Bəhailikdə zəvvarlıq

Hayfa şəhərində yerləşən Babın türbəsi.

Bəhailikdə zəvvarlıq (ərəb. الحج في البهائية‎) — Bəhailikdə müqəddəs sayılan yerlərə gerçəkləşdirilən ziyarətlərə verilən ümumi ad. Bəhai dinin aktiv müqəddəs ziyarətgahları İsrailin Hayfa şəhərində Babın türbəsi və Əkka şəhərindəki Bəhaullahın yay iqamətgahıdır. Əkka şəhərində həmçinin Bəhaullahın məzarı da yerləşməkdədir.[1][2]

Kitab-i Əqdəsdə bəhailərin həcc ziyarətlərini icra etmələri üçün iki məkanın olduğu göstərilmişdir. Bunlar Bağdad şəhərində yerləşən Bəhaullahın evi və Şiraz şəhərindəki Babın evidir. Surey-i-Həcc dini mətnində hər iki məkana edilən səfərlər zamanı xüsusi ayinlərin icra olunmasından bəhs olunur. İmkanı yetən hər bir bəhainin həcc ziyarətini gerçəkləşdirməsi dinin qaydalarına görə gözlənilir. Zəvvarlar dini məkanların seçimində sərbəstdirlər. Hər iki məkana səfər etmək kimi məcburiyyət yoxdur. Əbdül-Bəha Abbas daha sonra Əkka şəhərində yerləşən Bəhaullahın məzarı yaxınlığındakı Qibləni (bəhai namazları zamanı istiqamət təyin etməkdən ötrü istifadə olunan yer) dini ziyarətgah kimi göstərimişdir. Qiblənin mütləq ziyarət edilməsi ilə bağlı isə Bəhailikdə heç bir dini mətn yoxdur.[1]

Bəhai düşmənçiliyinin yüksək olduğu İran və siyasi baxımdan səfərlərin təhlükəsiz olmadığı İraqda zəvvarların həcc ziyarətlərini gerçəkləşdirmələri çətindir. Bu səbəbdən Ümumdünya Ədalət Evi tərəfindən HayfaƏkka şəhərlərində yerləşən müqəddəs məkanlara səfər etməyi özündə birləşdirən doqquz günlük səfər proqramı hazırlanıb. Doqquz günlük səfərlərin əsas məqsədi gələcəkdə zəvvarların BağdadŞirazda yerləşən dini məkanlara getməsi istiqamətində addım hesab olunur və əsas həcc sayılmır.

Bəhaullahın evi

[redaktə | mənbəni redaktə et]

Bəhai dinin peyğəmbəri Bəhaullahın İraqın paytaxtı Bağdad şəhərində yerləşən evi Bəhai dininin ən əsas ziyarət məkanlarından biridir. Bəhai ədəbiyyatında Əzəmətli ev (ərəb. Beyt-i-Əzəm‎) olaraq adlandırılır. Bəhaullah 1853-1863-cü illər ərzində bu evdə yaşamışdır.[3] Məkan Bağdadın Kazımiyyə rayonunda, Dəclə çayının qərb sahilində yerləşir. Kitab-i Əqdəsdə həcc məkanı kimi göstərilən Bağdaddakı Bəhaullahın evi zəvvarların ziyarət etməli olduğu ən önəmli iki məkandan biridir.[4] 1922-ci ildə Şiə milisləri[5] tərəfindən ev müsadirə olunmuşdur. Millətlər Liqası dini məkanın bəhailərə qaytarılması barədə qərar çıxarsada, zəvvarların dini məkana səfər etmələri təmin edilə bilməmişdir.[4][6]

2013-cü ilin iyun ayında Bəhaullahın evinin dağıdılması ilə bağlı növbəti xəbər yayılmışdır.[7] Ümumdünya Ədalət Evinin 2013-cü ilin 28 iyun tarixində Ruhani Məhfilə göndərdiyi məktubda Bağdad şəhərində yerləşən Bəhaullahın evinin dağıdıldığı göstərilmişdir.[7]

Babilik hərəkatının lideri Babın Şiraz şəhərində yerləşən evi. Mərkəz Bəhailikdə mühüm həcc məkanlarından hesab olunur.

İranın Şiraz şəhərində yerləşən Babın yaşamış olduğu ev Bəhai dininin bir digər mühüm həcc mərkəzi hesab olunur. Babilik hərəkatının yarandığı yer olaraq qəbul edilən bu yerdə Bab Molla Hüseynə 1844-cü ilin 23 mayında yeni hərəkatın başlandığını elan etmişdir. Bəhai düşmənçiliyinin nəticəsi olaraq ev 1943-cü ildə yandırılmış və ciddi zərər görmüşdür. 1955-ci ildə evə ikinci hücum gercəkləşdirir, ancaq sonra yenidən bərpa edilir. 1979-cu ildə baş vermiş İran İslam İnqilabı zamanı Şiraz şəhərindəki ev əvvəlki illərdəkilərə nisbətən daha güclü dağıntılara məruz qalır. 1981-ci ildə Babın evi olaraq qəbul edilən məkan ictimai istifadəyə verilmişdir.

Doqquz günlük səfər proqramı

[redaktə | mənbəni redaktə et]

BağdadŞiraz şəhərlərində yerləşən dini mərkəzələrə səfərlərin edilməsi hər zaman mümkün olmadığından Ümumdünya Ədalət Evi tərəfindən doqquz günlük səfər proqramı hazırlanmışdır. Səfər proqramı HayfaƏkka şəhərlərində Bəhailiklə bağlı olan müxtəlif məkanlara səfərlərin gerçəkləşdirilməsini özündə birləşdirir.

  1. 1 2 Smith, Peter. Pilgrimage // A concise encyclopedia of the Bahá'í Faith. Oxford: Oneworld Publications. 2000. 269. ISBN 1-85168-184-1.
  2. Linda Kay, Davidson; Gitlitz, David (2002). Pilgrimage, from the Ganges to Graceland: an Encyclopedia Arxivləşdirilib 2014-01-01 at the Wayback Machine ABC-CLIO, Santa Barbara. ISBN 1-57607-004-2. pp. 48-50.
  3. "The House of Baha'u'llah". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-01.
  4. 1 2 Smith, Peter. Baghdad: the House of Bahá'u'lláh // A concise encyclopedia of the Bahá'í Faith. Oxford: Oneworld Publications. 2000. 66–67. ISBN 1-85168-184-1.
  5. Beynəlxalq Bəhai İcması. House of Baha'u'llah seized Arxivləşdirilib 2022-05-30 at the Wayback Machine.
  6. Toynbee, Arnold J. Survey of International Affairs 1934. London: Oxford University Press. 1935. 120–122.
  7. 1 2 "Sacred site in Baghdad destroyed". Bahá'í World News Service. 28 June 2013. 30 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2013.