Yunus Qazəhmədov

Yunus Murad oğlu Qazəhmədov (1977; Qusar, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, "Vətən uğrunda" medalı kovaleri.

Yunus Qazəhmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qusar, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Xidmət illəri 1994 - indi
Rütbə Polkovnik-leytenant
Döyüşlər Vətən müharibəsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Yunus Qazəhmədov 1977 – ci ildə Qusar rayonunda anadan olub, Qusar rayonunda orta məktəbi əla qiymətlərlə bitirib. Hələ orta məktəbdə oxuyan zaman hərbçi olacağını qarşısına məqsəd qoyub. 1994 – ci ildə sənədləri Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə verir və həmin ildə qəbul olub və 1998 – cu ildə məktəbi bitirərək zabit kimi xidmətə başlayır.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Yunus Qazəhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı ilk gündən sona qədər döyüşləin komandanlarından biri olub. Hərbi hissənin qarşısına qoyulmuş tapşırıqları vaxtında və dəqiq yerinə yetirib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yunus Qazəhmədov "Vətən uğrunda" medalı ilə təltif edildi.[1]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.01.2021.