Zümrüd Qurbanhacıyeva

Zümrüd Qurbanhacıyeva (20 noyabr 1975; Xəzər, Rusiya SFSR) — 1998–2001-ci illərdə Rusiyanı, 2004–2012-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi.

Zümrüd Qurbanhacıyeva
Şəxsi məlumatlar
Tam adı Zümrüd Qurbanhacıyeva
Vətəndaşlığı Rusiya Rusiya (1998—2001)
Azərbaycan Azərbaycan (2004—2012)
Doğum tarixi (47 yaş)
Doğum yeri Xəzər, Rusiya SFSR
İdman növü Güləş
Karyera illəri 1986—2012
Məşqçisi Qurban Qurbanov
Boyu 158 sm. (5 ft 6 in)
Komandası Atasport İdman Klubu

Həyatı[redaktə | mənbəni redaktə et]

Zümrüd Baxmudovna Qurbanhacıyeva 1975-ci il noyabrın 20-də Rusiyanın Xəzər şəhərində anadan olub.[1] 1986-cı ildən güləşlə məşğul olur.[1] Şəxsi məşqçisi Qurban Qurbanovdur.[1]

Karyerası[redaktə | mənbəni redaktə et]

Zümrüd Qurbanhacıyeva 1988, 1999 və 2001-ci illərdə Rusiya Çempionatının qalibi olub.

Beynəlxalq turnirlərdə isə 1998-ci ildə Bratislava şəhərində baş tutan Avropa Çempionatını dördüncü pillənin[2] sahibi olan Zümrüd Qurbanhacıyeva, 1999-cu ildə Poznan şəhərində (Polşa) baş tutan Dünya Çempionatını 5-ci[3], 2000-ci ildə Sofiya şəhərində (Bolqarıstan) baş tutan Dünya Çempionatını 6-cı[4], 2001-ci ildə isə növbəti dəfə Sofiya şəhərində (Bolqarıstan) baş tutan Dünya Çempionatını 8-ci[5] pillədə başa vurub.

2004-cü ildə Azərbaycan Güləş Federasiyası (AGF) Zümrüd Qurbanhacıyevanı Azərbaycan yığmasının heyətinə dəvət elədi. Həmin illərdə Azərbaycanda qadın güləşçilərdən ibarət yığma yeni-yeni formalaşdırılırdı. Zümrüd Qurbanhacıyeva həmin dəvəti qəbul elədi və 2004-cü ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı.

2004-cü ildə Zümrüd Qurbanhacıyeva əvvəl Tunisdə baş tutan Dünya Olimpiya Təsnifat Turnirində 11-ci pillənin[6], sonra isə İspaniyada baş tutan Dünya Olimpiya Təsnifat Turnirində 4-cü pillənin[7] sahibi oldu və nəticələrə əsasən Afina Olimpiadasını lisenziya qazana bilmədi.

Daha sonra Zümrüd Qurbanhacıyeva 2007-ci ildə Azərbaycanda baş tutan Dünya Çempionatını 24-cü pillədə[8], 2008-ci ildə Finlandiyada baş tutan Avropa Çempionatını isə 7-ci pillədə[9] başa vurdu. Həmçinin Zümrüd Qurbanhacıyeva 2008-ci ilin mayında İsveçdə baş tutan Dünya Olimpiya Təsnifat Turnirini yeddinci pillədə başa vurdu və nəticədə olimpiya lisenziyasına sahib ola bilmədi.[10]

2009-cu ilin aprelində isə Zümrüd Qurbanhacıyeva Litvanın Vilnüs şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[11] Turnirin 1/8 final mərhələsində Almaniya nümayəndəsi Mariya Selmayera 2:0, 1/4 final mərhələsində İspaniya nümayəndəsi Aurora Fajardo Prietoya 2:1, 1/2 final mərhələsində isə Bolqarıstan nümayəndəsi Ralitza İvanovaya 2:0 hesabı ilə qalib gələn Zümrüd Qurbanhacıyeva Avropa Çempionatının final görüşünə vəsiqə qazandı.[11] Həlledici görüşdə onun rəqibi Katerina Burmistrova oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Zümrüd Qurbanhacıyeva rəqibinə 1:2 hesabı ilə məğlub oldu və Avropa Çempionatını gümüş medalla başa vurdu.[11]

Daha sonra iyulda Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi[12] olan Zümrüd Qurbanhacıyeva, sentyabrda Dünya Çempionatını 8-ci pillədə başa vurdu.[13]

2010-cu ildə isə Austrian Ladies Open beynəlxalq turnirinin qalibi[14] olan Zümrüd Qurbanhacıyeva, Qızıl Qran-Pri beynəlxalq turnirini beşinci[15], Dünya Çempionatını isə 18-ci pillədə başa vurdu.[16]

Daha sonra Zümrüd Qurbanhacıyeva 2011-ci ildə Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib oldu.[17] Bir il sonra Yaşar Doğu beynəlxalq turnirini dördüncü[18], Hindistan Qran-Prisini isə beşinci pillədə başa vuran Zümrüd Qurbanhacıyeva 2012-ci ilin mayında idmanla vidalaşdı.[19]

Uğurları[redaktə | mənbəni redaktə et]

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
Rusiya Rusiya
1
1998
Avropa Çempionatı Slovakiya Slovakiya
4.
2
Dünya Çempionatı Polşa Polşa
5.
3
2000
Dünya Çempionatı Bolqarıstan Bolqarıstan
6.
4
2001
Dünya Çempionatı Bolqarıstan Bolqarıstan
8.
Azərbaycan Azərbaycan
5
2004
Dünya Olimpiya Təsnifat Turniri Tunis Tunis
11.
6
Dünya Olimpiya Təsnifat Turniri İspaniya İspaniya
4.
7
2007
Dünya Çempionatı Azərbaycan Azərbaycan
24.
8
2008
Avropa Çempionatı Finlandiya Finlandiya
7.
9
Dünya Olimpiya Təsnifat Turniri İsveç İsveç
7.
10
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
4.
11
2009
Avropa Çempionatı Litva Litva
2.
12
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
1.
13
Dünya Çempionatı Danimarka Danimarka
8.
14
2010
Austrian Ladies Open Avstriya Avstriya
1.
15
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
5.
16
Dünya Çempionatı Rusiya Rusiya
18.
17
2011
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
3.
18
2012
Yaşar Doğu beynəlxalq turniri Türkiyə Türkiyə
4.
19
Hindistan Qran-Prisi Hindistan Hindistan
5.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 International Wrestling Database. "ZUMRUD GURBANHAJIYEVA". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  2. International Wrestling Database. "1998 // European Championship // Seniors // Female wrestling // 75 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  3. International Wrestling Database. "1998 // World Championship // Seniors // Female wrestling // 75 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  4. International Wrestling Database. "2000 // World Championship // Seniors // Female wrestling // 75 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  5. International Wrestling Database. "2001 // World Championship // Seniors // Female wrestling // 75 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  6. International Wrestling Database. "2004 // Olympic Qualification Tournament // Seniors // Female wrestling // 72 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  7. International Wrestling Database. "2004 // Olympic Qualification Tournament // Seniors // Female wrestling // 72 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  8. International Wrestling Database. "2007 // World Championship // Seniors // Female wrestling // 72 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  9. International Wrestling Database. "2008 // European Championship // Seniors // Female wrestling // 72 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  10. International Wrestling Database. "2008 // Olympic Qualification Tournament // Seniors // Female wrestling // 72 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  11. 1 2 3 International Wrestling Database. "2009 // European Championship // Seniors // Female wrestling // 67 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  12. International Wrestling Database. "2009 // Golden Grand Prix // Seniors // Female wrestling // 67 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  13. International Wrestling Database. "2009 // World Championship // Seniors // Female wrestling // 67 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  14. International Wrestling Database. "2010 // Austrian Ladies Open // Seniors // Female wrestling // 67 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  15. International Wrestling Database. "2010 // Golden Grand Prix // Seniors // Female wrestling // 67 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  16. International Wrestling Database. "2010 // World Championship // Seniors // Female wrestling // 72 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  17. International Wrestling Database. "2011 // Golden Grand Prix // Seniors // Female wrestling // 67 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  18. International Wrestling Database. "2012 // Yasar Dogu Tournament // Seniors // Female wrestling // 72 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  19. International Wrestling Database. "2012 // Hari Ram Grand Prix // Seniors // Female wrestling // 72 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.