Yulian sütunu — Yulian sütunu və ya xalq arasında Belkıs Minarəsi[1] olaraq bilinir. Ankaranın Ulus bölgəsindəki bir obeliskdir.
Yulian sütunu | |
---|---|
(türk. Julianus Sütunu) | |
Ölkə | Türkiyə, Ankara |
Hündürlüyü | 15 m |
Vikianbarda əlaqəli mediafayllar |
Son bütpərəst Roma imperatoru Yulian 362-ci ildə farslara qarşı müharibə elan edir və yönünün Ankaradan keçdiyi bir yol cızmışdır. İmperatorun ekspedisiyaya gedərkən bir ara verəcəyi və şəhərdə qalacağı xəbəri gəldikdən sonra bütün şəhərdə hazırlıqlar başlayır. Onu şərəfləndirmək üçün Yulian Sütunu qurulur. Sütun əvvəlcə bugünkü Türkiyə İş Bankı İqtisadi Azadlıq Müzeyi binası ilə Dovşan adlı bina arasındakı ərazidə tikilir, lakin yerin düzgün seçilməməsi səbəbi ilə gündən-günə əyilməyə başladığı üçün 1934-cü ildə hazırkı yerinə, Ankara Valiliyinin qarşısındakı Hökumət Meydanına köçürülür. Uzun illərdir heç bir təmir və ya bərpa görməyən Yulian sütunu, Valilik tərəfindən 2001-ci ildə bərpa edilir.
Təxminən 15 metr hündürlükdə olan sütun hörgü daşı ilə tikilmişdir[2]. Korint başlığı və sixri gövdəsi olan bir halqa şəklindədir. Başlığın şimala baxan fasadı tamamilə zədələnsə də, ümumiyyətlə yaxşı vəziyyətdədir. Əsas və gövdə çox sadə bir dizayna sahibdir və başlıq akantus yarpağı relyefləri ilə bəzədilmişdir. Andezitdən hazırlanmış bir platformaya qoyulmuş sütunun materialı ağ-boz rəngli əhəng daşıdır. Yazısı olmadığı üçün kimin tərəfindən və necə hazırlandığı barədə məlumat yoxdur.
Yulian sütunu illər keçdikcə dəyişməz qalan və xatirələrə həkk olunmuş leylək yuvası ilə birgə xatırlanır. Miqrasiya mövsümü ərzində şəhərə gələn leyləklərin burada yuva qurması müşahidə edilir. Sütun üzərindəki yuva açıqcalarda, poçt markalarında və şəhərin bir çox fotoşəkilində təsvir edilmişdir. Lakin həm köçürülmə prosesi zamanı, həm də bərpa işləri zamanı diqqətlə qorunub saxlanılan yuva şəhərdəki leyləklərin yemləmə və yaşayış sahələrinin məhdudlaşdırılması və daralması ilə əlaqədar yoxa çıxmışdır.