Zərif üzvi sintez

Zərif üzvi sintez – çoxmərhələli reaksiyalar sxemi üzrə az miqdarda reaktivlərlə mürəkkəb quruluşa malik birləşmələrin sintez üsuludur.[1]

Zərif üzvi sintezin əsas üzvi sintezlə müqayisəsi

[redaktə | mənbəni redaktə et]

Onların arasında bir sıra fərqlərin olduğunu aşkara çıxarır.. Əsas üzvi sintezin məhsullarından fərqli olaraq zərif üzvi sintezin məhsulları çox diqqətlə təmizlənməlidirlər. Zərif üzvi sintezin istehsallarının həcmi əsas üzvi sintezinki ilə müqayisədə çox da böyük olmur. Zərif üzvi sintezin məhsulları öz çeşidinə görə çoxsaylı və rəngarəngdir, məhsulların dəyəri isə nisbətən yükskdir. Adətən bu sənaye sahəsini “Kiçik tonnajlı kimya” adlandırırlar.

Zərif üzvi sintez üsulunun tətbiqi

[redaktə | mənbəni redaktə et]

Zərif üzvi sintez üsulu ilə ilk dəfə sintetik üzvi birləşmələr toxuculuq sənayesində tətbiq olunmuşdur. XIX əsrin axırlarında ilk sintetik dərman preparatı (E.Fişer)sintetik boyaq maddəsi (U.Perkin) alındı və kimya-əczaçılıq sənayesi yarandı. XX əsrin ortalarındatəbii maddələrin nümayəndələri (vitaminlər, antibiotiklər) sintez olundu və tətbiq sahəsi tapdı. Sonralar zülallar, nuklein turşuları, lipidlər, karbohidratların ayrı-ayrı nümayəndələri və fraqmentləri sintez olundu. Bu nəinki biomolekulların quruluşunu müəyyən etməyə, eyni zamanda onların funksional fəallığını da izah etməyə imkan yaratdı. Zərif üzvi sintezin inkişafı ilə paralel olaraq mürəkkəb üzvi birləşmələrin, mikroorqanizmlərin istifadə olunmaqla əlınmasına əsaslanan yeni üsulların və eləcə də hüceyrələrin alınmasının – biotexnologiyanın əsası qoyuldu .

“Kiçik tonnajlı kimya”nın inkişafı

[redaktə | mənbəni redaktə et]

“Kiçik tonnajlı kimya”nın inkişafı xalq təsərrüfatının polimer materiallar, kimyəvi əlavələr, dərman preparatları, konservantlar, katalizatorlar, sintetik liflərboyaqlar, yuyucu vasitələr, texniki məqsədlər üçün piy və bitki yağlarının əvəzləyiciləri, xüsusi təmizlikli kimyəvi material və reaktivlər və nazik polimer örtüklərə olan tələbatını ödəmək məqsədi daşıyır.

Zərif üzvi sintezin əsas istiqamətləri

[redaktə | mənbəni redaktə et]

Zərif üzvi sintezin əsas istiqamətləri aşağıdakılardır:

  • tibbi məqsədlər üçün bioloji aktiv birləşmələr (farmakoloji və kimyəvi terapevtik vasitələr, vitaminlər, hormonlar) və kənd təsərrüfatında işlənən bioloji aktiv maddələrin (pestisidlər, bitkilərin mühafizəsi və inkişafının tənzimlənməsi üçün vasitələr, heyvanların mühafizəsi və artımının stimullaşdırılması) sintezi;
  • müxtəlif məqsədlər üçün işlənən boyaqların sintezi;
  • fotoqrafiya və digər məlumat qeydiyyatı vasitələri üçün maddələrin sintezi;
  • polimer materiallar üçün kimyəvi əlavələrin (istilik və işıq stabilizatorları, antioksidantlar, vulkanlaşdırma agentləri və sürətləndiriciləri) sintezi;
  • plastik kütlələr üçün plastifikatorların sintezi;
  • üzvi flotasiya reagentlərinin sintezi;
  • metal korroziyasının üzvi inhibitorlarının sintezi;
  • kimyəvi reaktivlər və xüsusilə təmiz üzvi maddələrin sintezi.

Zərif üzvi sintezin məqsədyönlü məhsulları

[redaktə | mənbəni redaktə et]

Dərman maddələri və preparatları. Xəstəliklərin müalicəsi və profilaktikası üçün müxtəlif bitki, heyvan və mineral mənşəli maddələrdən dərman preparatları hazırlanır. Dərman maddələri və dərman xammalı tibbi praktikada işlədilməzdən əvvəl müəyyən üsullarla emal edilir. Bundan sonra dərman maddəsi dərman preparatı adlanır. Tibdə işlədilən dərman preparatları konsistensiyalarına görə üç növ olur.

  • Sərt və ya bərk dərman formaları (tozlar, kapsullar, tabletlər, drajelər və s.).
  • Yumşaq dərman formaları (məlhəmlər, linimentlər, pastalar, plastırlar, şamlar, kürəciklər, çubuqcuqlar və s.).
  • Maye dərman formaları (məhlullar, inyeksiyalar, damcılar, emulsiyalar, dəmləmələr, bişirmələr, cövhərlər, şirələr, miksturalar yaxud qarışıqlar və s.).
  • Dərman maddələrini təsir növlərinə görə qruplaşdırırlar. Dərmanların aşağıdakı təsir növləri vardır:

Yerli və ümumi təsir Yerli təsir orqanizmin müəyyən nahiyəsinə, dərmanın işlədildiyi yerə göstərilən təsirdir ki, bu da keyidici, qıcıqlandırıcı, dezinfeksiyaedici və s. olur. Ümumi təsir isə dərmanın qana sorulduqdan sonra bütün orqanizmə göstərdiyi təsirdir. Dərmanların ümumi və yerli təsir göstərməsi şərti qəbul olunmuşdur. Hər bir dərman yerli təsirlə yanaşı, müəyyən dərəcədə ümumi təsir də göstərir.

Reflektor təsir.

Bu təsir dərman maddələrinin hissi sinir uclarına olan təsiri nəticəsində mərkəzi sinir sisteminin iştirakı ilə həyata keçirilir. Reflektor təsir çox tez baş verir, lakin qısamüddətli olur. Məsələn, tənəffüs fəaliyyətinin kəskin zəifləməsində xəstəyə naşatır spirti iylədirlər ki, bu da burun boşluğundakı selikli qişa reseptorlarını qıcıqlandırır, uzunsov beyindəki tənəffüs mərkəzini oyadır və tənəffüs yaxşılaşır.

Bilavasitə və dolayı yolla təsir.

Bilavasitə təsir dərman preparatının müəyyən orqana və ya toxumaya birbaşa ilkin təsiridir. Dolayı yolla təsir isə digər orqan və ya toxuma vasitəsilə göstərilən ikincili təsirə deyilir.

Dönən və dönməyən təsir (Əksər dərmanlar dönər təsir göstərir).

Dönən təsir müəyyən müddətdən sonra keçib gedir. Dönməyən təsir isə həmişəlik qalır (Belə dərmanlar azlıq təşkil edir).

Əsas və yanaşı təsir.

Əsas təsir dərman maddələrinin göstərdiyi müalicəvi təsirdir. Yanaşı təsir isə lazımsız, arzu olunmayan, bəzən də hətta zərərli təsirə deyilir.

Etiotrop və simptomatik təsir.

Etiotrop təsir xəstəliyin səbəblərinə və amillərinə qarşı yönəldilmiş təsirdir. Simptomatik təsir isə xəstəliyin simptomlarına, əlamətlərinə qarşı olan təsirdir.

Kombinəedilmiş təsir.

Bir neçə dərmanın eyni vaxtda və eyni məqsədlə işlədildiyi zaman verdiyi effektə deyilir. Sinergist dərmanlar eyni istiqamətdə təsir göstərən dərmanlardır. Antaqonist dərmanlar isə bir-birinin əksinə (zidd) təsir göstərir. Bunlardan zəhərlənmələrdə geniş istifadə olunur. Dərman maddələrinin təsiri onların dozasından da çox asılıdır. Gözə çarpacaq təsir göstərən dərman maddəsinin ən kiçik miqdarına hüdudi doza deyilir. Hər bir dərmanın minimal və maksimal dozası olur. Dərman maddələrinin təsir xarakteri və qüvvəsi onların orqanizmə daxilolma yollarından da asılı olur. Dərmanların təsiri onların orqanizmdəki taleyindən də çox asılıdır. Dərmanlar orqanizmdə tərkiblərinə uyğun olaraq müxtəlif dəyişikliklərə uğrayır. Onların təsir qüvvəsi bu dəyişikliklərdən çox asılı olur. Dərmanların təsir qüvvəsi və xarakteri onların bədəndən xaric olma yollarından da çox asılıdır. Tez xaric olanlar qısa müddətli, gec xaric olunanlar isə uzunmüddətli təsir göstərir. Dərmanların təsiri üçün ikinci siqnal sisteminin, inamın rolu böyükdür. Dərmanların təsiri insanların cinsiyyətindən və yaşından, fərdi xüsusiyyətlərindən də çox asılı olur. Dərman preparatları eyni aktivliyə malik olmalı, standarta uyğun gəlməlidir. Dərman maddələrinin aktivliyi adətən, təsir vahidləri - TV ilə ifadə edilir. Çox zaman dərman maddələrinin təkrar daxil edilməsi onların təsirinin azalmasına və ya güclənməsinə səbəb olur. Dərman maddələri təkrar qəbul edildikdə onların təsirinin artması və ya toplanması kumulyasiya adlanır. Belə maddələr orqanizmdən gec xaric olunur və bəzən orqanizmdə yığılıb qalır. Bəzi dərmanlar orqanizmdə sensibilizasiya törədir. Sensibilizasiya orqanizmin ekzogen və ya endogen mənşəli antigenlərə (allergenlərə) qarşı həssaslığının yüksəlməsidir ki, bu da allergiyanın əsasını təşkil edir. Tibbi praktikada olduqca çox dərmanlar işlədilir. Odur ki, onlar haqqında tam təsəvvür yaratmaq üçün dərmanları oxşar xüsusiyyətlərinə görə qruplaşdırırlar. Ən geniş yayılmış təsnifat dərmanların həm farmakoloji təsir xüsusiyyətləri və həm də kimyəvi tərkibi əsas götürülən qarışıq təsnifatdır. Sistem prinsipinə əsaslanan təsnifata görə dərmanlar aşağıdakı qruplara bölünür:

  1. neyrotrop, yəni mərkəzi və periferik sinir sisteminin funksiyalarını tənzim edən dərmanlar;
  2. işlək orqan və sistemlərin (qan dövranı, tənəffüs və s.) funksiyalarını tənzim edən dərmanlar;
  3. maddələr mübadiləsini tənzim edən dərmanlar. Bundan əlavə, ateroskleroz, iltihab, allergiya, blastomogenoz kimi patoloji proseslərə təsir edən, mikrob əleyhinə və parazitlərə qarşı dərman qrupları ayırd edilir. Bütün bu qruplar bir sıra yarımqruplara bölünür.

Antibiotik və antivirus əleyhinə dərman maddələri

[redaktə | mənbəni redaktə et]

Asetilsalisilli turşu, aspirin, (lat. Acidum acetylsalicylicum, ing. Acetylsalicylic acid) — analgetik (ağrıkəsici), temperatur salan, qan duruldan təsirli dərman preparatı. Ağ xırda iynəuclu kristallı poroşok, otaq temperaturunda suda az həll edilir, qaynar suda, spirtdə tez həll edilir. Alman kimyaçısı Feliks Hofman tərəfindən 1897-ci ildə sintez edilib. Ona 6 mart 1899-cu ildə patent alıb. Hofman revmatizmdən əziyyət çəkən atasınına kömək üçün dərman tipi axtarakən onu kəşf edib. Asetilsalisilli turşusu satışda "aspirin" adı ilə tanınır.

Penisillin — 1928-ci ildə Aleksandr Fleminq tərəfindən kəşf olunan antibiotik. Penisillinlər mikroorqanizmlərin həyat fəaliyyəti məhsulları əsasında işlənib hazırlanmış ilk antimikrob dərman qrupudur. Onlar böyük β-laktam antibiotiklər (β-laktamlar) sinfinə aiddirlər. Bu sinfə həmçinin sefalosporinlər, karbapenemlər və monobaktamlar da daxildir. Bu antibiotiklərin quruluşunda dördüzvlü 《β》-laktam həlqəsi ümumidir. Penisillinlər aşağıdakı kimi təsnif edilir: Təbiilər: Benzilpenisillinin (penisillinin) natrium və kalium duzları; Benzilpenisillinin prokain (penisillinin novokain duzu); Benzatin benzilpenisillinin; Fenoksimetilpenisillin Yarımsintetiklər: İzoksazolilpenisillinlər (Oksasillin); Aminopenisillinlər (Ampisillin, Amoksisillin); Karboksipenisillinlər (Karbenisillin, Tikarsillin); Ureidopenisillinlər (Azlosillin, Piperasillin); İnhibitordan müdafiə olunmuş penisillinlər (Amoksisillin/klavulanat, Ampisillin/sulbaktam, Tikarsillin/klavulanat, Piperasillin/tazo-baktam). Penisillinlər (və bütün digər β-laktamlar) bakterisid təsirə malikdirlər. β-laktamları parçalayan xüsusi fermentlərin- β-laktamazaların hasil edilməsi ilə əlaqədar olaraq, mikroorqnizmlər arasında geniş yayılmış qazanılmış davamlılığı aradan götürmək üçün bu fermentlərin aktivliyini geri dönməyən ləngidən, β-laktamaz inhibitorları adlanan birləşmələr – klavulan turşusu (klavulanat), sulbaktam və tazobaktam işlənib hazırlanmışdır. Onlar kombinə edilmiş (inhibitordan müdafiə olunmuş) penisillinlərin hazırlanmasında istifadə edilirlər. Hal-hazırda təbii penisillinləri yalnız məlum etiologiyalı infeksiyaların empirik terapiyası üçün istifadə etmək məqsədəuyğundur. İnfeksiyanın xüsusiyyətindən və gedişinin ağırlığından asılı olaraq təbii penisillinlərin parenteral (adi və ya təsir müddəti uzadılmış) və ya peroral dərman formalarının tətbiqi mümkündür. Penisillinlərə qarşı allergik reaksiya. Bezilpenisillin prokain həmçinin prokainə (novokainə) allergiyası olan pasiyentlərə də əks göstərişdir. İnsanların təqribən 10%-i pensilinə alergiyası olduğunu deyir. Buna baxmayaraq belə insanların 90%-i əslində pensilinə alergiyası olmayada bilər. Pensilinə ciddi alergiyalar 0.03 ehtimalla müşahidə olunur. Yəni hər 100 adamdan sadəcə 3-də belə hal qeydə alınır. Xərçəng əleyhinə dərmanlar Xərçəng əleyhinə preparatlar (antiblastoma preparatlar) əsl şişlərin (xərçəng, sarkoma və s.) və hemoblastozların inkişafını pozan dərmanlardır. Beynəlxalq anatomik-terapevtik-kimyəvi təsnifata görə L koduna aiddir və aşağıdakı kimi qruplaşdırılır.

  • L01 Xərçəng əleyhinə dərmanlar
  • L01A Alkilləşdirici antineoplastik agentlər
  • L01B Antimetabolitlər
  • L01C Bitki alkaloidləri
  • L01D Antitümör antibiotikləri
  • Digər xərçəng əleyhinə dərmanlar
  • Platin birləşmələri: sisplatin, oksaliplatin, karboplatin, oksaliplatin, sikloplatam
  • L02 Antikanser hormonal dərmanlar
  • L03 İmmunomodulyatorlar
  • L04 İmmunosupressantlar

1946-cı ildə ilk xərçəng əleyhinə dərman qeydə alınıb. Bu, Birinci Dünya Müharibəsi zamanı istifadə edilən zəhərli qaz olan xardal qazı əsasında yaradılmış Embihin idi. Sitotoksik və sitostatik dərmanlar Sitotoksinlər xərçəng hüceyrələrinin nekrozuna səbəb olan xərçəng əleyhinə dərmanlar qrupudur. Nekroz ilə qabıq, nüvə və membranın digər komponentləri zədələnir, bu da hüceyrə ölümünə səbəb olur. Sitostatiklər, sitotoksinlərdən fərqli olaraq, bədxassəli hüceyrə daxilində apoptoz prosesini tetikler - doğulduğu andan hər hansı bir hüceyrəyə daxil edilən özünü məhvetmə proqramı. Sitostatik dərmanlar arasında ən məşhurları Doksorubisin, Cisplatin, Flüorourasil, Hidroksiurea, tsiklofosfamid.

İmmunomodulyatorlar

[redaktə | mənbəni redaktə et]

Derinat - antrasiklin seriyasının antitümör antibiotiklərinin və sitostatiklərin effektivliyini artırır. Digər antitümör agentləri

  • Berberin
  • Garmin
  • Qalangin
  • Dasatinib
  • Curcumin
  • Fucoidan
  • Mirisetin

Yan təsirlərə gəldikdə qeyd etmək lazımdır ki, xərçəng əleyhinə dərmanların əksəriyyəti çox zəhərlidir, ona görə də kemoterapinin rejimləri və müddəti yan təsirləri nəzərə alaraq seçilir. Əsas yan təsirlər zəiflik və saç tökülməsidir. Bəzi yüksək zəhərli dərmanlar bəzən xüsusilə uşaqlarda ürəkbulanma və qusmaya səbəb ola bilər. Sisplatin və ya yüksək dozada sitozar kimi yüksək dərəcədə emetogenliyi olan dərmanların tətbiqinə başlamazdan əvvəl qusma əleyhinə dərmanları müşayiət edən terapiya rejiminə daxil etmək və bütün kemoterapi kursu ərzində müalicə etmək lazımdır. Ən aktiv olanlar 5HT3 reseptorlarının selektiv blokerləridir (zofran, kitril, novoban). Vərəm əleyhinə dərmanlar kimi, xərçəng əleyhinə dərmanlar da qan tərkibinə və neyrotoksik təsirə malikdir.

Alopesiya

Saçlar sürətlə bölünən hüceyrələri ehtiva edən follikullardan böyüyür. Antikanser kemoterapi dərmanları sürətlə bölünən hüceyrələrə təsir göstərir, nəticədə follikullar ölür. Qismən və ya tam saç tökülməsi qaçılmazdır, lakin hər halda, kemoterapi bitdikdən sonra saçlar yenidən uzanır. Eyni səbəbdən, dırnaqlar əziyyət çəkir. Bu gün kimyaterapiya zamanı əlləri, ayaqları və başı sərinləməklə alopesiya və dırnaqlara təsirlərin qarşısını almaq üçün orijinal bir üsul hazırlanmışdır. Temperaturun aşağı salınması hüceyrələrin saxlanmasına imkan verir.

  • S.F.Qarayev, G.M.Talıbov, A.H.Həbibova, R.Ə.Teymurova. Zərif üzvi sintezin prinsipləri (dərs vəsaiti), Bakı-1998.-120 s.
  • Т.В.Мандельтам.. “Стратегтя и тактика синтеза”. Учебное пособие Л. Изд. Ленинградского Университета. – 1989.-210 с.
  • Г.П.Евстигнеева. Тонкий органический синтез. Москва «Химия» - 1991.-184 с.
  1. S.F.Qarayev, G.M.Talıbov, A.H.Həbibova, R.Ə.Teymurova. Zərif üzvi sintezin prinsipləri (dərs vəsaiti), Bakı-1998.-120 s.