Müsəlman-türk qətliamları, türk qətliamları ya da türk qırğını, Osmanlı İmperiyasının dağılma və Rusiya İmperiyasının Qafqazda hakim olduğu dövrdə müsəlman olmayan etnik qruplar tərəfindən başda türklər olmaqla müsəlman əhaliyə qarşı etnik təmizləmə. Justin Makkarty bu hadisələrdən bəhs edərkən, öldürülənlərin əksəriyyətinin türkcə danışdığını bildirmişdir.
Makkarty, 1821-1822-ci illər arasında təxminən 5.5 milyon türkün Avropadan sürgün edildiyini və 5 milyondan çoxunun öldürüldüyünü ya da qaçarkən xəstəlikdən, aclıqdan öldüyünü təxmin etməkdədir. Etnik təmizləmə 1829-1830-cu illərdə serb və yunanların müstəqilliklərini qazanmalarının, 1877-1878-ci illərdə 93 Hərbinin, 1905-1907 I Rus inqilabı zamanı Qafqazdakı güc boşluğunun yaranmasının, 1912-1913-cü illərdə Balkan müharibələrinin, 1918-1920-ci illərdə Qafqazda yeni respublikalar yaranmasının, I Dünya Müharibəsi və sonrakı dövrdə erməni üsyanları, quldur dəstələri ilə Türkiyə İstiqlaliyyət Müharibəsi zamanı Anadolunun yunanlar tərəfindən işğalı nəticəsində meydana gəldi. Maykl Mann 1914-də, Karnegie Endovment adlı məruzəsində bu hadisələrin Avropada daha əvvəllər görülməmiş ölçüdə etnik təmizləmə olaraq ifadə etmişdi. XX əsrin əvəllərində Balkanların Osmanlı idarəçiliyindəki bölgələrdə 4.4 milyon türk yaşamaqda olduğu təxmin edilir. Mariya Todorovaya görə, XIX əsrin son 30 ilində bir milyondan çox müsəlman Balkanları tərk etmişdir. 1912-1926-cı illər arasında 2.9 milyona yaxın müsəlman ya öldürülmüş ya da Türkiyəyə köç etməyə məcbur edilmişdir. I Dünya müharibəsi və Türk İstiqlaliyyət müharibəsi zamanı Anadoluda 2.5 milyon türkün öldüyünə dair iddialar vardır.
XIX əsrin sonu və XX əsrin əvvəllərində erməni quldur dəstələri tərəfindən Qafqazda edilən qətliamların qurbanlarının sayı bardəə müxtəlif rəqəmlər səsləndirilir. Bu rəqəmlər təxminən 2.5 milyon həndəvərindədir. 1877-1878 Rus-türk müharibəsi zamanı Justin Makkarty 260 min insanın tleyinin naməlum olduğunu yazsa da, Kamal Karpat bu sayı 300 min göstərir.
Yunan müstəqillik mübarizəsi dövründə, yunan əsgərlər tərəfindən bölgədə yaşayan türklərə və albanlara qarşı qətliamlar olmuşdur. Yunanıstanın hər yerində baş verən bu cür hücumlar zamanı Uilyam Oqden Nilesin yazdığına görə 3 min nəfərdən çox insan öldürülmüşdür.
Peloponnesdə yaşayan türk və alban kökənli əhali, xüsusilə də yunan əsgərlərin üstün olduğu bölgələrdə qətliamlara məruz qaldı. Peloponnesdəki türk və alban topluluqları yox oldu.[1][2] Tarixçilər bu müddətdə yarımadada ümumilikdə keşişlərin təşviqi ilə 20 mindən çox müsəlman-türkün öldürüldüyünü bildirir. Bəzi tarixçilər isə bu sayını 15 min olaraq göstərməkdədir. Lakin təkcə Tripoliçe qətliamında 35 min türkün öldürüldüyünə dair də məlumatlar vardır. Rus hərbiçiləri və yunanlar, 1770-ci ildə Mistras kəndində 400 türkü öldürmüşdür. Türk uşaqlar minarələrdən aşağı atılmışdır. Uilyam Oqden Nilesin bu üsyanlar zamanı tutduğu qeydlərə görə Patras kəndinin türk əhalisi də tamamən öldürülmüşdür. 1821, avqustda Monemvasia qəsəbəsinin türk sakinləri uzun müdət davam edən mühasirə nəticəsində aclıqla üzləşdilər. Hətta ac əhali meyidləri belə yeməyə çalışdı. Yunanların təslim olacaqları halda onları Anadoluya aparacağı vədinə qarşılıq şəhər təslim edildi. Türklərin bir çoxu öldürüldü. Bir qrupu insan yaşamayan adaya buraxıldı və sonda fransız bir tacir tərəfindən xilas edildilər. Uilyam St. Kleirə görə, "Peloponnesdəki soyqırım ancaq öldürəcək başqa türk qalmadığında sona çatdı."
Yunanlar tərəfindən mühasirəyə alınan Navarin şəhərinin türk əhalisi aclıq yaşayırdı. Sonda türklərin etibarlı şəkildə Misirə göndərilmələrinə qərar verildi. Bu şərtlə şəhər qapıları yunanlar üçün açıldı. Yunanlar qaça bilən 160 nəfər şəxsdən başqa yerdə qalan 3 min nəfər öldürüldü.
Tripoliçe qətliamı Moreya üsyanı zamanı bölgədə türklərə qarşı edilən qətliamların ən böyüyüdür.[3][4][5] Şəhərin yunanların əlinə keçməsindən bir necə gün sonra şəhərə gələn Britaniyalı Tomas Qordon, 8 min şəxsin öldürüldüyünü bildirmişdir. Qətliamdan bəzi qul kimi saxlanılan qadınlar və pulla dəyişdirilmək üçün öldürülməmiş bəzi tanınmış türklər sax qurtula bildi. Justin Makkarty isə qətliamda ölənlərin sayının 35 min nəfər olduğunu bildirir. Teodor Kolokotronis qətliamdan bu sözlərlə bəhs etmişdir:
Cümə günündən bazara qədər yunan əsgərləri qadın, uşaq və kişiləri qətl etdi. Tripoliçe və ətrafında ümumilikdə 32 min nəfər öldürüldü. Sonda bir nümayəndə gəldi və qətliam dayandı. |
Afinada sadəcə 190-ı hərbi xidmətə uyğun olan 1190 türk həyatlarına toxunulmayacağı barədə yunan tərəfinin söz verməsinən sonra təslim oldu. V. Alison Flippsə görə bu qorxunc savaşda çox vaxtı olduğu kimi bu dəfə də təslim olan əhali öldürüldü. Agrinio qəsəbəsində yaşayan 500 türk ailəsi və 200 yəhudi ailəsinin hamısı öldürüldü.
Yunanıstanın müstəqilliyini qazandığı dövrdə Egey adalarında da türklər öldürülmüşdür.[6] 1821-ci ilin mart ayında, yunanlar tərəfindən Sakız adasına bir hücum təşkil edildi və türklər öldürüldü. Egey adaları Osmanlıya qarşı üsyan edən yunanlar, bölgədən keçən türk ticarət gəmilərinə və digər mülki gəmilərə belə hücumlar etdilər. Teodoros kolokotronis Hydra adasında 90-dan çox müsəlmanın öldürüldüyünü bildirir. Hydrada adanın müsəlman sakinlərinə edilən qətliamın xaricində bir gəmidəki bütün müsəlmanlar da öldürüldü.