Yusif Ziya Ortaç (23 aprel 1895 – 11 mart 1967, İstanbul)— türk şair, yazıçı, ədəbiyyat müəllimi və siyasətçi.
Yusif Ziya Ortaç | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 aprel 1895 |
Vəfat tarixi | 11 mart 1967 (71 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, şair, dramaturq, roman yazıçısı, yazıçı |
Türk şeirində Beş Hecaçılar olaraq adlandırılan qrupdan olan, Türk Ədəbiyyatının görkəmli yumor yazıçılarındandır. Beş Hecaçılar qrupunun üzvlərindən olan Orxan Seyfi Orxon ilə birlikdə Türk dərgiçiliyi sahəsində əsas yeri olan siyasi-yumoristik dərgisi "Ağbaba"nı yaratmış, bu dərgidəki yazıları ilə böyük kütlələri heyran etmişdir.
VIII və IX Dövr Ordu Millətvəkili kimi Türkiyə Böyük Millət Məclisində yer almışdır.
Yusuf Ziya daha çox "qadın şairi" kimi tanınmışdır. Şeiri dərin deyildir. Onun ən qüvvətli yönü satirik şair olmasıdır. Heca vəzninə və türkcəyə xidmətlərini bu şəkildə dilə gətirir: "Biz şeirdə inqilab edən nəsilik. Düşünün, böyük şair Əhməd Haшиmиn "Zцcacи-sяnяtц fиkrяtlя yцksяlиrlяr hяp" deyə yazdığı bir zamanda bir neçə gənc çıxır, ərəb və əcəm notunu bir yana atıb heca vəznilə və danışılan İstanbul türkcəsiylə şeir sınaqlarına başlayır. Bu örnəksiz işi asan sanmayın. Deyəsən, bacardığımız ən gözəl və ən çətin iş elə budur: şeirin sözünü və səsini dəyişdirmək. O zamanlar bir ay əvvəl yazdığımız hər mənzumənin dilini bir ay sonra кöhnə sayırdıq. Bizim nəsil heç bir şey etməmiş olsa bеlə, böyük əsərləri yazacaq böyük sənətkarlara şeirin ana materialını, türk dilini ələkdən keçirdi, yoğurdu, hazırladı"[1].