Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Yusif Əkbərov (tam adı: Yusif Məmmədağa oğlu Əkbərov; 1949 – 4 oktyabr 2016) — Azərbaycan teatr rejissoru, aktyor, Azərbaycan Dövlət Musiqili Teatrının baş rejissoru.
Yusif Əkbərov | |
---|---|
Yusif Məmmədağa oğlu Əkbərov | |
Doğum tarixi | |
Vəfat tarixi | (67 yaşında) |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti |
rejissor aktyor |
Təhsili |
Yusif Əkbərov 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmiş və həmin il C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin olunmuşdur. Orada Nazim Hikmətin "Kor Padşah", Əliağa Kürçaylının "Qoruqlar" əsərini tamaşaya qoymuşdur.
1974-cü ildə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına quruluşçu rejissor təyin edilmişdir. 1987-ci ildən 1991-ci ilədək həmin teatrda baş rejissor işləmişdir. Fitri istedada, orijinal yaradıcılıq üslubuna malik olan Y.Əkbərov Sumqayıt teatrında "Əsrə bərabər gün", "Bəxt üzüyü", "Qınamayın məni", "Qaravəlli". "Bağdada putyovka var" tamaşalara quruluş vermişdir.
1991-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında quruluşçu rejissor işləyir. Bu teatrda Y.Əkbərov "Lotereya", "Baş tutmayan hiylə", "Qızıl toy", "Hərənin öz ulduzu", "Nəğməli könül", "Səhnədə məhəbbət" "Əlin cibində olsun", "Bir günlük siğə" kimi uzun ömürlü tamaşalara quruluş vermişdir. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
4 oktyabr 2016-cı ildə vəfat edib.[1]