Rasim Valeh oğlu Cəfərov — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2016).[1]
Rasim Cəfərov 17 oktyabr 1978-ci ildə anadan olub. ADMİU-nun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (Əliabbas Qədirovun kursunda, 1996–2000).
1996-cı ildə Akademik Milli Dram Teatrında epizodik çapar rolunda səhnəyə çıxıb. Daha sonra 2003-cü ilə qədər Azərbaycan Dövlət Pantomim Teatrında çalışıb. İlk dəfə kinoya gəlişi Murad İbrahimbəyovun "Üç qız" filmilə olub.[2] Hazırda Gənc Tamaşaçılar Teatrının və Azərbaycan Dövlət Yuğ Teatrının aktyorudur.[3]
29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[4]
- "Şəngülüm, Şüngülüm, Məngülüm"
- "Şərqə səyahət"
- "Pantomim buketi"
- "Zibillik pərvanələri"
- "Eşq"
- "Pəri-Cadu" — Təlxək əcinnə
- "Çəkməli pişik"
- "Tıq-tıq xanım" — Siçan bəy, keçi
- "Şelkunçik"
- "Pələng ili" — Ağa
- "Oliver Tvistin macəraları"
- "Məhv olmuş gündəliklər" — Qənimət
- "Mən gəldim, qızlar" ("Müharibə") — əmi
- "Yalqız qərb" — Balin qerbor
- Salur Qazanın evi talandığı boy (film, 2001)
- Epizod (film, 2002)
- Manqurt (film, 2003)
- Oyun (film, 2003)
- Ana qaz (film, 2005)
- Üç qız (film, 2005) (tammetrajlı bədii film)
- Ev (film, 2007)
- Qala (film, 2008)
- Yalançılar (film, 2008)
- Ölüm növbəsi (film, 2009)
- Teatral həyat (film, 2009)
- Podpiska o neviezde (2009)
- Kuklalar (film, 2009)
- Sahə (film, 2010)
- Əzizim Fellini (film, 2010)
- Səhərə inan... (film, 2011)
- Tabutçunun yelləncəyi (film, 2012)
- Sirr (serial, 2012)
- Döngələr (teleserial, 2012)
- Çaqqal nəfəsi (film, 2013)
- Ayrı (Torn) (film, 2014)
- Arzuların ardınca... (film, 2015)
- Əli və Nino (film, 2015)
- Lotereya bileti (film, 2015) (qısametrajlı bədii film)
- Oğurlanmış arzular (film, 2015)
- Skripkaçı (film, 2015)
- Tələs ömrümə (film, 2015)
- Xeyirlə şərin rəqsi (film, 2015)
- Ayaqqabı əməliyyatı (film, 2016)
- Qara bağ (film, 2016)
- Məryəm (teleserial, 2016)
- Sənin deyil (serial, 2016)
- Ata ocağı (film, 2017) (bədii serial)
- Üçüncü günün adamı (film, 2017)
- Qaragöz (film, 2018)
- 3 rəng (video)
- Jurnalist (Rusiya)
- Rusca tərcümə (Rusiya)
- Əlvida, Şmidt! (film, 2019)
- Olimpia (film, 2021)
- Mən burdayam, İlahi!
- Suğra və oğulları (film, 2021)