaf etmir, o, təbiətin ruhi mahiyyətini təşkil edənməntiq kateqoriyalarının öz inkişafının yalnız xarici təzahürüdür;
  3. ideyanın təfəkkürdə və tarixdə (ruhda)inkişafı-Ruh fəlsəfəsi. Bu mərhələdə mütləq ideya yenidən öz-özünə qayıdır və insan şüurunun və fəaliyyətinin müxtəlif növlərində öz məzmununu dərk edir.

Lakin, təfəkkür və varlığın idealist eyniyyət prinsipi xarici aləmin və təfəkkürün qanunlarının vəhdətinin əsaslandırılması kimi çıxış edir. Bu prinsip Kant aqnostisizminə qarşı yönəlmişdir. Hegel fəlsəfəsinin ən qiymətli nailiyyəti "Məntiq elmi" (1812–1816) əsərində tam, dolğun şərh edilmiş dialektikadır . Bu əsərində Hegel dialektikanın mühüm qanunlarının və kateqoriyalarının təhlilini vermiş, dialektikanın, məntiqin və idrak nəzəriyyəsinin vəhdəti haqqında tezisi əsaslandırmış, fikir tarixində dialektik məntiqin ilk geniş sistemini yaratmışdır. Hegelin idrak nəzəriyyəsində rolu böyükdür, xüsusilə seyrçiliyin, Kantın "şey özündə" və hadisələr dualizminin tənqidi böyük əhəmiyyət kəsb edir.

Hegelin fundamental əsərləri

[redaktə | mənbəni redaktə et]

Hegelin həmçinin "Hüquq fəlsəfəsi"(1821),"Fəlsəfə tarixinə dair mühazirələr"(1833–36),"Estetikya dair mühazirələr" (1835–38),"Tarix fəlsəfəsinə dair mühazirələr"(1837) əsrində də böyük maraq doğurur. Fəlsəfənin bütün sahələrində dialektikanın tətbiqi ilə, elmin aktual problemlərini dərindən təhlil etməklə böyük iz qoymuşdur. Hegelin fəlsəfəsinin idealizmi özünün dialektik ideyalarına zidd idi: aləmin və idrakın inkişafının başa çatmasınının etiraf edilməsi, dialektikanın mistikləşdirilməsi, inkişaf prinsipinin yalnız, ideal hadisələrə şamil edilməsi, bir sıra məntiqi kateqoriyaların inkişafında sxematik və sünilik, həmin kateqoriyaların sisteminin qapalılığı, dialektikadan ardıcıl sosial nəticələr çıxarmağı bacarmamaq və istəməmək, mövcud şəraitlə barışmaq və ona bəraət qazandırmaq, Prussiya monarxiyasının cəmiyyətin inkişafının zirvəsi hesab edilməsi, millətçi düşüncələri və s.

  • Fəlsəfə Ensklopedik Lüğəti. Bakı, 1997, səh 470–71
  1. 1 2 3 4 Friedrich Hegel // Nationalencyklopedin (швед.). 1999.
  2. 1 2 3 4 Georg Wilhelm Friedrich Hegel // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 3 4 Гегель Георг Вильгельм Фридрих // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Zeynəddin Hacıyev. Fəlsəfə. Bakı, "Turan evi", 2012. s.82–83
  5. Fenomenologiya özünün tarixi inkişafında götürülmüş şüur hadisələri — fenomenlər haqqında təlimdir
  6. "Fəlsəfə elmləri ensklopediyası"da qısa şərh edilmiş, 1817