Zaqafqaziya rublu (zakdenznak) — 1923-1924-cü illərdə Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının pul vahidi.[1]
Zaqafqaziya rublu | ||||
---|---|---|---|---|
Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının rublu | ||||
| ||||
Dövriyyə ərazisi | ||||
Emitent ölkə | ||||
Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası | ||||
Dövriyyədə olan sikkə və əsginaslar | ||||
Əsginas | 1000, 5000, 10 000, 25 000, 50 000, 75 000, 100 000, 250 000, 500 000, 1 milyon, 5 milyon, 10 milyon, 25 milyon, 50 milyon, 75 milyon, 100 milyon, 250 milyon, 1 milyard, 10 milyard rubl | |||
Tarixi | ||||
Dövriyyə periodu | 10.01.1923—30.6.1924 | |||
Əvvəlki valyuta |
Azərbaycan rublu Ermənistan rublu Gürcüstan rublu |
|||
Xronika | SSRİ rublu | |||
Vikianbarda əlaqəli mediafayllar |
1922-ci ilin martında Azərbaycan, Ermənistan və Gürcüstanın daxil olduğu Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası quruldu. İttifaq Şurası bu respublikanın ali idarəedici orqanı oldu. Bu orqanın ilk dekretlərindən biri vahid pul sisteminin yaradılmasını nəzərdə tuturdu. Zaqafqaziya üçün vahid əskinasın buraxılışı (zakdenznak) əsas məsələ oldu. Bu vaxta qədər Sovet respublikalarının hər biri öz əskinaslarını buraxırdılar: Azərbaycan rublu, Ermənistan rublu və Gürcüstan rublu. Hər üç respublikada RSFSR-nin (sovznaklar, daha sonra çervonlar) əskinasları da dövriyyədə istifadə edilirdi. Bundan əlavə 1918-ci ildə buraxılan Zaqafqaziya Komissarlığının pulları da Azərbaycan və Gürcüstanda dövriyyədə idi (Ermənistanda 1922-ci ildə dövriyyədən çıxarılmışdı).[2].
1923-cü il yanvarın 10-da respublikalarda pul islahatı və pul dövriyyəsinin birləşdirilməsi başladı. Azərbaycan, Ermənistan və Gürcüstanın ayrıca emissiyaları dayandırılırdı. Zakdenznakların mübadiləsi aşağıdakı məzənnə ilə həyata keçirildi: 1 rubl zakdenznak = 1 gürcü rublu = 100 Azərbaycan rublu = 150 erməni rublu. Mübadilə müddəti 1923-cü il yanvarın 10-dan martın 10-a qədər təyin edildi, sonra isə 10 aprel 1924-cü ilə qədər uzadıldı.
Zakdenznakın ilk buraxılışı 1000 ilə 1.000.000 rubl arasında dəyişən əskinaslarla edildi. Bu seriyaya əlavə olaraq, 1923-cü ilin sonunda 10.000.000 rublluq zakdenznak da buraxıldı.
1924-cü ilin əvvəlində Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının Xalq Komissarları Sovetinin yaranması ilə zakdenznak İttifaq Şurası adından deyil, Xalq Komissarları Sovetinin adından buraxılmaya başlandı.
Gözləntilərin əksinə olaraq, respublikaların pul sistemlərinin birləşməsi inflyasiyanın azalmasına səbəb olmadı. Əksinə, zakdenznak xüsusilə 1924-cü ildə inanılmaz dərəcədə ucuzlaşmağa başladı. Pul bazarını təmin etmək üçün zakdenznak buraxılışını artırmaq və dövriyyəyə olduqca böyük nominallı əskinasları buraxmaq lazım gəldi. Beləliklə, 1924-cü il yanvarın 1-dən 20-dək olan dövrdə 25.000.000 rubl, sonra 250.000.000 rublluq əskinaslar dövriyyəyə buraxıldı. Və nəhayət, 1924-cü ilin aprelində milyard dəyərində əskinaslar buraxıldı.
1923-cü il yanvarın 10-dan zakdenznakın pul kütləsinin böyüməsi cədvəllə təsvir edilmişdir:
Zakdenznak pul kütləsinin artması | |
---|---|
Buraxılma təqvimi | Pul kütləsinin nisbi artımı |
10 yanvar 1923-cü il | |
iyul 1923-cü il | |
dekabr 1923-cü il | |
fevral 1924-cü il | |
mart 1924-cü il | |
15 aprel 1924-cü il |
Cədvəldəki məlumatlardan göründüyü kimi, 1924-cü ilin 3,5 ayında Zaqafqaziyada pul kütləsi 1923-cü ilin bütün dövrlərinə nisbətən dəfələrlə artmışdır. 1 aprel 1924-cü ildə 1.000.000.000 rubl nominalında zakdenzak buraxıldı və həmin il 1-15 aprel tarixlərində 10.000.000.000 rublluq daha bir zakdenzak çap edildi. Eyni istehsal növünə sahib olan bu əskinaslar Azərbaycan üçün buraxılmışdır. İki həftəlik bir müddətdə onların buraxılışı 9836 trilyon rubl təşkil etmişdi.
Mütəxəssislər dizayn və çap baxımından 1 və 10 milyard rublluq zakdenzak əskinaslarının 1923-1924-cü illərdə buraxılmış bütün zakdenzak əskinasların ən uğurlu olduğu qənaətindədirlər. Onların arxa tərəfində hündür sütun üzərində oturan sağ əlində üzüm dəstəsi tutan və sol tərəfində sünbül dəstəsi bağlı taxta söykənən, arxasında isə oraq və çəkic şəkili olan bərəkət ilahəsi təsvir edilmişdir.
Sovet İttifaqı ərazisində pul dövriyyəsini mərkəzləşdirmək[3] üçün Zaqafqaziya İcraiyyə Komitəsinin və Zaqafqaziya Xalq Komissarları Sovetinin 4 aprel 1924-cü il tarixli fərmanı ilə zakdenznak çapı 15 aprel tarixindən dayandırıldı. Eyni zamanda, zakdenznak, ZSFSR Ali İqtisadi Şurası tərəfindən müəyyən edilmiş nisbətdə alınaraq dövriyyədən çıxarıldı.
Alış kursu 15 aprel 1924-cü il tarixində "Zarya Vostoka" qəzetində dərc olunan ZSFSR Ali İqtisadi Şurasının xüsusi qərarı ilə müəyyən edilmişdi: "Zaqafqaziya əskinaslarının alış kursu 15 aprel 1924-cü il tarixində bir rubla qızılla 12 milyard 500 milyon zakdenznak müəyyən edilsin."
Zakdenznakın dövriyyə müddəti 15 iyun 1924-cü ildə məhdudlaşdırılmışdı və son mübadilə müddəti 30 iyun 1924-cü il müəyyən edilmişdi. Lakin sonra daha iki müddət də, müvafiq olaraq 30 iyun və 31 iyul 1924-cü ilə qədər vaxt uzadıldı.
Məlumat üçün bildirək ki, 1924-cü ildə Tiflisdə nəşr olunan Zaqafqaziya maliyyə və statistik məcmuəsinə əsasən 14 aprel 1924-cü ilədək təqribən nə az nə də çox 16 kvadrilatrilyon (daha dəqiq - 15 873 487 285 373 000) Zaqafqaziya rublu çap edilmişdi.[4][5]