Zəki Vəliyev

Zəki Vəliyev (tam adı: Zəki Abdulla oğlu Vəliyev; 15 fevral 1942) — AMEA Geologiya və Geofizika İnstitutu, geologiya-mineralogiya elmləri namizədi, aparıcı elmi işçi, dosent.

Zəki Vəliyev
Zəki Abdulla oğlu Vəliyev
Doğum tarixi 15 fevral 1942(1942-02-15) (81 yaş)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri namizədi
Elmi adı aparıcı elmi işçi
İş yerləri AMEA Geologiya və Geofizika İnstitutu
Təhsili Bakı Dövlət Universiteti

Həyatı[redaktə | mənbəni redaktə et]

Vəliyev Zəki Abdulla oğlu 15 favral 1942-ci ildə Bakı şəhərində anadan olmuşdur.1960-1966-cı illərdə BDU-nun geoloji-coğrafiya fakultəsini bitirib, mühəndis-geoloq ixtisasına yiyələnmişdir. 1966-cı ildə Azərbaycan Nazirlər Sovetinin Geologiya İdarəsinin Kiçik Qafqaz Geoloji Kəşfiyyat və Axtarış Ekspedisiyasının Levçay geoloji-kəşfiyyat partiyasının tərkibində Kəlbəcərdə əmək fəaliyyətinə başlamışdır. Z.Vəliyev həmin illərdə qızıl, civə,surmə,mərgümüş və əlvan metalların axtarışı,kəşfiyyatı,onların paylanma xususiyyətlerinin elmi əsaslanmaları və qiymətləndirilməsi ilə məşğul olmuşdur.[1]

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1978-ci ildən bu günə qədər AMEA-nın Geologiya İnstitutunda elmi işçi vəzifəsində işləyir. 1978-86-cı illərdə Geologiya İnstitutunun aerokosmik tədqiqatlar laboratoriyasında aparıcı mühəndis-geoloqdan aparıcı elmi işçi vəzifəsinə qədər yüksəlmişdir.

O,dəfələrlə Moskva Geoloji-kəşfiyyat İnstitutunda, Leninqrad Dağ - mədən İnstitutunda ixtisası təkilləşdirmə kurslarını bitirmişdir. O, bir neşə dəfə beynəlxalq geoloji-elmi konfranslarda və simpoziumlarda iştirak etmişdir.

1985-ci ildə "Levçay sürmə -civə filiz sahəsinin yataq və təzaürlərinin yerləşmə qanunauyğunluqları və formalaşma şəraitləri" mövzusunda elmi iş müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1985-ci ildən BDU-nun geologiya fakultəsinin dosentidir.150-yə yaxın elmi əsərin müəllifidir. O, Azərbaycan Paleontologiya Cəmiyyətinin, Azərbaycan Geoloqlarının Milli Komitəsinin, Mineralogiya Cəmiyyətinin həqiqi üzvüdür. Azərbaycan Təhsil Cəmiyyətinin məsul katibi işləyib.[2]

Əsas elmi nailiyyətləri[redaktə | mənbəni redaktə et]

O, Kiçik Qafqazın mərkəzi hissəsinin civə, sürmə-civə, civə-qızıl və s. yataqlarının məkan və zaman əlaqələrinin qanunauyğunluqlarını müəyyən etmişdir. Elmi fəaliyyəti filiz geologiyasına tətbiq edilə bilən kosmik tədqiqatları materiallarının interpretasiyası ilə bağlıdır.

Elmi əsərləri[redaktə | mənbəni redaktə et]

  • 1. Sürmə-mərgümüş-civə formasiyası. “Kiçik Qafqazın və İranın strukturunda ofiolitlərin geodinamikası” k.-ında. 288-368 s. (həmmüəllif T.Ab. Həsənov) (rus dilində)
  • 2. Kiçik metalların – civə, sürmə və mərgümügün yataqları. 22«Azərbaycan geologiyası», VI cild, «Faydalı qazıntılar», Bakı «Nafta-press» nəşriyyatı, səh. 304-331.( həmmüəllif Y.C.Zamanov) (rus dilində)
  • 3. Dağ-qazıma işləri zamanı xarici amillərdən süxurların fiziki və texnoloyi asılılığı. Dağ-geoloji jurnal, 2006, №2(8), səh. 3-!0. (həmmüəlliflər; Ramazanov V.G., Əfəndiyeva Z.C.) (rus dilində)
  • 4 .Kiçik Qafqazın Göyçə-Əkərə metallogenik zonasında civə və sürmə-civə yataqlarının zaman və məkanca paylanması. «Qafqazın geodinamika, petrologiya və metallogeniyasının problem məsələləri» kitabında, Bakı, 2007, səh. 226-342.
  • 5. Filizyerləşdirici süxurların geokimyəvi xüsusiyyətləri və onların gizli filizləşmənin proqnozlaşdırılmasında rolu (Levçay filiz sahəsi timsalında). Akademik M.Ə.Qaşqayın elmi irsi, «XX1 əsrdən baxış» kitabında, Bakı, 2007, səh. 293-302.
  • 6. Kiçik Qafqazın Sevan-Əkərə zonasının metalloqeniya problemləri. AMEA xəbərləri, «Yer elmləri» seriyası, 2008, № 1, səh. 55-66.( həmmüəlliflər;A.C.İsmayıl-Zadə, E.N.Emelyanova, Y.N.Lətifova) Rus dilində.
  • 7. Dərinlik yarıqları və onların Yerin deqazasiyasında rolu. Ümümrusiya, Yerin deqazasiyasına: geodinamika, geoflüidlər, neft, qaz və onların paragenezisinə həsr olunmuş konfransın materialları. Moskva, 2008, (həmmüəllif H.T.Haqverdiyev). (rus dilində)
  • Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 1.Azərbaycan Geoloqlarının Milli Komitəsi
  • 2. Azərbaycanın Paleontologiya Cəmiyyəti
  • 3. Azərbaycanın Mineralogiya Cəmiyyəti

Pedaqoji fəaliyyəti 1988-ci ildən indiyə kimi Bakı Dövlət Universitetində əvvəlcə «Faydalı qazıntılar» kafedrasında «Faydalı qazıntıların axtarış və kəşfiyyatı», «Yataq və filiz sahələrinin strukturları», «Elmin müasir problemləri», «Plitələr tektonikası və filizəmələgəlmə», sonra isə «Hidrogeologiya və mühəndisi geologiya», kafedrasında «Distansion zondlaşdırma», «Hidrosferin aerokosmik tədqiqatları» və s. tədris edir.[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr
  2. Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr
  3. http://www.science.gov.az/forms/doktora-filosofii-instituta-geologii-i-geofiziki/721

Xarici keçid[redaktə | mənbəni redaktə et]