Zəncan mədrəsəsi — XI əsrə aid mədrəsə.[1]
Orta əsr ərəbdilli müəlliflərdən Əbu Tahir əs-Siləfi özünün “Mucəm əs-Səfər” əsərində Zəncan mədrəsəsi haqqında məlumat verir. Müəllif bu mədrəsədə dərs demiş Əbülvəfadan onun doğum tarixi, müəllimləri və səfərləri haqqında suallar vermiş və onun cavabından Əbulvəfanın h. 430 (1038)-cu ildə anadan olduğunu, Mərvəruz, Mərv, Şaş, Buxara və Nişapurda görkəmli müəllimlərdən fiqhi öyrəndiyini qeyd edirdi. O, əsli Azərbaycanın Təbriz yaxınlığındakı Əbyaverd kəndindən olan Əbu Səhl əl-Əbyaverdidən yararlanmaq üçün bir sıra məsələləri mülahizə etmişdir. Əbu Səhl əl-Əbyaverdi kim idi və onunla hansı məsələlər barədə danışmışdı. Fəzilətli ustad olan Əbülvəfa əl Buxari Zəncan mədrəsəsində dərs deməklə yanaşı uzun müddət Zəncanda qazılıq da etmişdi.[1]