Zala (mac. Zala megye, xorv. Zalska županija; sloven. županija Zala) — Macarıstanın inzibati ərazi bölgüsü.
Medye | |
Zala | |
---|---|
Zala megye | |
46°40′ şm. e. 16°50′ ş. u. | |
Ölkə | |
Region | Cənubi Transdunay |
Daxili bölgüsü | 6 bölgə |
Başçı | Dr. Attila Pal |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 16 mart 1950 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 277290[1] nəfər (2015) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodları | (+36) 83, 92, 93 |
Poçt indeksləri | 8353 – 839x, 874x – 879x, 880x – 883x, 8855, 8856, 886x – 889x, 89xx |
zala.hu | |
Vikianbarda əlaqəli mediafayllar |
Zala çayının adından götürülmüşdür. Xorvatiya və Sloveniya ilə, eləcə də, Macarıstanın Vaş, Vesprem və Şomod medyeləri ilə qonşudur. Zala medyesinin mərkəzi Zalaeqerseq şəhəridir. Sahəsi 3784 km²-dir. Balaton gölünün bir hissəsi medyenin ərazisindədir.
10-cu əsrdə macarların Nyek tayfası Balaton gölü ətrafındakı əraziləri işğal etdi. İşğal etdikləri torpaqlarım ərazisi müasir dövrdə Macarıstanın Zala və Şomod medyelərinin əraziləridir.[2]
2015-ci ilin siyahıyaalınmasına əsasən Zala medyesinin əhalisi 277290 nəfərdir.
İl | Əhalisi[3] | Dəyişikliklər |
---|---|---|
1949 | 305,433 | n/a |
1960 | ▲ 317,145 | 3.83% |
1970 | ▼ 304,127 | -4.10% |
1980 | ▲ 317,298 (rekord) | 4.33% |
1990 | ▼ 306,398 | -3.44% |
2001 | ▼ 297,404 | -2.94% |
2011 | ▼ 282,179 | -5.12% |
Zala medyesinin əhalisi əsasən macarlardan təşkil olunsa da, müəyyən qrup romanlar (təx. 7000), xorvatlar (3500) və almanlar da (2000) ərazidə məskunlaşmışdır.
Ümumi əhalisi (2011-ci ilin siyahıyaalınması): 282179 nəfər
Etnik qruplar (2011-ci ilin siyahıyaalınması):[4] Etnik qruplarını təyin edənlər: 255069 nəfər:
2011-ci il əhalinin siyahıyaalınmasına əsasən təxminən 38000 nəfər etnik mənsubiyyətini bildirməmişdir.
2011-ci il əhalinin siyahıyaalınmasına əsasən Zala medyesində əhalinin dini inancı:[5]
№ | Azərbaycan və Macar dilində adları |
Sahəsi (km²) |
Əhalisi (2011) |
Sıxlığı (əhali./km²) |
Mərkəzi | Bələdiyyələrin sayı |
1 | Kesthey rayonu Keszthelyi járás |
535.93 | 49,421 | 92 | Kesthey | 30 |
2 | Lenti rayonu Lenti járás |
624.12 | 19,789 | 32 | Lenti | 48 |
3 | Letenye rayonu Letenyei járás |
388.69 | 16,410 | 42 | Letenye | 27 |
4 | Nadkanija rayonu Nagykanizsai járás |
907.91 | 78,252 | 86 | Nadkanija | 49 |
5 | Zalaeqerseq rayonu Zalaegerszegi járás |
1,044.70 | 102,798 | 98 | Zalaeqerseq | 84 |
6 | Zalasentqrot rayonu Zalaszentgróti járás |
282.56 | 15,509 | 55 | Zalasentqrot | 20 |
Zala medyesi | 3,784.11 | 287,043 | 77 | Zalaeqerseq | 258 |
---|
Zala medyesində 2 medye, 8 rayon, 2 böyük kənd və 246 kənd yerləşir.
(2011-ci ilin siyahıyalınmasına əsasən sıralanmışdır)
Medyenin mərkəzi Zalaeqerseq şəhəri
Kestel rayonunda yerləşən Festetiç sarayı
Avropada ən böyük termal gölün yerləşdiyi Heviz rayonu
Zalasentqrot rayounda yerləşən Battyani sarayı
Eqervar qalası
Zalalövödə yerləşən ənənəvi macar evi