Zərif ilanbaş

Zərif ilanbaş (lat. Ophisops elegans) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin i̇lanbaş cinsinə aid heyvan növü. Bu, ilanbaş cinsinin Azərbaycanda yayılmış yeganə növüdür.

Zərif ilanbaş
Elmi təsnifat
Beynəlxalq elmi adı

Zərif ilanbaş kərətənkələ iki yarımnövündən Azərbaycan hüdudlarından tipik forma qeydə alınmışdır. Başının üst tərəfində aydın uzununa novcuq vardır. Bu cür novcuqlar böyürlərdə də olurr. Təbil qalxancığı böyükdür. Qarın qalxancıqları 6 uzununa sırada yerləşmişdir. Oma məsamələri sırası diz bükümünə azacıq çatmır. Anal qalxancığı əhatə edən qalxancıqlar arasında adətən bir iri preanal qalxancıq ayırd edilir. Cavanlarda üstdən 4 kəskin parlaq–ağ uzununa zolaq olur. Yaşa dolduqca bunlar tədricən itir. Yaşlıların belində düzgün olmayan formalı tünd xallar və çillər müşahudə edilir. Böyürləri fərdlər kürən-sarı və ya qırmızımtıl-sarı rəngdə olur. Qarın nahiyəsi ağdır. Uzunluğu 60 sm-dək ola bilir.

Növün arealı Balkan yarımadasının cənub-şərqi, EgeyAralıq dənizinin şərq hissəsindəki bir sıra adalarda, Ön Asiyadan Pakistan və Şimal-qərbi Hindistaa qədər ərazi əhatə edir. Əsas arealdan ayrılmış halda, eləcə də Çeçen–İnquşetiya hüdudlarında,Şimali Qafqazda aşkar edilmişdir. Ən çox üstünlük verdiyi biotoplar səciyyəvi quraqlıqsevər olan (əsasən yovşan) sərtdaşlı və ya gilli torpaqlı yarımsəhra sahələridir. Yovşan kollarının altındakı torpaq adətən yumşaq olur və təqibdən qaçan ilanbaş burada etibarlı sığınacaq tapır. Bu məqsədlə gəmirici yuvalarından və daşların altındakı boşluqlardan da istifadə edir. Bu heyvanlar sahəsi 10–12 km²–dən artıq olmayan öz fərdi ərazilərinə bağlı olurlar. Sayı çox yüksəkdir. 1 km marşrutda ortalama 68–70 fərd sayılmışdır.

İlanbaşlar qışlamadan martın sonunda ayrılır və aprelin ortalarında böyük miqdarda rast gəlinir. Cütləşmə aprelin ortalarında başlanır. Mövsüm ərzində hər dəfə 4–6 yumurta qoymaqla 2–3 dəfə yumurtlayır. Birinci generasiya balalarına iyunun sonunda rast gəlmək olur.

Əsasən kiçik Cücülərlə, yağış qurdları və molyusklarla və başqa onurğasızlarla qidalanır. Onlar öz şikarlarını kiçik dişləri ilə saxlayırlar. Şikarlarını dişləri ilə doğraya bilmirlər və onları diri udurlar. İlanbaşların düşmənləri arasında əlvan və zeytuni təlxələr, kələz ilanları qeydə alınmışdır.

  1. The Reptile Database (ing.). / P. Uetz 2015.