Zərifə Əliyarova

Əliyarova Zərifə Abbasqulu qızı (8.5.1935, Naxçıvan şəhəri28.6.1999, Bakı şəhəri) – fizik. Fizika-riyaziyyat elmləri doktoru (1975), professor (1983), Azərbaycan Respublikası Dövlət mükafatı laureatı (1972).[1]

Zərifə Əliyarova
Zərifə Abbasqulu qızı Əliyarova
Doğum tarixi
Doğum yeri Naxçıvan şəhəri
Vəfat tarixi (64 yaşında)
Vəfat yeri Bakı şəhəri
Atası Abbasqulu
Fəaliyyəti fizik
Mükafatları Azərbaycan dövlət mükafatı laureatı
  • 1935-ci il may ayının 8-də Naxçıvan şəhərində anadan olmuşdur.
  • Azərbaycan Dövlət Universiteti (indiki BDU) fizika-riyaziyyat fakültəsinin fizika şöbəsini (1956) və Azərbaycan Milli EA Fizika İnstitutunun aspiranturasını (1959) bitirmişdir.
  • Azərbaycanda fizika-riyaziyyat elmləri namizədi (1959) və doktoru adına layiq görülmüş ilk qadın fizikdir.
  • 1983-cü ilədək Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda baş elmi işçi, laboratoriya müdiri olmuşdur.
  • 1983-cü ildən Azərbaycan Dövlət Neft Akademiyası fizika kafedrasının professor idi.
  • Yarımkeçiricilər fizikasına dair tədqiqatların, o cümlədən 80-dən çox elmi məqalənin, ixtiranın, bir dərsliyin müəllifidir.
  • 20-dən çox müəlliflik şəhadətnaməsi almışdır.
  • Onun rəhbərliyi ilə dünyada ilk dəfə olaraq yeni növlü yarımkeçirici yaddaş elementləri alınmışdır.
  • Əsərləri bir sıra xarici ölkələr də dərc olunmuşdur.
  • Bir çox beynəlxalq və keçmiş Ümumittifaq elmi məclislərin də məruzələr etmişdir.
  • Naxçıvan Dövlət Universitetinin Naxçıvan Elm mərkəzinin yaradılmasında xidməti var.
  • 1999-cu il iyun ayının 28-də Bakı şəhərində vəfat etmişdir.[1][2]
  1. 1 2 Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 165. ISBN 5-8066-1468-9.
  2. Tərxan İsmayıloğlu, Gənc nəslə örnək ömür, “Azərbaycan” qəzeti, 6 may, 2000.