Zöhrab Məmmədov (iqtisadçı)

Zöhrab Məmmədov- Məmmədov Zöhrab Namaz oglu 25 yanvar 1953-cü ildə Azərbaycanın Uralı adlanan, faydalı qazıntıları ilə dünyada məşhur olan Daşkəsən şəhərində anadan olmuşdur. Neft sahəsində tanınmış iqtisadçıdır.

Zöhrab Məmmədov
Zöhrab Namaz oğlu Məmmədov
Doğum tarixi (69 yaş)
Doğum yeri Daşkəsən, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı Aybəniz Məmmədova
Uşaqları Rüstəm Məmmədov, Fatimə İsaqova, Arzu Məmmədli
Atası Namaz Məmmədov
Anası Məsmə Məmmədova
Milliyyəti azərbaycanlı
İxtisası iqtisadçı
Təhsili Azərbaycan Xalq Təsərrüfatı İnstitutu
Fəaliyyəti iqtisadçı
Fəaliyyət illəri 1978
Tanınır neftçi-iqtisadçı
Mükafatları "Tərəqqi" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Zöhrab Məmmədov 25 yanvar 1953-cü ildə Azərbaycanın Uralı adlanan, faydalı qazıntıları ilə dünyada məşhur olan Daşkəsən şəhərində anadan olmuşdur. Neft sahəsində tanınmış iqtisadçıdır. Zöhrab Məmmədov orta məktəbi bitirdikden sonra, vətənə borcunu ödəmək üçün N saylı hərbi xidmətdə qulluq etmişdir. 1974-1978 illərdə o vaxtkı Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda mühasibat uçotu ixtisasına yiyələnmişdir. O, yaxşı bilirdi ki, mühasibat uçotuna biznesin və iqtisadiyyatın dili deyirlər. Bu dil ilə müəssisənin hazırki vəziyyətini, onların gələcəyi haqqında proqnozları öyrənmək olar. Ona görə də tehsilini başa vurduqdan sonra təyinatını Neft daşlarına almışdı.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Həyat yoldaşı Aybəniz Məmmədova müəllimə, oglu Rüstem Məmmədli ali tehsilli iqtisadçı, qızı Fatimə İsaqova həkim, qızı Arzu Məmmədli isə memardır.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Zöhrab Məmmədov 1978-1990-cı illər “Azərdəniz Neftinşaat” trestininin 6 saylı TQİ-də iqtisadçı, normallaşdırıcı, Baş Mühasib müavini ve Baş mühasib vəzifələrində işləmişdir. Bütün bu illər ərzində bir daha qət etdi ki, işlədiyi sahə ele bir sahədir ki, bu sahəden müəssisə gəlir də əldə edə bilər, zərər də. İdarə heyətinin vaxtında və düzgün idareetme uçotunun məlumatları ilə təmin etməsindən, müəssisənin fəaliyyəti ilə effektiv qərarların qəbul edilməsi asılıdır. Zöhrab Məmmədov 1990-1997 ci illər Bakı Xüsusiləşdirilmiş Quraşdırma Sozlaşma İdarəsində baş mühasib, 1997-2001-ci illər XDNQTtrestinin Səyyar Mexanikləşdirilmiş idarəsində Baş mühasib, XDNQT trestinin 2 saylı İTQF-də , 2004-2006 illər 3 saylı İTQF-də Baş mühasib, 2006-2007-ci illərAzərdənizneftinşaat trestinin Baş mühasib vəzifəsində işləmişdir. Yaxşı işi, insanlarla xoş münasibəti, tələbkarlığı daha yaxşı vəzifələrdə işləməsinə səbəb olmuşdur. O her zaman işi ilə sübut etmişdir ki, maliyyə hesabatlarında təqdim olunanlar müəssisənin maliyyə vəziyyətindən- investorların, kreditorların, müştərilərin qərarlarından asılıdır.Zöhrab Məmmədov 2007 ildən 2009-cu ilədək “Neftqaztikinti” trestinin İqtisadiyyat ve Uçot Departamentinin rəis müavini vəzifəsində işlemişdir. 2009-cu ildən 2016-cı ilin yanvar ayının 5-nə kimi SOCAR- ın Ekologiya idarəsində İqtisadiyyat ve Uçot idarəsinin rəisi vəzifəsində çalışmışdır. Daim savadı, təcrübəsi göz önündə olan Zöhrab Məmmədov Neft Şirkətinin diqqət merkəzində olmuşdur. Dəfələrlə əməyinə yüksək qiymət verilmiş, bir sıra fəxri fərmanlarla mükafatlandırılmışdır. Zöhrab Məmmədovun əməyinə isə ən layiqli qiymet möhtərəm prezidentimiz tərəfindən verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ile Tərəqqi medalı ilə təltif edilmişdir.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Prezident neftçiləri orden və medallarla təltif etdi". 2022-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-03.