Günəş Raqib qızı Mehdizadə (8 aprel 1985, Bakı, Azərbaycan SSR) — Azərbaycan kino aktrisası.
Günəş Mehdizadə | |
---|---|
Günəş Raqib qızı Mehdizadə | |
Doğum adı | Güntegin Raqib qızı Əliyeva |
Digər adları |
Günəş Mehdiyeva Günəş Əliyeva |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı[1] |
Vətəndaşlığı | Azərbaycan |
Uşağı | 2 |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 2004-cü ildən |
Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
İstiqamət |
kino serial |
Boyu | 1.70[2] |
Günəş Mehdizadə 8 aprel 1985-ci ildə Bakı şəhərində anadan olub. 2004–2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyoru ixtisası üzrə Vaqif İbrahimoğlunun kursunda təhsil almışdır.
2005-ci ildən etibarən aktrisa kimi kino karyerasına başlamışdır.
2008-ci ildə ailə həyatı qurmuşdur. 2 övladı var.
2013-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən kino sahəsində Gənclər mükafatına layiq görülmüşdür.[3][4]
18 dekabr 2014-cü ildə "Fədakar" filmində ifa etdiyi Fəridə obrazına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.[5]
2018-ci ildə "Yoxdu belə söhbət" filmindəki Sara roluna görə, Azərbaycan Kino Akademiyasının "Qızıl Pəri" peşə mükafatına namizəd olub.[6]