Vətəndə Sülh Şurası (türk. Yurtta Sulh Konseyi) — 15 iyul 2016-cı ildən 16 iyul 2016-cı il tarixinə keçən gecə 65-ci Türkiyə hökumətinə qarşı uğursuz çevrilişə cəhd edən xunta.
Vətəndə Sülh Şurası | |
---|---|
Yurtta Sulh Konseyi | |
Yaranma tarixi | 15 iyul 2016 |
Ləğvolma tarixi | 16 iyul 2016 |
Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli rəhbərliyi komandanlıqdan kənar fəaliyyət göstərən[1] Vətəndə Sülh Şurasının formalaşmasında iştirak etməsə də, onu Məhərrəm Kösə, Mehmet Oğuz Ağquş, Erkan Ağır və Doğan Uysal idarə etdiyi iddia olunmuşdur.[2] Çevriliş və şuranın əsas məsul şəxsinin YAŞ üzvü general Axın Öztürk olduğu iddia edilmişdir.[3][4] Həmçinin, təşkilatın Gülən hərəkatı ilə əlaqəli olduğu da iddia edilmişdir.[5]
Tijen Karaşın TRT ekranlarında oxuduğu çevriliş bəyanatı ilə ictimaiyyət ilk dəfə şuranın varlığından xəbər tutmuşdur.[6]
Ankara Respublika Baş Prokurorluğunun Baş Qərargahda çevriliş cəhdi ilə bağlı hazırladığı çətir ittihamnaməsində Vətəndə Sülh Şurasının 38 üzvdən ibarət olduğu iddia edilmişdir.[7][8][9]