Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Zakir Məcid oğlu Aşurov (1958, Qazax – 9 may 2008, Moskva) — Azərbaycanlı alim, tibb elmləri doktoru, Moskva Vilayət Elmi-Tədqiqat kliniki Təbabət İnstitutunun professoru.
Zakir Aşurov | |
---|---|
Zakir Məcid oğlu Aşurov | |
Doğum tarixi | 1958 |
Doğum yeri | |
Vəfat tarixi | 9 may 2008 |
Vəfat yeri | |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | |
Elmi adı | Professor |
Təhsili |
Zakir Aşurov 1958-ci ildə Qazax şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi fakültəsində təhsil almışdır.
1981-ci ildə institutu bitirib 3 il Çeçenistanın Qroznı şəhərində mərkəzləşdirilmiş LOR şöbəsində internadan keçmişdir. 1985-ci ildə Moskva Dövlət Tibb İnstitutunun Klinik Ordinaturasına qəbul olmuşdur. Ordinaturanı bitirdikdən sonra 1 saylı Moskva Klinik Xəstəxanasında həkim işləmişdir. 1988-ci ildən ömrünün axırına qədər Moskva Vilayət Elmi-Tədqiqat kliniki Təbabət İnstitutunda baş elmi işçi kimi əmək fəaliyyətini davam etdirmişdir.
1994-cü ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.
Zakir Aşurova professor elmi rütbəsi verilmişdir. Onun rəhbərliyi ilə bir neçə tibb elmləri namizədi yetişmişdir. 200-dən çox elmi məqalənin, kitab və monoqrafiyanın, 12 ixtiranın müəllifidir.
2008-ci il mayın 9-da Moskva şəhərində vəfat etmişdir.