Zərdəpər

Zərdəpər (lat. Luciobarbus capito) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin luciobarbus cinsinə aid heyvan növü.

Zərdəpər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Dəstəüstü:
Ranqsız:
Ranqsız:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Növ:
Zərdəpər
Beynəlxalq elmi adı

İki cüt bığı var. Ağızı aşağıda yerləşir və aypara şəkillidir. Dodaqları yaxşı inkişaf etmişdir. Rostrumu uzunsovdur. Bel üzgəcində 4 şaxəsiz, 8 (nadir hallarda 7) şaxəli, anal üzgəcində 3 şaxəsiz, 5 (nadir hallarda 6) şaxəli şüa vardır. Yan xətt pulcuqlarının sayı 56-68, yan xəttdən yuxarıda yerləşən pulcuqların sayı 8-12, aşağıda olan pulcuqların sayı isə 5-8 arasında dəyişir.[1]

Arealı və sayı

[redaktə | mənbəni redaktə et]

Azərbaycan ərazisi daxilində Xəzərin orta və cənub hissəsində və ona tökülən çaylarda, o cümlədən Kür və Araz çaylarında və onların qollarında yayılmışdır. Samurla Xudat arasındakı çaylarda, Lənkəran zonası çaylarında, MingəçevirVarvara su anbarlarında təsadüf edilir. Azərbaycandan kənarda Kür boyu Borjomidə, Araz boyu Qars çayına qədər, İran ərazisindən Cənubi Xəzərə tökülən çaylarda (Səfidrud, Qorqan, Atrek), Şimali Qafqazda – Rubas çayda, Qayakənd, Terek və Sulak çaylarında yayılmışdır. Sayı kəskin surətdə azalan balıqlardandır.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Dənizdə yaşayan keçici və çaylarda yaşayan şirin su populyasiyaları mövcüddür. Keçici zərdəpər Xəzər dənizindən çıxıb çoxalmaq üçün Terekdən başlamış cənuba doğru yerləşən, nisbətən iri çayların əksəriyyətinə girir. Kür çayına keçici zərdəpərin miqrasiyası aprel ayında başlayır sentyabıra qədər davam edir. Miqrasiyanın qızğın vaxtı iyun-iyul aylarında olur.[2] Zərdəpər gec yetişən balıqdır. Erkəklər 4 yaşında, dişilər isə 5 yaşında cinsi yetginliyə çatır.

Dənizdən Kür çayına keçən zərdəpərin cinsi məhsulları yetişmiş halda olur və kürüsünü çaylarda az müddət qaldıqdan sonra – yayın əvvəllərində tökür. Yay zamanı çaya girən balıqların cinsi məhsulları III inkişaf mərhələsində olur və qışı çayda keçirdikdən sonra tam yetişmiş vəziyyətdə olurlar. Belə balıqlar kürüsünü aprel-may aylarında tökür. Kürü tökmələri yayda hissə-hissə olur. Zərdəpərin qidasını müxtəlif su cücülərinin sürfələri və detrid təşkil edir. İri balıqların mədəsində bitki qalıqları, xironomid sürfələri, gündəcə, quru cücülərin qalıqları, kiçik balıqlar tapılır. Çayda qaldığı müddətdə keçici zərdəpər qidalanmır.[3]

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Mingəçevir su anbarı yaradıldıqdan sonra təbii çoxalma yerlərinin sıradan çıxması, su hövzələrinin çirkləndirilməsi.

Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Zərdəpərin genetik fondunun mühafizəsi üçün ehtiyatının təbii yolla bərpası istiqamətində tədbirlər həyata keçirilməli, süni artırılmasının biotexniki normaları işlənib hazırlanmalı və tətbiq olunmalı, su hövzələrinin çirkləndirilməsinin qarşısı alınmalıdır.

  1. Абдурахманов Ю.А. Рыбы пресных вод Азербайджана. Баку: Элм, 1962, с.173 - 180; 2. Azərbaycanın heyvanlar aləmi: Onurğalılar. III cild, Bakı: Elm, 2004, s. 107.
  2. Azərbaycan Respublikasının "Qırmızı Kitabı", II cild, Fauna, Bakı 2013
  3. Абдурахманов Ю.А. Рыбы пресных вод Азербайджана. Баку: Элм, 1962, с.173 - 180; 2. Azərbaycanın heyvanlar aləmi: Onurğalılar. III cild, Bakı: Elm, 2004, s. 107.