Yuzef Davidoviç Çarski-Tanxelson (15 (27) dekabr 1897, Tiflis – 16 noyabr 1948, Bakı) — Azərbaycan-sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1940).
Yuzef Çarski | |
---|---|
Digər adı | Yuzef Tanxelson |
Doğum tarixi | |
Doğum yeri | Tiflis, Tiflis quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | (50 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ SSRİ |
Fəaliyyəti | teatr aktyoru |
Fəaliyyət illəri | 1919–1948 |
Teatr | Azərbaycan Dövlət Rus Dram Teatrı |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Yuzef Çarski (əsl soyadı Tanxelson) 15 (27) dekabr 1897-ci ildə Tiflisdə anadan olmuşdur. 1914-cü ildən Tiflis teatr məktəbində təhsil almış, səhnə fəaliyyətinə burada başlamışdır. Müxtəlif illərdə Batumi, Rostov-na-Donu, Krasnodar, Odessa, Moskva teatrlarında işləmişdir. 1928–1948-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olmuşdur.[1][2]
Yuzef Çarski 1940-cı ildən Sov.İKP üzvü olmuşdur. O, 16 noyabr 1948-ci ildə Bakıda vəfat edib.[3]
Çarskinin ifası yumoru və lirizmi ilə fərqlənmişdir.[3] Onun ifa etdiyi əsas rollar:[4]
Rol | Tamaşa | Müəllif |
---|---|---|
Şapur | Fərhad və Şirin | Səməd Vurğun |
Təlxək | Vaqif | Səməd Vurğun |
Altunbay | Od gəlini | Cəfər Cabbarlı |
İmamverdi | 1905-ci ildə | Cəfər Cabbarlı |
Nəcəf | Şərqin səhəri | Ənvər Məmmədxanlı |
Saatsaz | Kreml saatı | Nikolay Poqodin |
Ser Endrü | On ikinci gecə | Uilyam Şekspir |
Şvandiya | Lyubov Yarovaya | Konstantin Trenyov |
Karandışev | Cehizsiz qız | Aleksandr Ostrovski |
Kulıgin | Üç bacı | Anton Çexov |
Truffaldino | İki ağanın bir nökəri | Karlo Qoldoni |
Bublik | Platon Kreçet | Aleksandr Korneyçuk |
Senya Perçatkin | Özgə uşağı | Vasili Şkvarkin |
Kosme | Gözəgörünməz xanım | Pedro Kalderon |
Ştuf | Skutarevski | Leonid Leonov |