Varvara su anbarı | |
Ölkə | Azərbaycan |
Uzunluğu | 13 km m |
Eni | 3,4 km m |
Sahəsi | 20,5 km2 m² |
Tökülən çaylar | Kür |
Axan çaylar | Kür |
Varvara su anbarı — Kür çayının üzərində, Mingəçevir SES-dən 20 km aşağıda yerləşir. Ondan buraxılan suları gündəlik tənzimləmək və elektrik enerjisi istehsal etmək məqsədilə 1956-cı ildə istismara verilmişdir. Su anbarının uzunluğu 13 km, normal səviyyədə maksimum eni 3,4 km-dir, dərinliyi 8,2 m, sahil xəttinin uzunluğu 31 km, su güzgüsünün sahəsi isə 20,5 km²-dir.
Varvara su anbarında 3 aqreqatdan ibarət və ümumi gücü 16,5 min.kvt olan Varvara su-elektrik stansiyası fəaliyyət göstərir[1].
Varvara su anbarının ixtiofaunasının növ tərkibini və onların rastgəlmə intensivliyini nəzərdən keçirtsək burada 34 növ və yarımnöv, iki hibrid və bir forma (karp) balığının təftişi göstərmişdir ki, müasir dövrdə su anbarında Xəzər qızıl balığı, Kür xramulyası, zərdəpər, mursa, poru, qılınc balıq və Xəzər minoqası yoxdur (İsmayılov, 2004). Varvara su anbarında hazırda 26 növ və yarımnöv, iki hibrid və bir forma, balıq (27+3) vardır. Bu balıqların içərsində çoxsaylılar – durna balğı, külmə, həşəm, Zaqafqaziya gümüşçəsi, çapaq, naxa, sıf, daban balığı, Kür gümüşçəsi; orta saylılar- kür şəmayısı, qambuziya, Kür xulu, Qafqaz xulu, çəki, karp; azsaylılar – Kür qumlaqçısı, Kür altağızı, lil balığı, qızılüzgəc, Qafqaz enlibaşı; seyrək rast gələnlər qıjovçu, qızılı ilişkən; hibrid- külmə x çapaq və hibrid- külmə x altağız ayırd edilir. Aparılmış son tədqiqat işləri nəticəsində müəyyən edilmişdir ki, külmə vətəgə əhəmiyyətli balıqlar arasında say dinamikasına görə birinci yeri tutur (34,5%), sonrakı yeri 25,5 %- lə çapaq tutur. 15,5%-lə həşəm, üçüncü, 10,7%- lə çəki dördüncü yeri tutur. Axırıncı yerləri sıf balığı 8,9% və durna balığı 4,8% tutur. Su anbarında bitkilərin (xüsusilə qamış) həddən artıq çoxalması və inkişafı, yırtıcı balıqların digər vətəgə əhəmiyyətli balıqları və onların körpələrini ovlanma imkanını artırır.