Yuxarı Qarquluq (Puldəşt)

Yuxarı Qarquluq (fars. قارقولوق عليا‎‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. Bu kənd Poldəştdən 7 kilometr aralıda, Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşir. Araz çayı onun şimalından axır. Kənd ərazisində bir köhnə körpü mövcüddür ki, indi yalnız onun bir qismi qalıb və uçulmuş vəziyyətdədir.

Yuxarı Qarquluq
39°16′59″ şm. e. 45°06′58″ ş. u.
Ölkə
Xəritəni göstər/gizlə
Yuxarı Qarquluq xəritədə
Yuxarı Qarquluq
Yuxarı Qarquluq

2006-cı il məlumatına görə kənddə 258 nəfər[1] yaşayır (65 ailə). Milli tərkibi Azərbaycan türkləri olaraq, əsas gəlir qaynaqları isə əkinçilik, tərəvəzçilik və balıqçılıqdır. Bu kənd yetişdirdiyi məhsullar arasında qarpızı ilə seçilir.

  1. "Kəndin əhalisi". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-14.