Yves Saint Laurent (marka)

Yves Saint Laurent (YSL), həmçinin Saint Laurent (2012-ci ildən), 1961-ci ildə İv Sen Loran və tərəfdaşı Pierr Berje tərəfindən qurulan Paris yüksək moda evidir. 1999-cu ildən moda evi Gucci qrupuna məxsusdur, o da öz növbəsində Kering holdinqinə məxsusdur. Kolleksiyanın hazırkı dizayneri Entoni Vaccarellodur. Yves Saint Laurent moda evində bir sıra əfsanəvi əşyalar istehsal edib: "Mondrian" don, Le Smoking qadın smokinləri, safari gödəkçələri və şəffaf paltarlar. “Vogue” jurnalı yazır ki, Yves Saint Laurent 1960-1970-ci illərdə kişi və qadın, yüksək və alçaq, klassik və avanqardın yenilikçi kombinasiyası ilə moda dünyasını alt-üst etdi: “Qadınlara şalvarlı kostyumları geyindirən, hərbi formanı və milli geyimləri gündəlikdə istifadə edən və hazır dizayner geyimlərini kütləyə çatdırdı məhz o olmuşdur”. Modelyerin özünün dediyinə görə, müasir qadının qarderobunu o yaradıb[1].

Yves Saint Laurent
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye dəb
Təsis tarixi 1961
Baş qərargahın yeri
Struktur
Ana şirkət Kering
Rəhbərlik
Təsisçi
ysl.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Yves Saint Laurent, Beverli-Hillz, (Kaliforniya)
Yves Saint Laurent kişi geyimləri Florensiyada

Yves Saint Laurent 1961-ci ilin iyulunda dizayner İv Sen Loran və onun ortağı Pierr Berje tərəfindən təsis edilmişdir[2]. Noyabr ayında Sen Loran və Berje şirkətin 80%-i müqabilində Atlantalı iş adamı Mac Robinsonun 700.000 dollar sərmayə yatırmasına razılaşdılar[1]. YSL-in ilk kolleksiyası 1962-ci ilin yanvarında nümayiş etdirildi[3]. Ev üçün loqoları 1963-cü ildə A.M. Kassandr hazırlanmışdır[4].

1963-cü ildə Berje YSL üçün ətirlər yaratmaq üçün Charles of the Ritz ilə müqavilə imzalarır və iki il sonra Lanvin-Charles of the Ritz Robinsonun 80%-ni bir milyon dollara satın alır[1]. 1960-cı illərdə Yves Saint Laurent aktrisalar Klaudiya Kardinale, Sofi LorenKatrin Denöv üçün səhnə geyimləri hazırlayırdı[2].

1966-cı ildə Yves Saint Laurent Rive Gauche adlı hazır geyim xəttini istifadəyə verir. Elə həmin il yaranan androqin moda trendindən ilhamlanaraq, Saint Laurent kişi üslubunda olan qadın kolleksiyası hazırlayır və qadınlar üçün ilk smokin — Le Smokingi yaradır. Bir il sonra o, tanınmış safari-gödəkçəsini təqdim edir[2]. Sen Loran moda nümayişlərində Afrikalı və Asiyalı modellərindən istifadə edən ilk dizayner olmuşdur[5].

1971-2002-ci illərdə evin direktoru baronessa Yelena de Lüdinqhauzen olub.

1971-ci ildə Yves Saint Laurent qadınlar üçün Rive Gauche ətirini təqdim etdi. Elə həmin il Sen Loran kişi odekolonu "Homme"-un reklam kampaniyasında çılpaq çəkilir. 1972-ci ildə Berje və Sen Loran, Lanvin-Charles of the Ritzi qrupuna sahib olmuş və YSL ətir markasını özündə saxlamış Squibbdən 1,1 milyon dollara öz geyim xəttini aldılar[1]. 30 ildən artıqdır YSL üçün bəzək əşyaları və papaqlar hazırlayan Lulu de la Falez moda evinə qoşulur[2].

1973-cü ildən moda evi yeni illik silsilə təqdimatlardan istifadə etməyə başladı: ikisi yüksək moda (yanvar və iyul aylarında) və ikisi hazır geyim üçün (aprel və oktyabr aylarında). Berje günəş eynəklərindən tutmuş çimərlik dəsmallarına və qələmlərə qədər hər şeyə Yves Saint Laurent lisenziyalarını aktiv şəkildə paylamağa başladı. 1977-ci ildə ev "Yves Saint Laurentə aludə olanlar üçün — Opium" şüarı ilə "Opium" adlı qadın ətiri buraxdı. Adına və reklam kampaniyasına görə etirazlara baxmayaraq, ətir böyük uğur qazandı[1].

Yves Saint Laurent 1986-cı ildə moda evinin parfümeriya biznesinə sahib olan Charles of the Ritz şirkətini 630 milyon dollara aldı[6]. Bir il sonra YSL Charles of the Ritzin bir sıra məşhur ətirlərini 150 milyon dollara Revlona satdı[7]. 1989-cu ildə ev Paris birjasına səhmlər yerləşdirdi və 500 milyon dollar dəyərində qiymətləndirildi[1].

1993-cü ildə YSL parfümeriya bölməsi ilə birlikdə 650 milyon dollarlıq səhm qarşılığında Elf Sanofi parfümeriya-əczaçılıq şirkətinə satıldı[8]. Sen Loran və Berje geyim xətlərinə nəzarəti saxladılar. 1998-ci ildə Saint Laurent Rive Gauche xətti ilə məşğul olmağı buraxdı, qadın və kişi kolleksiyaları üçün müvafiq olaraq Albera Elbaza və Edi Slimanı işə götürdü[2].

1999-cu ildə YSL evi Tom Ford üçün hazır geyim kolleksiyaları yaratmağa dəvət edən[2] Gucci qrupu tərəfindən alındı[9]. 2002-ci ildə İv Sen Loran özünün son kolleksiyasını təqdim etdi və kutyur xəttini bağladı[1].

2004-cü ildə Tom Ford getdikdən sonra hazır geyim xəttini Stefano Pilati götürdü. Onun üslubu Fordun açıq-saçıq cinsi obrazından daha çox, fransız üslubu idi[10]. 2008-ci ildə evin qurucusu Sen Loran vəfat etdi[3].

2011-2013-cü illərdə YSL prezidenti və baş icraçı direktoru vəzifəsində Pol Denöv çalışıb[11]. Onun dövründə 2012-ci ilin fevralında Edi Sliman yaradıcı direktor vəzifəsindəki Pilatini əvəz edərək evə qayıtdı[12]. 2012-ci ilin iyun ayında o, hazır geyim xəttinin adını Saint Laurent Paris olaraq dəyişdirdi, kosmetika xəttinin və şirkətin öz adı olduğu kimi qaldı[13]. Pol Denöv dövründə YSL yenidən gəlir əldə etməyə başladı.

2016-cı ildə kreativ direktor vəzifəsindəki Edi Sliman Versusun dizayneri Entoni Vakkarelo ilə əvəz olundu.

2020-ci ilin iyun ayında YSL Rozeanne Parkı (məşhur Koreya qrupunu Blackpink-in üzvü) brendin ilk qlobal səfiri elan etdi. Bundan əlavə, qız brendin payız kampaniyasında çəkildi[14].

2021-ci ilin sentyabrında şirkət 2022-ci ildən etibarən kolleksiyalarında təbii xəzdən istifadə etməyəcəyini açıqladı[15].

  1. 1 2 3 4 5 6 7 "Yves Saint Laurent (brand)". Voguepedia. 2013-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-13.
  2. 1 2 3 4 5 6 "Saint Laurent". Vogue Paris. 2013-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-13.
  3. 1 2 "Yves Saint Laurent, Fashion Icon, Dies at 71". The New York Times. 2008-06-01. 2013-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-13.
  4. Henri Mouron. Cassandre : Posters, Typography, Stage Designs. London: Thames and Hudson[ing.]. 1986. 147–148. ISBN 0-500-23450-7.
  5. "Yves Saint Laurent". Voguepedia. 2013-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-13.
  6. "Squibb Sells Charles of the Ritz Cosmetics to Yves Saint Laurent". Los Angeles Times. 1986-11-19. 2016-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-13.
  7. "Revlon Adding Fragrance Line". The New York Times. 1987-06-17. 2015-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-13.
  8. "Elf Sanofi Buying Saint Laurent". The New York Times. 1993-01-20. 2014-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-13.
  9. "Gucci Moving to Buy Yves Saint Laurent, Fashion's Biggest Prize". The New York Times. 1990-10-09. 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-13.
  10. Yves Saint Laurent Spring 2008 Ready-to-Wear Collection Arxivləşdirilib 2008-12-02 at the Wayback Machine, Style.com
  11. Apple нанимает бывшего главу модного дома Yves Saint Laurent для работы над специальным проектом Arxivləşdirilib 2014-09-12 at the Wayback Machine.
  12. "Yves Saint Laurent Gets a New Designer". The New York Times. 2012-03-07. 2014-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-13.
  13. "Yves Saint Laurent official name will not change". Bloginity. 2012-07-10. İstifadə tarixi: 2013-07-13.
  14. "Blackpink's Rosé is the New Global Face of Saint Laurent". W Magazine | Women's Fashion & Celebrity News (ingilis). 2020-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-31.
  15. "Saint Laurent и Brioni отказались от использования натурального меха". ТАСС. 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

ysl.com/en-en — Rəsmi saytı