Yupiter məbədi (xorv. Jupiterov hram) — Xorvatiyanın Split şəhərində qədim Roma tanrısı Yupiterə həsr olunmuş məbəd. Diokletina sarayının qərbində, imperiya kompleksinin mərkəzi meydanında yerləşir. Məbəd 295–305-ci illər arasında, sarayın inşası zamanı tikilmişdir və ehtimal ki, 6-cı əsrdə Vəftizçi İohanın Vəftizxanasına çevrimişdir.[1] Məbədin girişinin qarşısında Misirdən İmperator Diokletian tərəfindən gətirilən on iki sfiksdən biri yerləşir.[2] Şotlandiya memarı Robert Adam bu məbədi Avropanın ən gözəl abidələrindən biri hesab edirdi.
Yupiter məbədi | |
---|---|
43°30′42″ şm. e. 16°26′10″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Split |
Vikianbarda əlaqəli mediafayllar |
Yupiter məbədi 295-305 arasında Diokletina sarayı ilə birlikdə inşa edilib. Məbəd ali Roma tanrısı və Diokletinanın "ilahi atası" Yupiterə həsr olunmuşdu. Məbəd sarayın qərb, dini hissəsində yerləşir. İmperator 305-ci ildə gözlənilmədən taxtdan imtina etdi və sarayın tikintisinin dayandırılması ilə əlaqədar məbədin hissələri də yarımçıq qaldı.
Məbədin qarşısında, girişin üstündə Victoriya, Triton, Helios, Herakl, Yupiter və Apollon kimi tanrıları və müxtəlif qəhrəmanları təsvir edən relyeflər yerləşdirilmişdir. Qapılar, xüsusilə məbədin sütun və tağları bəzədilmişdir.
Məbədin daxilində Splitin iki yepiskopunun: İvan Ravenna və Lovrenin qalıqlarını ehtiva edən sarkofaq yerləşdirilmişdir. Bundan əlavə, burada İvan Meştroviçin hazırladığı vəftizçi Müqəddəs Conun böyük bir tunc heykəli də var.[3][4] XVI əsrdən etibarən vəftizxananın qarşısında Yakob Selembriyenin İntibah sarkofaqı yerləşdirilmişdir.[5]
XI əsrdə məbədin üstündə Roman tərzində zəng qülləsi inşa edilir. Qədim abidələrin və binaların təmizlənməsi üçün mübahisə edən klassistlərin istəklərinə uyğun olaraq 1840-cı ildə Diokletia sarayının dəmir darvazası sökülür.[6]
Antik dövr və Orta əsrlər boyu məbəd Müqəddəs Yəhyaya həsr edilmiş vəftizxanaya çevrildi, sərdabə isə Müqəddəs Tomasa həsr olundu.
1907-ci ildə Məbədin qərb və cənub tərəfindəki bir neçə ev söküldü, buna görə də şimal-qərb küncündə olanlar istisna olmaqla, məbəd borulardan azad edildi.[6]