Yulius Klaprot

Yulius Henrix Klaprot (alm. Julius Heinrich Klaproth‎; 11 oktyabr 1783[1][2][…], Berlin28 avqust 1835[2][3], Paris) — Almaniya şərqşünası, səyyahı və poliqlotu. Kimyaçı Martin Klaprotun oğludur.

Yulius Klaprot
Doğum adı Julius Heinrich Klaproth
Doğum tarixi 11 oktyabr 1783(1783-10-11)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 28 avqust 1835(1835-08-28)[2][3] (51 yaşında)
Vəfat yeri
Atası Martin Haynriş Klaprot
Elm sahəsi şərqşünaslıq
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk gənclik illərində dillər üçün əla qabiliyyətlər nümayiş etdirmişdir. 1802-ci ildə ilk əsəri olan "Asiatisches Magazin" nəşr olunmuşdur. 1805-ci ildə Sankt-Peterburqdakı İmperator Elmlər Akademiyasına Asiya dilləri üzrə köməkçi kimi dəvət edilmiş və onun xarici üzvü seçilmişdir.

Klaprotun Rusiyada qalması elmi baxımdan çox səmərəli olmuşdur. 1805-ci ildə qraf Yuri Qolovkinin Çindəki səfirliyində iştirak etdi, lakin mancur hakimiyyəti səfirlərin Monqolustandan uzağa getməsinə icazə vermədiyinə görə akademiyanın adından Qafqazda Asiya xalqları ilə bağlı tədqiqatlarını davam etdirmişdir. Sonralar "1807–1808-ci illərdə Qafqaz və Gürcüstana səyahət" kitabını nəşr etdirmişdir.[4]

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Leichenstein auf dem Grabe der Chinesischen Gelehrsamkeit des Herrn Joseph Hager. Halle: Waisenhausdruckerei 1811.
  • Abhandlung über die Sprache und Schrift der Uiguren. Hamburg: Buske, 1985. Unveränd. Nachdr. d. Ausg. Paris, Königl. Druckerei, 1820. Mit e. Vorw. von Wolfgang-Ekkehard Scharlipp.
  • Kurilen oder Aino. Bochum: Adami, 1984, [Nachdr. d. Ausg.] Schubart, Paris, 1823.
  • Asia polyglotta" (Paris 1823, nebst Sprachatlas
  • Tableaux historiques de l’Asie. Paris 1823, 4 Bde. mit Atlas.
  • Chrestomathie mandchoue, 1828;
  • Collections d’antiquités égyptiennes. Paris 1829.
  • Examen critique des travaux du feu M. Champollion sur les hiéroglyphes. Paris 1832.
  • Aperçu général des trois royaumes, traduit de l’original japonais-chinois. Paris 1833.
  • Mémoires relatifs à l’Asie. Paris 1834, 2 Bde.
  • Lettre à M. le baron A. de Humboldt sur l’invention de la boussole. Deutsche Übersetzung von Armin Wittstein: Julius Klapproth’s Schreiben an Alexander von Humboldt über die Erfindung des Kompasses. Leipzig: Weigel 1885.
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Julius Heinrich Klaproth // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Heinrich Julius Klaproth // Brockhauz Ensiklopediyası (alm.).
  4. "ЛЕТОПИСЬ города-курорта Пятигорск Раздел 1" (PDF). 2018-04-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-06-16.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]