Vaqif Ramazanov

Vaqif Gülmurad oğlu Ramazanov (1944, Siyəzən rayonu2014) Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin faydalı qazıntılar kafedrasının professoru, geologiya-mineralogiya elmləri doktoru.

Vaqif Ramazanov
Doğum tarixi 1944
Doğum yeri
Vəfat tarixi 2014
Təhsili
Fəaliyyəti geoloq
Elmi dərəcəsi

Ramazanov Vaqif Gülmurad oğlu 1944-cü ildə Siyəzən rayonunun Sağlovcan kəndində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakultəsini bitirib, mühəndis geoloq ixtisasına yiyələnmişdir. 1970-ci ildə Azərbaycan Nazirlər Sovetinin nəzdində olan Geologiya İdarəsi sistemində Kəlbəcərdə əmək fəaliyyətinə başlamışdır. 1970–1978-ci illərdə Kəlbəcərdə qızıl, civə, sürməmis yataqlarının axtarışı və kəşfiyyatı ilə məşğul olmuşdur. 1978–82-ci illərdə AEA-nın Geologiya İnstitutunun Geofizika Elmi Mərkəzində şöbə müdiri vəzifəsində işləmişdir. 1981-ci ildə "Kəlbəcər çöküntülərinin endogen filiz əmələ gəlmələri və onların yerləşməsi qanunauyğunluqları" mövzusunda dissertasiya müdafiə edərək giologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1993-cü ildə "Azərbaycanın mis-porfir formasiyası" müvzusunda doktorluq dissrtasiyasını müdafiə etmişdir. V.Ramazanov 4 ildən çox bir müddətdə Azərbaycan Ali Atestasiya Komissiyasında ekspert işləmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elmi şurasının üzvü olmuşdur. 10 ildən çox BDU-da doktorluq müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın elmi katibi olmuşdur. Geologiya fakültəsində elmi şurasının və "Bilgi dərgisi" jurnalının redaksiya heyətinin üzvü olmuşdur.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Geologiya İdarəsi, MEA Geologiya İnstitutu Geofizika EM, "AIMROC" şirkəti, BDU-da işləyib.

1982–2014-cü illərdə BDU-da Faydalı qazıntılar kafedrasında çalışıb.

Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı, riyazi geologiya, litosfer tavaları tektonikası və filizəmələgəlmə dərsləri üzrə mühazirələr deyirdi.

119 məqalənin, 6 monoqrafiyanın, 9 kitabın müəllifidir. Yetişdirdiyi elimlər namizədlərinin və doktorların sayı 9 nəfərdir.

Təcürbələr və elmi yenilikləri

[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqazın nəcib və əlvan metal yataqlarının geoloji quruluşu, bir sıra genetik problemləri, əmələ gəlmə şəraitləri, yerləşmə qanuna uyğunluqları, proqnozlaşdırılması, axtarışı və kəşfiyyatı.[2]

Tədqiqat sahəsi

[redaktə | mənbəni redaktə et]

Endogen filizəmələgəlmə problemləri, filiz yataqlarının geologiyası, proqnozlaşdırılması, axtarışı va kəşfiyyatı.

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • 2005 — Çovdar qızıl sahəsinin geoloji-struktur şəraiti. BDU xəbərləri,N2.
  • 2005 — Çovdar filiz sahəsinin geoloji quruluşu və əmələgəlməsinin struktur şəraiti. AMEA, Xəbərlər,N4.
  • 2006 — Murovdağ filiz rayonunuu geoloji öyrənilməsinin təhlili və perspektivliyinin qiymətləndirilməsi. Bilgi dərgisi,1–2.
  • 2007 — Azərbaycanın mineral-xammal resursları və onların istifadə perspektivləri. Moskva, Qornıy Jurnal s. 14–19.
  • 2007 — Gədəbəy filiz rayonu mis-porfir yataqlari filiz-maqmatik sistemləri modelinin geoloji-geofiziki və geokimyəvi əsasları Akad. M.Ə.Qaşqayın 100 illik yubileyinə həsr olunmuş Elm Sesiyanın materialları, Bakı, 58–84 səh.
  • 1990 — Mis-molibden porfir yataqları,Bakı,Azərnəşr, 375 s.
  • 1991 — Riyazi statistikanın geologiyada tətbiqi, Bakı,BDU.
  • 1995 — Əfqanıstanın metallogeniyası, Bakı.
  • Faydalı qazıntıların sınaqlaşdırılması və ehtiyatın hesablanması praktikumu
  • 2001 — Azərbaycanın qızıllı səpintiləri, Bakı, Naftapress.
  • 2003 — Azərbaycanın qızılı (rus dilində), Azərbaycan Milli Ensiklopediyasında Nəşriyyat-Poliqrafiya Birliyi, 424 s.
  • 2004 — Azərbaycanın barit qurşağı,Bakı, Adiloğlu, 244 s.
  • 2005 — Azərbaycanın mineral-xammal resursları, Bakı,Ozan, 808 s.
  • 2006 — Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı (dərslik), BDU.


Ramiz Məmmədov

Musa Məmmədov

Cəbrayıl Azadəliyev


Vaqif Ramazanov

  1. Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr
  2. "Arxivlənmiş surət". 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-27.