Zakir Məhərrəmov

Zakir Tülü oğlu Məhərrəmov (14 fevral 1954, Mığırlı, Bolnisi rayonu) — Texnika elmləri namizədi, AzTU-nun "İnformasiya texnologiyaları və proqramlaşdırma" kafedrasının dosenti.

Zakir Məhərrəmov
azərb. Məhərrəmov Zakir Tülü oğlu
Zakir Məhərrəmov
Zakir Məhərrəmov
Doğum tarixi (69 yaş)
Doğum yeri Gürcüstan SSRBolnisi rayonuMığırlı
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi Texnika elmləri namizədi
Elmi adı dosent
İş yeri Azərbaycan Texniki Universiteti
Alma-mater Azərbaycan Dövlət Neft və Kimya İnstitutu
Təhsili Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Elmi rəhbəri S.N.Bulatov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Zakir Məhərrəmov 14 fevral 1954-cü ildə Gürcüstanın Bolnisi rayonunun Mığırlı kəndində müəllim ailəsində anadan olmuşdur.

1961–1971-ci illərdə Qazax rayonunun Birinci Şıxlı orta məktəbində oxumuşdur.

1976-cı ildə M. Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) "Tətbiqi riyaziyyat" ixtisasını bitirmişdir.

1976–1988-ci illərdə Sumqayıt şəhərində yerləşən "Neftkimyaavtomat" Elmi-Tədqiqat Layihə İnstitutunda böyük texnik, mühəndis və böyük mühəndis vəzifələrində işləmişdir. Həmin illərdə keçmiş SSRİ-nin bir sıra şəhərlərində kimya sənayesi zavodlarının avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılmasında məsul icraçı olmuş, informasiya-təminat sisteminin yaradılması ilə məşğul olmuşdur.

1980–1984-cü illərdə aspiranturada təhsilini davam etdirmişdir. 1988-ci ildə tex.e.d. prof. S. N. Bulatovun rəhbərliyi ilə Moskva Kimya Maşınqayırma İnstitutunda (indiki Moskva Mühəndislik Ekologiyası Dövlət Universiteti) "Kimya texnologiyasının proses və aparatları" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək "Texnika elmləri namizədi" alimlik dərəcəsi almışdır.[1]

1988-ci ildən təhsil sistemində işləməyə başlayaraq Azərbaycan Sənaye İnstitutunun (indiki Sumqayıt Dövlət Universiteti) "İdarəetmənin avtomatlaşdırılması" kafedrasında assistent, dosent vəzifələrində çalışmışdir. 1992–1995-ci illərdə həmin institutun tədris hissə müdiri vəzifəsində işləmişdir.

1996–2007-ci illərdə illərdə Təfəkkür Universitetiiin Riyaziyyat və İnformatika" kafedrasında dosent vəzifəsində işləmişdir.

2000–2007-ci illərdə illərdə Odlar Yurdu Universitetinin "Riyaziyyat və İnformatika" kafedrasında dosent vəzifəsində işləmişdir.

2004–2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin "İnformatika" kafedrasında dosent vəzifəsində işləmişdir. Silahlı qüvvələrimiz üçün proqramçı-zabit kadrların hazırlanmasında əsas aparıcı mütəxəssislərdən biri olmuşdur.

Hazırda AzərbaycanTexniki Universitetinin "İnformasiya texnologiyaları və proqramlaşdırma" kafedrasında dosent vəzifəsində işləyir.

2007-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK tərəfindən "Dosent" elmi adına layiq görülmüşdür.

5 dərs vəsaiti, 3 metodiki göstərişin, 1 ixtira və 40-dan çox elmi məqalənin müəllifidir. O, Odlar Yurdu Universitetində işlədiyi illərdə Azərbaycanda ilk dəfə olaraq Delphi proqramlaşdırma dilini tədris etməyə başlamışdır. Onun müəllifi olduğu "Delphi: nəzəriyyə və təcrübə" (Bakı, Çaşıoğlu, 2004), "Pascal-dan Delphi-yə" (Bakı, Təhsil NPM, 2009–2014) və "Verilənlər bazası" (Baki, 2015) adlı dərs vəsaitləri bu sahədə yazılmış yeganə dərsliklərdir və Delphi üzrə proqramçıların hazırlanmasında yeganə vasitələr olmuşdur. Bir neçə dərs vəsaitinin elmi redaktoru olmuşdur. Elmi konfranslarda elmi məruzələrlə çıxış edir.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • Магеррамов З. Т., Булатов С.Н., Мамедов М.И., Адамов А.П. Исследование распределения капель в межтарельчатом пространстве колонного экстрактора с ситчатыми тарелками. "Теоретические основы химической технологии" Т. XXII № 2, 1988.
  • Нагиев А.Г., Магеррамов З. Т. Математическое моделирование диффузионного переноса вещества в процессах химического превращения на поверхности высокопористых катализаторов. Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri. Fizika, riyaziyyat, texnika və təbiət elmləri seriyası, № 16, 2006.
  • Нагиев А.Г., Магеррамов З. Т. Учет уплотнений потоков траекторий в фазовом пространстве динамических систем в задачах контроля. Sumqayıt Dövlət Universiteti. Elmi xəbərlər. Təbiət və texniki elmlər bölməsi, cild 6, № 2, 2006.
  • Магеррамов З. Т. Стохастическая модель дисперсного состава процесса экстракции в системах жидкость-жидкость. Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri. Fizika, riyaziyyat, texnika və təbiət elmləri seriyası, № 17, 2006.
  • Məhərrəmov Z. T., Tahirova K. M., Fərəməzov R. Ə., Məmmədov C. İ. Hərbi təhsil müəssisələrində menecmentin təhlili və avtomatlaşdırılması. Heydər Əliyev adına AAHM. Elmi əsərlər məcmuəsi, № 2(7), 2006.
  • Piriyev H. K., Məhərrəmov Z. T., Məmmədov C. İ. Riyazi modelləşdirmə metodu ilə hərbi məktəblərdə kadr hazırlığının optimal planlaşdırılması. Heydər Əliyev adına AAHM. Elmi əsərlər məcmuəsi, № 2(11), 2008.
  • Məhərrəmov Z. T., Axundov R. R. Çoxmeyarlı hərbi-siyasi məsələlərin həlli metodologiyası. Dirçəliş – XXI əsr, 2011, № 153–154, s. 334–344.
  • Ali Nagiev, Zakir Maharramov, Matlab Salmanov. Computer Experiment for the Spray Drying Process Considering Concomitant Coalescence. IV International Conference "Problems of Cybernetics and Informatics" (PCI'2012), volume III. September 12–14, 2012. Baku, Azerbaijan.http://pci2012.science.az/4/02.pdf
  • Məhərrəmov Z. T. Əməliyyat sisteminin optimal seçilməsi. Heydər Əliyev adına AAHM. Elmi əsərlər məcmuəsi, № 1(20), 2013.
  • Məmmədov C. İ., Məhərrəmov Z. T. Silahlı qüvvələrin kadr hazırlığının riyazi modeli. Hərbi bilik, № 2(128), 2014.https://mod.gov.az//images/pdf/6333ce2e85f188b432ba4a36cf348580.pdf
  • Магеррамов З.Т., Абдуллаев В.Г., Магеррамова А.З. Big Data: проблемы, методы анализа, алгоритмы. Радиоэлектроника и Информатика. № 3(78), 2017. https://cyberleninka.ru/article/n/big-data-problemy-metody-analiza-algoritmy
  • Нагиев А. Г., Талыбов Н. Г., Агаев У. Х., Магеррамов З. Т., Нагиев Г. А., Салманов М. С. О математической структуре моделей динамики процессов распылительной сушки. Нефтегазовое дело. Том 15, № 1 (2017).http://ngdelo.ru/article/view/4890
  • Zakir Maharramov, Vugar Abdullayev, Tamilla Mammadova. MODELLING SELF-SIMILAR TRAFFIC OF MULTISERVICE NETWORKS.(2019), "EUREKA: Physics and Engineering" Number 1 .http://eu-jr.eu/engineering/article/view/841/836
  • З. Т. Магеррамов, В. Г. Абдуллаев, А. З. Магеррамова, T. A. Mammadova. ПРОГРАММНЫЕ СИСТЕМЫ ИМИТАЦИОННОГО МОДЕЛИРОВАНИЯ КОММУНИКАЦИОННЫХ СЕТЕЙ. INTERNATIONAL ACADEMY JOURNAL WEB of SCHOLAR 12(30), December 2018.https://journals.indexcopernicus.com/search/journal/issue?issueId=178721&journalId=46814
  • Zakir Magerramov, Vugar Abdullayev, Aynur Magerramova, T. A. Mammadova. BIG DATA: PROBLEMS, ANALYSIS METHODS, ALGORITHMS. https://www.academia.edu/38385979/Third_International_Conference_of_European_Academy_of_Science
  • Məhərrəmov Z. T., Allahverdiyev R. N., Abdullayev V. H. Verilənlər bazasını idarəetmə sisteminin optimal seçilməsi. Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri. İSSN 1609–1620. Cild 21, № 1 (2019), s. 93–100.

Dərs vəsaitləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Fizika, riyaziyyat və informatika kafedrası: Məhərrəmov Zakir Tulu oğlu". lsu.edu.az. Lənkəran Dövlət Universiteti. İstifadə tarixi: 9 mart 2016.[ölü keçid]
  2. 1 2 "Azərbaycan Milli Kitabxanası: Elektron kitabxana: Energetika. Radioelektronika". anl.az. Azərbaycan Milli Kitabxanası. 2020-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2016.
  3. "Məhərrəmov, Zakir Tülü oğlu". elibrary.az. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası. İstifadə tarixi: 9 mart 2016.[ölü keçid]