Zəkiyyə Mahmudova

Zəkiyyə Güləmi qızı Mahmudova (7 noyabr 1949, Bakı) — geyim rəssamı, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının üzvü (1996), Azərbaycan Rəssamlar İttifaqının üzvü (2005), Balaxanı qəsəbəsinin ilk qadın rəssamı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2019).

Zəkiyyə Mahmudova
Doğum tarixi (75 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Fəaliyyəti rəssam
Təhsili Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2019

Zəkiyyə Mahmudova 1949-cu il noyabr ayının 7-də Bakı şəhərində dünyaya gəlib. O, 40-a yaxın cizgi filminin rəssam assistenti, bir neçə bədii filmin geyim rəssamı olub.

Zəkiyyə Mahmudova 1966-cı ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. O, 1970-ci ildə rəssamlıq məktəbini bitirdikdən sonra taleyini kino sənətinə bağlayaraq, C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının cizgi filmləri şöbəsində çalışmağa başlayıb.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Zəkiyyə Mahmudovanın “Bulud niyə ağlayır?”, “Kirpi balası və alma”, “Meşəyə insan gəlir”, “Şah və xidmətçi”, “Daş”, “Balaca çoban”, “Qaya” və s. animasiya filmlərinin, “Nar ağacının nağılı”, “Qərib cinlər diyarında”, “Hökm”, “Qorxma, mən səninləyəm” kimi bədii filmlərin yaranmasında əlbəsə ustası, rəssam assistenti, geyim rəssamı qismində böyük əməyi olub.

1996-cı ildən Cəfər Cabbarlı adına kinematoqrafiya ittifaqının, 2005-ci ildən Azərbaycan rəssamlar birliyinin üzvüdür.

31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.[1]

Sıra Film posteri Filmin adı İli
1 Fayl:Balaca çoban (film, 1985).jpg Balaca çoban 1985
2 Bulud niyə ağlayır? 1973
  1. President.az. "Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 2019-07-31. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-31.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Zəkiyyə Mahmudovanın 65 illik yubileyi qeyd olunub[ölü keçid]