Yulen qoruğu (bolq. Юлен) — Bolqarıstanın şimal-qərbində yerləşən Pirin Milli Parkındakı təbiət qoruğu. Blaqoevqrad vilayətinin Bansko icmasında yerləşir. Yulen təbiət qoruğu 26 avqust 1994-cü ildə alp bitki növlərinin insan təsiri olmadan böyüməsini izləmək, habelə nadir bitki və heyvan növlərini qorumaq üçün qurulmuşdur[1][2]. Qoruq 3156 ha (31.56 km²)[2] sahəni əhatə edir.
Yulen qoruğu | |
---|---|
bolq. Юлен | |
Sahəsi | 31,56 km² |
Yaradılma tarixi | 26.08.1994 |
Yerləşməsi | |
41°58′34″ şm. e. 27°48′06″ ş. u. | |
Ölkə | Bolqarıstan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yulen 1600 ilə 2851 m yüksəklikdə yerləşir. Daşlar əsasən qranit və qneysdir, lakin karbonat süxurlarından (əhəng daşı, dolomit) ibarət olanlarda da var. Qoruq su ehtiyatları ilə zəngindir. Bir neçə çayın mənbəyi olan bir sıra buzlaq gölləri vardır. İqlimi hündürlüyünə görə alpdır. Torpaqlar əsasən qonur meşə və alp çəməndir.
Florası 700-dən çox növ damarlı bitkidən ibarətdir. Bunlardan 44-ü Bolqarıstanın Qırmızı Kitabına daxil edilmişdir[3]. Bəzi əhəmiyyətli növləri: Trollius europaeus, Anemonastrum narcissiflorum, Aquilegia aurea, Isoetes lacustrisu (Bolqarıstanda bu bitkinin tapıldığı yeganə yerdir), Rhynchocorys elephas, Carex rupestris və s. Buzlaşma dövründən qalma Empetrum nigrum və Sibbaldia procumbens kimi növlər də var.
Burada Balkan şamı, adi şam, adi küknar, Avropa ağ şamı və təcrid olunmuş halda Heldreyx şamından ibarət meşələr də vardır.
Yulendəki ən tipik məməlilər qonur ayı, canavar və qarapaçadır. Quş növlərin qorunması baxımından əhəmiyyətlidir və bunlara Nucifraga caryocatactes, tetra, qaya kəkliyi, kiçik tükcüllüt, berqut, tetraçalan və başqaları daxildir[1][2]. Günəşli ərazilərdə adi gürzəni görə bilərsiniz. Çaylar və bəzi buzlaq göllərində çox sayda qızılbalıq populyasiyası vardır.
Bansko şəhərindən təqribən 12 km məsafədə yerləşən Yulen Təbiət Qoruğunun ərazisində qədim bir qala vardır. Qazıntılar və arxeoloji tapıntılar bünövrəsinin hələ Roma İmperiyası dövründə qoyulduğunu isbatlamışdır. Qalanın uzunluğu təqribən 100 m, eni 25 ilə 40 metrdir. Qalanın yeganə görünən qalıqları şimal divarların kiçik bir hissəsidir.