Yol əhvalatı — kinorejissor Teymur Bəkirzadənin çəkdiyi komediya filmi.[1][2]
Şən və xeyirxah sürücü, gənc Mustafa (Vaxtanq Pançulidze) gözəl Zümrüdlə (Həmidə Ömərova) evlənmək arzusundadır. Ancaq oğlan qızın atasının, daha doğrusu, "işbaz", alverçi Qurbanın (Səyavuş Aslan) heç ürəyincə deyil. Bu uğursuz nişanlının öz sevgilisinə qovuşması üçün çalışması onu çətin vəziyyətlərə salır, amma o, inadından dönmür, nəhayət qalib çıxır. Zümrüd məhz ona ərə gedir.
Film iki sevən gəncin məhəbbəti fonunda əliəyrilərin ifşası ilə sona yetir.
- Ssenari müəllifi: Asim Cəlilov
- Quruluşçu rejissor: Teymur Bəkirzadə
- Quruluşçu operator: Şərif Şərifov, Ələsgər Ələkbərov
- Quruluşçu rəssam: Fikrət Əhədov
- Bəstəkar: Polad Bülbüloğlu
- Səs operatoru: Vladimir Savin
- Rejissor: Rafiq Dadaşov
- Montaj edən: Tahirə Babayeva
- Dekor rəssamı: Fikrət Ələkbərov
- Geyim rəssamı: N. Cəfərova
- Qrim rəssamı: L. Kuznetsova
- Rejissor assistenti: Mirzəbala Məlikov, Yusif Əlizadə (Yusif Əliyev kimi)
- Plyonka üzrə rəng ustası: F. Dadaşov
- Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu
- Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev
- Məsləhətçi: N. Əliyev (SSRİ-nin əməkdar təyyarəçisi), M. Babayev (milis polkovniki)
- Redaktor: Ramiz Rövşən (R. Əliyev kimi), Nadejda İsmayılova
- Çalır: Dövlət Kinematoqrafiya Orkestri və "Melodiya" İnstrumental Ansamblı
- Bədii rəhbər: Eldar Şengelaya
- İnzibatçı: F. Cəbiyev, Vladimir Dudniçenko, E. Nağıyev
- Filmin direktoru: Rimma Abdullayeva
- Səyavuş Aslan — Qurban
- Vaxtanq Pançulidze — Mustafa
- Həmidə Ömərova — Zümrüd
- Kamil Məhərrəmov — Paşa
- Yaşar Nuri — Makintoş
- Hacı İsmayılov — Mürşüd
- Sofa Bəsirzadə — Sona nənə
- Ceyhun Mirzəyev — İbadulla
- Yusif Əlizadə — Fərid
- Adil İsmayılov — təyyarəçi
- Məmmədkamal Kazımov — Şəmsi
- Eldəniz Zeynalov — şikayətçi
- Zərnigar Ağakişiyeva — Ədilə
- Mübariz Əlixanoğlu — milis nəfəri
- Rahib Əliyev — elçi gələn
- Məmmədağa Dadaşov
- Muxtar Maniyev — Milis nəfəri
- Ofeliya Aslan (Ofeliya Aslanova kimi) — Kübra
- Dadaş Kazımov — sərnişin
- Telman Adıgözəlov — tələbə
- Şahin Cəbrayılov — milis nəfəri
- Ələsgər Məmmədoğlu — aeroportdakı adam
- Aqşin Rəsulov — aeroportdakı adam
- Əliqulu Səmədov — alıcı
- Mayak Kərimov — alıcı
- Zilli Namazov — aeroportdakı adam
- Ramiz Məmmədov — aeroportdakı adam
- Sədaqət Zülfüqarova — xala
- Sadıq Hüseynov — sərnişin (titrlərdə yoxdur)
- Əliabbas Qədirov — İbadulla (Ceyhun Mirzəyev) (titrlərdə yoxdur)
- Hamlet Xanızadə — təyyarəçi (Adil İsmayılov) (titrlərdə yoxdur)
- Pərviz Bağırov — Mustafa (Vaxtanq Pançulidze) (titrlərdə yoxdur)
- Eldəniz Rəsulov — elçi gələn (Rahib Əliyev) (titrlərdə yoxdur)
- Tələt Rəhmanov — elçi gələn (titrlərdə yoxdur)
- Şahmar Ələkbərov — Fərid (Yusif Əlizadə) (titrlərdə yoxdur)
- Gülşən Qurbanova — Kübra (Ofeliya Aslan) (titrlərdə yoxdur)
- Ramiz Əzizbəyli — Paşa (Kamil Məhərrəmov) (titrlərdə yoxdur)
- Zabrat Aeroportu
- Bakı Şəhər Dövlət Avtomobil Müfəttişliyi
- ↑ “Yol əhvalatı”nda maraqlı əhvalatlar: Xalq artisti və rejissor film barədə bilmədiyimiz faktları açıqladı: [Hacı İsmayılov və Yusif Əlizadənin söylədikləri] //Azadlıq.- 2015.- 2 mart.- S.14.
- ↑ Erməni operator “Yol əhvalatı”nı zay plyonkaya çəkmişdi: “Kadrarxası” rubrikasının növbəti filmi “Yol əhvalatı”dır//Azadlıq. — 2014. — 5-6 iyul. — S.13.
- ↑ Bədəlov, N. “Bizim kino” [Teymur Bəkirzadənin "Yol əhvalatı" filminin kadrarxası məqamları] //ANS TV.- 2016.- 23 aprel.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 288.
Azərbaycan filmlərinin siyahısı
Filmi izlə
Yol əhvalatı film posteri