Azərbaycan Respublikasının Dövlət Mükafatı — Azərbaycan Respublikasında elm və mədəniyyət xadimlərinə verilən mükafat. 3 mart 2004-cü ildə təsis edilmiş[1] və 2010-cu ildən verilməyə başlanmışdır.
Azərbaycan Respublikasının Dövlət Mükafatı | |
---|---|
Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının fəxri döş nişanı |
|
Ölkə | Azərbaycan |
Tip | mükafat |
Təltif edir | |
Status | verilir |
Statistika | |
Təsis tarixi | 3 mart 2004 |
İlk təltif |
|
Son təltif |
|
Təltif sayı | 42 |
Ardıcıllıq | |
Müvafiqdir |
Dövlət Mükafatı Azərbaycan Respublikasının vətəndaşı olan müəlliflərə elmin, texnikanın, memarlığın, mədəniyyətin və ədəbiyyatın inkişafına mühüm töhfələr verən əsərlərə, fundamental və tətbiqi elmi araşdırmalara, dövlətçilik, iqtisadi inkişaf və digər sahələrdəki elmi kəşflərə və ixtiralara, qabaqcıl sənaye-texniki təcrübənin tətbiqinə və nəzəri tədqiqatlara, habelə yeni material və mexanizmlərin yaradılmasına görə verilir. Mükafata layiq görülən şəxslərə pul vəsaiti ilə yanaşı, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının diplomu və fəxri döş nişanı təqdim edilir.[2]
Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının fəxri döş nişanı medal və qəlibdən ibarətdir. Qızıldan hazırlanan dairəvi formalı medalın diametri 27 mm, qalınlığı isə 3 mm-dir. Medalın üz tərəfində alov simvolu və dəfnə budağı təsvir olunub. Medalın arxa tərəfinin yuxarı qövsü boyunca “AZƏRBAYCAN RESPUBLİKASININ” sözləri, üzərində “DÖVLƏT MÜKAFATI LAUREATI” sözləri, aşağı hissəsində isə medalın nömrəsi həkk edilib. Təsvirlər və yazılar qabarıq formada olur. Medal kiçik halqa vasitəsilə qəlibə birləşdirilib. Aşağı hissəsi yarımdairə şəklində olan qəlibin eni (mərkəzi hissədə) 15 mm, uzunluğu isə 27 mm-dir. Qəlibin üz tərəfi Azərbaycan Respublikasının Dövlət bayrağına uyğun, üçrəngli xaradan olan lentlə örtülüb. Medal qəlibin arxa hissəsindəki xüsusi elementlə geyimə bərkidilir.[3]