York burnu (Avstraliya)

York burnu[1] (ing. Cape York) — Avstraliya materikinin ucqar şimal nöqtəsidir. Burun Keyp-York yarımadasında yerləşir. İnzibati cəhətdən Kvinslend ştatı ərazisinə daxildir. Burun Kerns şəhərindən 800 km şimal-qərbdə yerləşir. Şərqdən Mərcan dənizi, qərbdən isə Arafur dənizinin suları ilə yuyulur. Burundan 150 kimoletr şimalda Yeni Qvineya adası yerləşir. Burada Torres boğazı yerləşir.

York burnu
Yerləşməsi
10°41′14″ c. e. 142°31′53″ ş. u.
Akvatoriya Hind okeanı, Sakit okean
Ölkə  Avstraliya
York burnu xəritədə
York burnu
York burnu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. Frith, D.W., Frith, C.B. (1995). Cape York Peninsula: A Natural History. Chatswood: Reed Books Australia. Reprinted with amendments in 2006. ISBN 0-7301-0469-9.