York Universiteti[2] (ing. University of York) — İngiltərənin York şəhərində kollegial ali təhsil müəssisəsi. 1963-cü ildə yaradılmış universitet geniş spektrli fənləri əhatə edən 30-dan çox şöbə və mərkəzə qədər genişlənmişdir.
York Universiteti | |
---|---|
53°56′48″ şm. e. 1°03′09″ q. u.HGYO | |
Əsası qoyulub | 1963 |
Tələbə sayı | 17.155 |
Ölkə | |
Sayt | york.ac.uk |
Vikianbarda əlaqəli mediafayllar |
Universitet York şəhərinin cənub-şərqində yerləşir.[3] Universitet şəhərciyi təxminən 500 akr (200 hektar) əraziyə malikdir.[4]
Universitet ilk tələbələrini 1963-cü ildə 216 bakalavr, 14 aspirant və 28 akademik və inzibati heyətlə qəbul etdi. Universitet altı fakültə ilə işə başladı:[5] İqtisadiyyat, Təhsil, İngilis dili, Tarix, Riyaziyyat, Siyasət.[6]
O dövrdə universitet 3 binadan ibarət idi. Bir il sonra, hazırda universitetin əsas hissəsini təşkil edən Heslinqton şəhərciyində tikinti işləri başladı.
York Kollec-universitetidir və 11 kollecdən ibarətdir[7]
Adı | İli | Adını daşıyır |
---|---|---|
Dervent Kolleci | 1965 | Derwent çayı[8] |
Langvit Kolleci | 1965[a] | Langvith Kommon[[9] |
Alkuin Kolleci | 1967 | Yorklu Alkuin, alim və Böyük Karlın məsləhətçisi[10] |
Vanbrugh Kolleci | 1967 | Con Vanbrugh[11] |
Qudrik Kolleci | 1968[b] | Con Qudrik[12] |
Ventvorth Kolleci | 1972[c] | Strafford, Tomas Ventvort[13] |
Jeyms Kolleci | 1990[d] | Baron Erik Jeyms[14] |
Halifax Kolleci | 2002[e] | Edvard Vud, Halifax[15] |
Konstantin Kolleci | 2014 | İmperator Böyük Konstantin[16] |
Anne Lister Kolleci | 2021 | Anne Lister[17] |
David Kato Kolleci | 2022 | David Kato, Uqandalı hüquq müdafiəçisi[18] |
Universitet Bortvik Arxiv İnstitutu, İntibah və Erkən Müasir Araşdırmalar Mərkəzi, XVIII Əsr Araşdırmaları Mərkəzi, Müasir Araşdırmalar Mərkəzi, Orta Əsr Araşdırmaları Mərkəzi, Effektiv Təhsil İnstitutu da daxil olmaqla bir sıra fənlərarası tədqiqat mərkəzlərinə ev sahibliyi edir.
Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref>
teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/>
teq tapılmadı