Tahir Yadigar oğlu Məmmədli (2 yanvar 1957, Şamaxı) — AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin "Seysmologiya" şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru[1],
Tahir Məmmədli | |
---|---|
Tahir Yadigar oğlu Məmmədli | |
Doğum tarixi | 2 yanvar 1957 (67 yaş) |
Doğum yeri | |
Elm sahəsi | Seysmologiya |
Elmi dərəcəsi | Geologiya-mineralogiya elmləri doktoru |
İş yeri | AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi |
Alma-mater | Azərbaycan Dövlət Universiteti |
Təhsili | ali |
Tahir Yadigar oğlu Məmmədli 1957-ci il yanvarın 2-də Şamaxı şəhərində anadan olmuşdur. 1989-cu ildə Moskva şəhərində, keçmiş SSRİ Elmlər Arademiyasının Yer Fizikası İnstitutunda 04.00.22 – Geofizika ixtisası üzrə "Отражение геологических структур южного склона Большого Кавказа в параметрах сейсмического режима" ("Böyük Qafqazın cənub yamacının geoloji strukturlarının seysmik rejimin parametrlərində əksi")mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını, 2007-ci ildə Bakı şəhərində 25.00.10 — Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları ixtisası üzrə "Azərbaycan ərazisinin zəif seysmikliyi və onun müasir dinamika ilə əlaqəsi" mövzusunda elmlər doktorluğu dissertasiyasını müdafiə etmişdir.[Azərbaycan]]da və bir sıra xarici ölkələrdə çap olunmuş 100-dən çox elmi məqalənin, 1 monoqrafiyanın müəllifi, ali məktəblər üçün 1 dərs vəsaitinin həmmüəllifidir[2]
T.Y. Məmmədli Azərbaycanda ilk dəfə olaraq zəif zəlzələlərin tədqiqi ilə məşğul olan mütəxəssisdir. O, zəif zəlzələlərin Yer qabığındakı dərinlik qırılmaların izlənməsində, güclü zəlzələlərin məkan vəziyyətinin müyyənləşdirilməsində rolunu göstərmiş, bu nəticələrin respublika ərazisinin seysmik rayonlaşdırılmasında istifadəsini təklif etmişdir. T.Y. Məmmədli öz tədqiqatları əsasında Azərbaycanda güclü zəlzələ ocaqlarının yerini və onlarda ehtimal olunan zəlzələlərin maksimum maqnitudlarını müəyyən etmişdir. Bir kitabın (Geofizika cildinin) və ali məktəblər üçün bir dərs vəsaitinin (Seysmologiyanın əsas elementləri) həmmüəllifi, bir kitabın (Azərbaycan ərazisinin zəif seysmikliyi və onun müasir geodinamika ilə əlaqəsi) müəllifidir. T.Y. Məmmədli seysmiklik, seysmotektonika, seysmik rayonlaşdırma və seysmik risk sahəsində 100-dən artıq elmi məqalələrin müəllifidir. O, Azərbaycan Seysmoloqlar Assosiasiyasının katibi, AMEA nəzdində RSXM-nin Elmi-Texniki Şurasının və "Azərbaycanda seysmoproqnostik müşahidələr kataloqu" elmi jurnalının redaksiya heyətinin üzvüdür. AMEA-nın Fəxri fərmanı ilə təltif olunub.
T.Y. Məmmədli tədqiqat işləri zamanı bir sıra, o cümlədən aşağıdakı mühüm nəticələri əldə etmişdir:
Tahir Məmmədli Moskva (Rusiya Federasiyası), Tbilisi (Gürcüstan), İstanbul (Türkiyə), Tehran (İran), Podstam (Almaniya), Amman (İordaniya), Strasburq (Fransa) və dünyanın başqa şəhərlərində keçirilən çoxsaylı konfrans və simpoziumlarda iştirak etmişdir.