Zaqafqaziya bonu

Zaqafqaziya bonlarıZaqafqaziya Komissarlığının pul nişanı.

İlk buraxılışı

[redaktə | mənbəni redaktə et]

İlk dəfə 1918-ci il fevralın 5-də buraxılmıdı. Zaqafqaziya seymi dövründə və sonralar müstəqil Cənubi Qafqaz respublikaları yarandıqdan sonra da işlənən Zaqafqaziya bonları bu respublikalar arasındakı razılaşmalar əsasında buraxılmışdı. İlk razılaşma 1918-ci il iyunun 20-də Gürcüstanla Ermənistan arasında, daha sonra, 1918-ci il sentyabrın 6-da Azərbaycan, Gürcüstan, Ermənistan arasında əldə olunmuşdu. Sonralar bir neçə dəfə — 1918-ci il noyabrın 15-də Azərbaycanla Gürcüstan, 1919-cu il fevralın 12-də və mayın 7-də Gürcüstanla Ermənistan, sonuncu dəfə isə 1919-cu il iyunun 4-də Azərbaycan, Gürcüstan və Ermənistan arasında razılaşmalar əldə edilmişdi.

Azərbaycanda Gürcüstan arasında 1918-ci il noyabrın 15-də imzalanmış müqaviləyə əsasən, Azərbaycan və Gürcüstanın səlahiyyətli nümayəndələrinin 1918-ci il 6 sentyabr tarixli sazişinə olavə olaraq, Zaqafqaziya Komissarlığının daha 160 milyon rubl məbləğində (Azərbaycan və Gürcüstan respublikalarının hər birinin ehtiyacı üçün 80 milyon rubl) birgə bonlar buraxılması barədə razılıq əldə olunmuşdu.

Bonlar respublikalarm hökumətlərinə, onlar ekspedisiyadan daxil olduqca, Dövlət bankının Tiflis kontoru tərəfindon buraxılırdı. Tərəflərdən heç birinin digərinin xəbəri və razılığı olmadan Zaqafqaziya bonlarını hazırlamağa və buraxmağa ixtiyarı yox idi.

1919-cu il 4 iyun tarixli sazişə əsasən, Azərbaycan, GürcüstanErmənistanın hər birinə, əlavə olaraq, 100 milyon rublluq Zaqafqaziya bonu buraxmaq qorara alınmışdı. Həmin sazişlə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu məbləği, habclə 1919-cu il 12 fevral tarixli müqaviləyə əsasən ona düşən 80 milyon rublluq bonları (cəmi 180 milyon) almışdı. 1919-cu il 4 iyun tarixli sazişdə həm də bildirilirdi ki, hər üç respublika birgə bonlar buraxmaq barədə razılığa gəlməsələr, Zaqafqaziya Komissarlığının mövcud nümunələrindən olan bonlarının buraxılması həmişəlik dayandırılmalıdır. Bu halda, Gürcüstan hökuməti Zaqafqaziya bonlarının bütün nümunələrinin litoqrafıya daşlarını və qurğuşun lövhələrini cilalatmağı, rəsmlərinin, foto şəkillərinin neqativlərini məhv etməyi və hər üç tərəfın nümayəndələrinin iştirakı ilə onların orginaliarını yandırmağı öhdəsinə götürürdü.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Zaqafqaziya bonları ilə əlaqədar bir sıra qərarlar qəbul etmişdi.[1]

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 445. ISBN 9952-417-44-4.