Yonca kök yumrusu uzunburunu

Yonca kök yumrusu uzunburunu (lat. Sitona Longulus) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Uzunburun böcəklər fəsiləsinə aid olan növ.

Yonca kök yumrusu uzunburunu
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Yonca kök yumrusu uzunburunu
Beynəlxalq elmi adı

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

3–6 mm uzunluqdadır. Qısa, yoğun xortuma malikdir. Böcəyi uzunsov ovalvarıdır. Əksər hallarda bədənləri kül rəngindədir. Yumurtası ovalvarı olub, açıq sarı rənglidir. Uzunluğu 0,4 mm, eni təxminən 0,3 mm-dir. Sürfəsi ağ və ya çirkli-ağ rəngdə olub. Başı qonurdur. Ayağı yoxdur. Bədəninin üzərində seyrək tükcüklər vardır. Uzunluğu 5–6 mm-dir. Pupu sarımtıl, yaxud çirkli-ağ rəngdədir. Sərbəstdir. İnkişafının axırında gözləri və çənələri tünd rəngdə olur.

Böcək yetkin halda yonca köklərinin dibində, torpağın üst səthində kəsəklər altında, və torpaq yarıqlarında qışlayır. Erkən yazda-martın axırlarında onlar qış yuxusundan oyanır və hələ yonca cücərməmiş sahələrə yayılır. Böcəklər yoncanın ilk vegetasiya dövründən başlayaraq onun cücərtiləri ilə qidalanır. Bəzən onun yerüstü hissəsini tamamilə yeyə bilir. Adi hallarda yoncanın uc hissələri və yarpaqları ilə qidalanır. Bir az keçdikdən sonra erkək böcəklərlə dişi böcəklər cütləşir və sonra dişi fərdlər yumurta qoymağa başlayır. Yumurtalar yonca bitkisinin kök boğazı yanına qoyulur. Hər bir dişi böcək 1500-ə qədər yumurta qoya bilir. Böcəklərin məhsuldarlığı qidalnma şəraitindən, havanın temperaturundan və rütubətlindən xeyli asılıdır. Ümumiyyətlə Sitona cinsinin nümayəndələri quraqlıq sevən həşəratdır. Yumurtalar qoyulduqdan 2-3 gün sonra qaralmağa başlayır və bir müddətdən sonra onlardan kiçik sürfələr çıxır. Yenicə çıxan sürfələr çox mütəhərrikdir. Onlar dərhal torpağa girir, yoncanın kökünü, kök yumrusunu və əmici telləri gəmirir. Bu zaman çökəkciklər və şırımlar əmələ gəlir. Bir sürfə bir kök yumrusunu yedikdən sonra başqasına keçir. Beləliklə o, yaşadığı müddət ərzində bir neçə kök yumrusu ilə qidalanır. İri yaşlı sürfələr kök yumrularını tamamilə yeyə bilir. Sürfələr əsasən torpağın 10-20 sm dərinliyində olur. Bəzən onlara 50 sm dərinlikdə də təsadüf edilir. Sürfələrin inkişafı 30-40 günə başa çatır. Sonra onlar torpaq içərisndə puplaşmağa başlayır. Pup 8-12 gün müddətində inkişafını bitirir. Pupdan çıxan cavan böcəklər bir müddət torpaq altında sakit halda qaldıqdan sonra torpağın üstünə çıxır və bitkilərin yarpaqlarını, qönçələrini və böyümə nöqtələrini gəmirir.Yonca kök yumrusu uzunburun böcəyi sürfələrinin fəaliyyəti nəticəsində azotla zəngin olan kök yumruları zədələnir və məhv olur. Bu isə yoncada yaşıl kütlənin əmələ gəlməsini zəiflədir və məhsulun azalmasına səbəb olur. Kök yumrularının kütləvi məhv olması nəticəsində pambıq növbəli əkinində yonca bitkisi öz əhəmiyyətini itirir.

Rusiya (Tümen, Kurqan, Omsk, Tomsk, Novosibirsk, Kemerovsk vilayəti, Altay), Qafqaz, Orta Asiya, Qazaxıstan, Mərkəzi və Şimal-Şərqi Avropada, Azərbaycanda isə yonca bitkisi əkilən bütün rayonlarda yayılıb.