Akantus (ornament)

Akantus stilinin inkişaf xətti: a) Yunanıstan mədəniyyəti; b) Roman; c) Byzantine; d) Romanesque; e & f) Gothic; g) Renaissance; h & i) Baroque; j & k) Rococo
Akantus yarpaqları ilə bəzədilmiş kompozit kapitel
Acanthus nümunəsi
Acanthus spinosus çiçəyi

Akantus (yun: Ἄκανθος) qədim yunan memarlığında sütun başlarını bəzəmək üçün istifadə olunan bitki fiqurudur.

Azəricə adı “ayı pəncəsi” olan akantus, sıx, qalın, silindrik və dik çiçəkli, tikanlı, hündür, ot bitkilərindəndir. Çiçəkləri gözə çarpan olduğundan bəzək bitkisi kimi yetişdirilir. Akantus, ilk əsrlərdən bəri RomaBizans başda olmaqla müxtəlif dairələrin sənətinə daxil olan bir bitkidir. Sütun başlıqlarının ayrılmaz hissəsidir. Xüsusilə Aralıq dənizi mühitinin sənətində, müxtəlif materiallarla yarpaq, qıvırcıq və ya rozet formasında olan bir çox tikilidə rast gəlinir. Son antik dövr sənəti və barokko sənətində də tez-tez istifadə edilmişdir.

Korinf və kompozit sütun başlıqlarında akantus yarpaqlı bəzək motivinin inkişafını müşahidə etmək mümkündür. Vitruvius bu kapitel janrının meydana gəlməsinin hekayəsindən belə bəhs etmişdir:

Korinfli azad bir qız evlilik yaşında bir xəstəlikdən ölür. Qızın süd anasy, qızın ölümündən sonra həmin qıza həyatda zövq verən bəzi kiçik əşyaları yığaraq, səbətə qoyub qızın qəbrinə aparır; məzarın üstünə qoyduğu səbətin içindəki əşyaların daha uzun müddət ərzində qalması üçün səbətin üstünə bir kafel qoyur. Səbət təsadüf nəticəsində bir akantus kökünün üstündə durur. Sıxılmış akantus kökü yay gələndə ortasından cücərir və yarpaqlar verir, səbətin kənarlarında böyüyən tumurcuqlar kafelin ağırlığı altında qıvrılır və uclarda volyutaları əmələ gətirir.

Afinalıların o dövrdə sənət əsərlərinin incəliyi və zərifliyi səbəbindən κατατηξίτεοϛ adlandırdıqları Kallimak, məzarın yanından keçərkən kənarlarından zərif yarpaqların çölə çıxdığı səbəti görür. Bu yeni üslubdan zövq alaraq Korinflilər üçün o nümunədən ilhamlanaraq nazı sütunlar tikir; baxışların nisbətlərini təyin edərək o zamandan sonra Korinf üslubundakı əsərlərdə tətbiq olunacaq qaydaları müəyyənləşdirir”