Yuzef İslam oğlu Qədimov (7 yanvar 1928 – 8 yanvar 2012) — Azərbaycan memarı, Şərq Ölkələrinin Beynəlxalq Arxitektura Akademiyasının üzvü, Azərbaycan Respublikasının əməkdar memarı (2007).
Yuzef Qədimov | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 yanvar 1928 |
Vəfat tarixi | 8 yanvar 2012 (84 yaşında) |
Vətəndaşlığı | |
İşləri və nailiyyətləri | |
Mükafatları |
|
Yuzef İslam oğlu Qədimov 7 yanvar 1928-ci ildə anadan olmuşdur. 1953-cü ildə Moskva Arxitektura İnstitutunu bitirmiş, həmin ildən Azərbaycan Dövlət Layihə İnstitutunda arxitektor və baş arxitektor vəzifələrində işləmişdir.[1]
1984–1989-cu illərdə Bakı Yaşayış Evlərinin Layihələndirmə İnstitutunun ("Bakıdövlətşəhərlayihə") baş memarı işləmişdir. Bu müddətdə o, Heydər Əliyev adına idman-konsert kompleksinin, Milli Təhlükəsizlik Nazirliyinin binasının, Azərbaycanın Partiya Arxivi və Partiya Tarixi İnstitutunun binasının, Nəsimi Rayon Partiya Komitəsinin, Aktyor Evinin, "Bakı Soveti" (hazırkı "İçərişəhər") metrostansiyasının layihə müəllifi və memarı olub.[1]
Eyni zamanda o, Bakıda Cəfər Cabbarlının, Hüseyn Cavidin, Nəriman Nərimanovun abidələrinin, Ağdamda Natəvanın qəbirüstü abidəsinin, Qazax rayonunun Şıxlı kəndində Vidadinin, Şuşada Vaqifin abidəsinin müəllifi və memarı olub.[1]
Yuzef 25 dekabr 2007-ci ildə "Azərbaycan Respublikasının əməkdar memarı" fəxri adına layiq görülmüşdür.[2]
Yuzef Qədimov 2012-ci il yanvarın 8-də 84 yaşında dünyasını dəyişib.[3]