Zəfər bayrağı və ya Qələbə bayrağı[1] (rus. Знамя Победы) — 1945-ci il, mayın 1-i günü Qızıl Ordu əsgərləri tərəfindən Berlindəki Reyxstaq binası üzərinə qaldırılan, 188x82 sm ölçülü, üzərində oraq, çəkic və qırmızı ulduz emblemləri olan bayraq.
Aleksey Berest, Meliton Kantariya və Mixayıl Yegorov adlı üç Sovet əsgəri tərəfindən ucaldılan bayraq, II Dünya Müharibəsində Sovet İttifaqının Nasist Almaniyası üzərində qələbə çalmasının rəsmi simvoludur.[2] İndiki keçmiş SSRİ ölkələri və Rusiyada hələ də rəsmi tədbirlərdə, xüsusən Qələbə Günü təntənələrində və Moskva Qələbə Günü Parad Mərasimlərində istifadə edilir. Eyni zamanda 1996-cı ildən bəri Belarus[3] və 2009-cu ildən bəri Dnestryanın (Dnestryanı Moldov Respublikası)[4] rəsmi simvollarından biridir.
Orijinal bayraq Moskvadakı Mərkəzi Silahlı Qüvvələr Muzeyində nümayiş etdirilir.
Qələbə Bayrağının üzərində kiril əlifbası ilə yazılıb;
"150. Tüfəng, II. Kutuzov sinfi, İdrissa bölüyü, 79. Tüfəng Korpusu, 3. Zərbə Ordusu 1. Belarus Cəbhəsi"
Sovet bayrağının oraqsız və çəkicsiz olan bir variantı var idi, prezident Boris Yeltsin 1996-cı il aprel ayının 5-də milli bayrağa bu emblemleri verdi. Prezident Vladimir Putin də zəfər bayrağını rus ordusunun rəsmi bayrağı kimi qəbul etdi. Bu bayraq Reyxstaqda qaldırılan bayraqdan sonra adlandırıldı, lakin bu da "qələbə bayrağı" adlanır. Bu gün bu variant artıq rəsmi rəmz deyil. Rusiyanın quru qoşunlarının bayrağı sovet dövründəki ulduzsuz bayrağa dəyişdirildi.[5][6]
Sovet İttifaqı günü kimi qeyd edilən bayramlarda istifadə ediləcək bayraqlar federal qanunla müəyyənləşdirilmişdir.[7]
Sözügedən bayraq Reyxstaq binası üzərinə qaldırılması üçün hazırlanan vahid bayraq olmamasına baxmayaraq, bu binada yüksəldilməsi üçün hazırlanan xüsusi "rəsmi" bayraqlar içərisində xilas edilə bilən yeganə bayraqdır. Bu səbəbdən simvol olma xüsusiyyəti daşıyır.
Qələbə günü bayramlarının ilki olan Moskva qələbə günü (1945) paradında bu bayrağın bir surəti daşınmışdır. Bundan sonra təkrarlanan qələbə günü bayramlarında bu bayrağın daşınması bir ənənə halını almışdır.
Qızıl Ordu siyasi idarəsinin rəisi 3-cü hücum ordusunun komandirinin Reyxstaq ilə mübarizədə zəfər bayrağını binanın üzərinə qaldırılması haqqında çıxışı[8] 2 İyul, 1945 Sovetlər Birliyinin 1-ci Belarus Cəbhəsinin Marşal komandiri yoldaş Jukov əmr verdi ki, 3-cü desant ordusunun qoşunları sürətlə Berlinə daxil olsun, orada "zəfər bayrağı"nı Reyxstaq binasının üzərinə yerləşdirsin. Ordunun qoşunları dayaq məntəqələrindən keçərək düşməni məğlub edib 1945-ci il aprel ayının 21-də saat 18:00-da Berlinə daxil oldu Şəhər işğal edildikdən sonra 3-cü desant ordusunun qoşunların 1945-ci il aprel ayının 29-da Reyxstaq ətrafına daxil oldular.. Aprel ayının 30-na sübh tezdən qoşun Reyxstaqda kütləvi hücuma başladılar. 1945-ci il aprelin 30-da, saat 14:25-də Siyanov qrupunun üstün döyüşçüləri dama çıxıb, günbəzə çatdılar. Cəsur döyüşçülər — kommunist leytenant Berest, komsomol Üzvü Əsgər Yeqorov və heç bir partiyanın üzvü olmayan kiçik karpal Kantariya Böyük qələbənin rəmzi olan Sovet İttifaqının məğrur bayrağı Almaniya Parlamenti binasının üzərinə asıldı. Yanmış və güllələrlə deşilmiş bayraq məğlub olmuş Berlinin üzərində qalibiyyətlə dalğalanırdı. 3-cü Desant Ordusunun qoşun komandanı, Sovet İttifaqı Qəhrəmanı, General-Polkovnik Kuznetsov 3-cü Desant Ordusunda hərbi şuranın üzvü, general-mayor Litvinov |