Zahid Dünyamalıyev (27 mart 1944, Naxçıvan – 10 avqust 2009, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini (1993–2005), polis general-leytenantı (2002).
Zahid Dünyamalıyev | |
---|---|
18 iyul 2001 – 24 mart 2005 | |
Nazir | Ramil Usubov |
8 avqust 1993 – 18 iyul 2001 | |
Nazir | Ramil Usubov |
Əvvəlki | Qabil Məmmədov |
Sonrakı | Vəzifə ləğv edildi. |
1987 – 1990 | |
Sonrakı | Eldar Həsənov (hüquqşünas) |
1983 – 1987 | |
1977 – 1983 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 mart 1944 |
Doğum yeri | |
Vəfat tarixi | 10 avqust 2009 (65 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Rütbəsi |
Polis general-leytenantı |
|
|
Təltifləri |
Dünyamalıyev Zahid Vəli oğlu 1944-cü il martın 27-də Naxçıvan şəhərində anadan olmuşdur. 1969-cu ildə Azərbaycan Dövlət Universitetini, 1989-cu ildə isə Volqoqrad Ali İstintaq Məktəbini bitirmişdir.
1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyası Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamış və 1972-ci ilə qədər həmin institutda çalışmışdır. 1972–1977-ci illərdə Azərbaycan Elmi Tədqiqat Neft və Kimya Proseslərinin Avtomatlaşdırılması İnstitutunda böyük mühəndis vəzifəsində işləmişdir.
1977-ci ildə daxili işlər orqanlarına işə göndərilmişdir. 1977–1983-cü illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyi Əməliyyat, Statistik İnformasiya İdarəsinin rəis müavini, 1983–1987-ci illərdə həmin idarənin rəisi, 1987–1990-cı illərdə Gəncə Şəhər Daxili İşlər İdarəsinin rəisi, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tədris Mərkəzinin rəisi, 1993-cü ilin mart ayından Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi rəisinin müavini, 1993-cü ilin iyul ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mühafizə İdarəsinin rəisi, 1993–2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər nazirinin birinci müavini, 2001–2005-ci illərdə isə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini vəzifələrində çalışmışdır.
Qarabağ hadisələrində fəal iştirak etmiş, Toğana-Murovdağ yolunun çəkiliş üzrə qərargah rəisi olmuşdur. 2002-ci ildə "polis general-leytenantı" rütbəsi verilmiş, 2004-cü ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Zahid Dünyamalıyev 2009-cu il avqustun 10-da Bakı şəhərində vəfat etmişdir.[1]