Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Eldar Hümbət oğlu Həsənov (10 oktyabr 1955, Laçın, Kəlbəcər rayonu) — Azərbaycanın sabiq baş prokuroru, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, II dərəcəli dövlət ədliyyə müşaviri.
Eldar Həsənov | |
---|---|
28 mart 2013 – 17 avqust 2020 | |
Sonrakı | Vilayət Quliyev |
28 mart 2001 – 28 mart 2013 | |
sentyabr 2000 – mart 2001 | |
22 mart 1995 – 21 aprel 2000 | |
Əvvəlki | Əli Ömərov |
Sonrakı | Zakir Qaralov |
9 noyabr 1993 – 22 mart 1995 | |
Baş prokuror | Əli Ömərov |
Sonrakı | İsa Nəcəfov |
1993 – 25 may 1993 | |
Əvvəlki | Məmmədağa Cəfərov |
Sonrakı | Qabil Məmmədov |
1992 – 1993 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
1990 – 1992 | |
Əvvəlki | Zahid Dünyamalıyev |
Sonrakı | Nadir Abbasov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 oktyabr 1955 (69 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | diplomat |
Rütbəsi |
II dərəcəli dövlət ədliyyə müşaviri |
|
|
Təltifləri |
Eldar Həsənov Azərbaycanın ən füsunkar rayonlarından biri olan Kəlbəcərin Laçın kəndində müəllim ailəsində anadan olmuşdur. 1972-ci ildə kənd orta ümumtəhsil məktəbini bitirdikdən sonra Dövlət Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsinə daxil olmuş, 1977-ci ildə ali təhsilini fərqlənmə ilə başa vuraraq elektronika mühəndisi ixtisası almışdır.[2]
1983-cü ildə SSRİ DİN Akademiyasını hüquqşünas ixtisası üzrə bitirmişdir. Uzun müddət Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini və rəisi, Bakı şəhəri Nizami rayonunun və Gəncə şəhərinin daxili işlər şöbəsinin rəisi, daxili işlər nazirinin müavini, baş prokurorun müavini və baş prokuror vəzifələrində çalışmışdır.[3]
Eldar Həsənov 21 aprel 2000-ci ildə səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Azərbaycanın prezidenti Heydər Əliyev tərəfindən baş prokuror vəzifəsindən azad olunmuşdur.[4][5] Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda 25 kitab (son 2 kitabı: Rumıniyada könüldən diplomatiya və Balkanların dostluq körpüsü boyunca), dərslik və dərs vəsaitinin, eləcə də 170-dən çox elmi və publisistik əsərin müəllifidir.
Cənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatının trans-sərhəd cinayətkarlığa qarşı mübarizə üzrə regional mərkəzində Azərbaycan Respublikasının rəsmi nümayəndəsi olmuşdur.
2001-ci ilin mart ayında Azərbaycan Respublikasının Rumıniyadakı səfiri təyin edilmiş, onun üçün yeni olan diplomatik sahədə fəaliyyətə başlamışdır. Rumıniyadakı səfirliyi Azərbaycan Respublikasının Cənub-Şərqi Avropa regionunda ilk səfirliyi olmuşdur. Bu illər ərzində hər iki ölkə arasında siyasi sahədə əməkdaşlıq, çoxtərəfli münasibətlərdə daimi dəstək, ikitərəfli əməkdaşlıq əlaqələrində isə qarşılıqlı anlaşma və etimad daha da artmış və möhkəmlənmişdir. Azərbaycan Respublikası və Rumıniya arasında səmimi və şəffaf dostluq, əməkdaşlıq münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Yüksək səviyyəli qarşılıqlı səfərlər daha da intensiv xarakter daşımağa başlamışdır. Bir sıra yeni mühüm sənədlər və sazişlər imzalanmışdır.
Səfir E. Həsənov fəaliyyətində hər iki xalqın bir-birinə daha da yaxınlaşdırılması məqsədilə elmi, mədəni əlaqələrin inkişafına xüsusi diqqət yetirmişdir. Belə ki, 2001-ci ildə səfirliyin təklifi və dəstəyi ilə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiyasiyası yaradılmışdır və ikitərəfli elmi, mədəni əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə çox aktiv fəaliyyət göstərməkdədir.
2001-ci ildən səfir kimi fəaliyyətə başladıqdan sonra Azərbaycan Respublikası ilə Rumıniya arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni sahələrdə dostluq, əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və narkotizm, terrorizm, mütəşəkkil cinayətkarlığa qarşı barışmaz mübarizə aparılmasında böyük töhfələr vermişdir.
Həmçinin E. Həsənov Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı səfiri kimi fəaliyyət dövründə Azərbaycan Respublikası ilə bu ölkələr arasında bütün sahələrdə əlaqələr yüksələn xəttlə inkişaf edərək starteji tərəfdaşlıq səviyyəsinə çatdırılmışdır.[6]
Azərbaycanın ("İgidliyə görə" medalı, "Qanunun və ictimai asayişin təmin edilməsində xidmətlərinə görə" medalı, "Azərbaycan bayrağı" ordeni), Rumıniyanın ("Xidmətlərə görə" Böyük Xaç Kavaleri ordeni), Serbiyanın ("II dərəcəli Serbiya bayrağı") dövlət mükafatları və medalları ilə təltif olunmuşdur.
Rus, türk, ingilis və rumın dillərini bilir.
Evlidir, 3 övladı var.
Beynəlxalq və Azərbaycan mətbuatında Eldar Həsənov haqqında çox sayda yazılar və araşdırmalar dərc edilib.[6][8][9][10][11][12][13] 2020-ci ilin avqustun 13-də Eldar Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək həbs edilib. Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir.[14] Həbs olunduqdan sonra 17 avqust 2020-ci ildə səfir vəzifəsindən geri çağırılıb.[15]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |