Sumqayıt Dövlət Dram Teatrı — Sumqayıtda fəaliyyət göstərən peşəkar teatr.
Sumqayıt Dövlət Dram Teatrı | |
---|---|
Sumqayıt Dövlət Dram Teatrı | |
Ümumi məlumatlar | |
Əvvəlki adı | H.Ərəblinski adına Sumqayıt Musiqili Dövlət Dram Teatrı |
Teatrın tipi | Dram |
Əsası qoyulub | 1968-ci il |
Teatr binası | |
Açılıb | 14 mart 1969 |
Heyət | |
Direktor | Samir Şəfiyev |
Baş rejissor | Firudin Məhərrəmov |
Yerləşməsi | |
40°35′47″ şm. e. 49°40′09″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Sumqayıt |
Ünvan | Azərbaycan, Sumqayıt şəhəri, Azərbaycan prospekti 21 |
|
|
sumqayitdram.az |
Sumqayıt Dövlət Dram Teatrı 1968-ci ildə yaranmışdır.
1969-cu ildə Azərbaycan hökuməti Hüseyn Ərəblinskinin xatirəsini əbədiləşdirmək haqqında qərar qəbul etmişdir. Bu məqsədlə Sumqayıt Dövlət Gənclər Dram Teatrına Hüseyn Ərəblinskinin adı verilmişdir.[1]
1968-ci ilin sentyabr ayında Azərbaycan SSR Nazirlər Kabinetinin qərarı və Mədəniyyət Nazirliyinin sərəncamı ilə Sumqayıtda ilk professional kollektiv – H. Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı yarandı.
Öz pərdəsini 1969-cu ilin mart ayının 14-də Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” (rejissoru Cənnət Səlimova) məzhəkəsi ilə açan teatr, sabahısı gün öz tamaşaçılarını ingilis dramaturqu Con Patrikin “Qəribə missis Cəvic” (rejissoru Nəsir Sadiqzadə) tragikomediyası ilə sevindirdi.
1974-cü ildə Mədəniyyət Nazirliyinin qərarı ilə teatra "Sumqayıt Dövlət Dram Teatrı" statusu verildi.[2]
Teatrın repertuarına klassik və müasir Azərbaycan, rus və xarici ölkə dramaturqlarının pyesləri daxildir.
Mixail Lermontovun "Maskarad", Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin", İ. Ştokun "İlahi komediya"sı ,Əbdürrəhim bəy Haqverdiyevin [3]"Kimdir müqəssir" vodevili[4] (2022) , Dyula Urbanın "Bütün siçanlar pendiri sevir" pyesi Fuad Kazımovun quruluşunda (2024) teatrın səhnəsində məharətlə oynanılmışdır.[5]
Nəriman Həsənzadənin "Bütün Şərq bilsin" əsərinin tamaşası 1981-ci ildə teatr tamaşalarına SSRİ ümumittifaq baxışının diplomuna layiq görülmüşdür.
Teatrda bir müddət xalq artistləri – Rza Əfqanlı, Barat Şəkinskaya, görkəmli rejissor Mərahim Fərzəlibəyov çalışmışlar. Teatrın yetirmələri – Afaq Bəşirqızı, Hicran Mehbalıyeva, Valeh Kərimov, Rövşən Almuradlı, Kazım Abdullayev, Məzahir Süleymanov Azərbaycanın tanınmış incəsənət xadimləridir.
Azərbaycan Respublikasının Prezidenti 25 sentyabr 2008-ci ildə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı ilə bağlı 2 sərəncam vermişdir. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə teatrın 2 əməkdaşına "Azərbaycan Respublikasının xalq artisti", 6 əməkdaşına "Azərbaycan Respublikasının əməkdar artisti", 3 əməkdaşına "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adları verilmiş[6] və 6 əməkdaş "Tərəqqi" medalı ilə təltif edilmişdir[7].
<ref>
teqi; sumqayitdram.az
adlı istinad üçün mətn göstərilməyib