Yuray Şijqoriç

Yuray Şijqoriç (Yuriy Şijqoriç, Georq Sisqorey, xorv. Juraj Šižgorić, lаt. Georgius Sisgoreus, Georgius Sisgoritus; d. təx. 1420 və ya 1445 — ö. təx. 1509) — latınca şeirlər yazan xorvat şair.

Yuray Şijqoriç
xorv. Juraj Šižgorić[1]
Doğum tarixi təq. 13 sentyabr 1445[2][3]
Doğum yeri
Vəfat tarixi 30 noyabr 1509[3] (64 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti şair, yazıçı, tarixçi
Əsərlərinin dili latın dili[1]

Yuray Şijqoriç Dalmatiyalı idi. Şibenikdə doğulmuşdu. Həmin vaxtı Şibenik Venesiya Respublikası tərkibinə daxil idi. Şijqoriç Paduan Universitetinin Hüquqşünaslıq üzrə doktorluq dərəcəsini almışdır.[4] Təhsilini başa vurduqdan sonra doğulduğu yerə qayıdaraq kilsədə yüksək vəzifələrdə işləyir. Tez-tez də Şibenik yepiskopunu əvəz edirdi. 1477-ci ildə Venesiyada şeirlərini çap etdirir. Bu toplu — Elegiarum et carminum libri tres ("Elegiya və lirik şeirlərdən ibarət 3 kitab") — xorvat şairlərinin əsərləri arasında ilk çap edilmiş əsərdir.[5] Şeirlərinin motivləri əsasən antik tarix və mifologiyasından götürülmüşdü və avtobioqrafik xüsusiyyətlər izlənirdi.[4] Yuray antitürk əhval-ruhiyyəli əsər müəlliflərindən biridir (Şibenik ərazilərinin boşaldılmasına elegiya həsr edib). İlliriya atalar sözlərini toplayaraq latın dilinə tərcümə etmişdir (bu əsər günümüzə qədər gəlib çatmayıb).[6] Şijqoriç həm də 1487-ci ildə qələmə alınan İlliriya və Şibenik şəhəri barədə tarixi əsərin müəllifidir.[7] Bu əsərdə dalmatin slavyanları illiriyalarlıların nəsilləri adlandırılır.[8]

  1. 1 2 3 4 Brozović D., Ladan T. Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
  2. 1 2 3 Bettarini F. SISGOREO, Giorgio // Dizionario Biografico degli Italiani (it.). 2018. Vol. 92.
  3. 1 2 3 4 Brozović D., Ladan T. Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
  4. 1 2 "Неолатинская поэзия: Избранное"; ред. Шульц, Ю.; Изд-во: М.: ТЕРРА, 1996 г.; с.392
  5. "Bound in Venice: The Serene Republic and the Dawn of the Book — Alessandro Marzo Magno". 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
  6. "When Ethnicity Did Not Matter in the Balkans: A Study of Identity in Pre … — John V. A. (Jr.) Fine — Google Books". 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
  7. "THE CROATIAN HUMANISTS: COSMOPOLITES OR PATRIOTS?". 2022-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-13.
  8. ИЛЛИРИЙСКИЙ МИФ В ИНТЕРПРЕТАЦИИ СЛАВЯНСКИХ ИНТЕЛЛЕКТУАЛОВ ЗАПАДНЫХ БАЛКАН (XV–XXI ВВ.) — тема научной статьи по истории и историческим наукам, читайте бесплатно текст научно-и…