Zarzma ölməzlik monastırı (gürc. ზარზმის მონასტერი, translit. zarzmis monasteri) — cənub-qərbi Gürcüstanın Samtsxe-Cavaxeti diyarında yerləşən Zarzma kəndində orta əsrlərə aid gürcü ortodoks xristian monastırı.
Pravoslav ortodoks | |
Zarzma monastırı | |
---|---|
gürc. ზარზმის მონასტერი | |
Din | |
İlahi gücü | Gürcü ortodoks kilsəsi |
Statusu | fəaliyyət göstərir |
Yerləşməsi | |
Ölkə | Gürcüstan |
Kənd | Zarzma |
Memarlıq | |
Üslubu | Pyotr barokkosu |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Zarzma monastırı Ahalsıx şəhərinin 30 kilometr (19 mil) qərbindəki Adigeni bələdiyyəsində yerləşən meşəlik Kvabliani vadisindədir. Zarzma monastırı günbəzli kilsə və Gürcüstandakı ən böyük zəng qüllələrindən birinə sahib tikililərdən ibarət monastır kompleksdir.[1]
Regiondakı ilk kilsə ehtimal olunur ki, Zarzma yepiskopunun agioqrafik əsəriylə əlaqədar olan keşiş Serapion tərəfindən VIII əsrdə tikilmişdir. Onun yazdığı mənbəyə görə, əhəmiyyətli bir soyun üzvü olun Giorgi Çorçaneli monastıra kəndlər və mülklər də daxil olamqla önəmli ianələr edir, fəqət mövcud tikilinin inşası XIV əsrin ilk illərinə təsadüf edir. Kilsənin dizaynı Cakeli sülaləsindən olan Yüksək Lord Başçısı və Samstxe atabəyi I Beka tərəfindən dəstəklənmişdir. X əsrin axırlarında kiçik kilsənin giriş tağına yerləşdirilmiş gürcü dilində olan yazılar əvvəlki monastırdan qalan yeganə şeydir. Bu yazılar gürcü zadəganlardan Bizans imperatoru II Vasiliyə verilən hərbi yardımdan bəhs edir. Bu hərbi yardım 979-cu ildə üsyankar sərkərdə Barda Sklirə qarşı verilmişdir.[2] 1544-cü ildə monastırın yeni sahibləri olan Xursidze ailəsi monastırı bərpa etdirmişdir.
Kilsənin fasadları zəngin bir şəkildə dekorasiya edilmiş, daxili isə fraskalarla bəzədilmişdir. Monastırdakı divar rəsmlərində görülən dini silsilərə əlavə olaraq, Cakeli sülaləsinin XIV əsrdə yaşamış üzvlərinin və XVI əsrdə yaşamış tarixi xadimlərin portretləri var. XVI əsrin axırlarında Osmanlı imperiyasının regionu işğal etməsindən sonra monastır tərk edilmiş, XX əsrin əvvəllərinə qədər o vəziyyətdə saxlanılmışdır. Monastır bərpa edilərkən monastırın özünə məxsus bəzi xüsusiyyətləri itmişdir.[1]
Kilsə hal-hazırda fəaliyyət göstərir və bir gürcü keşiş icmasına ev sahibliyi edir. Kilsə eyni zamanda bir dini ziyarətgah və turizm obyektidir.
Axali Zarzma ("Yeni Zarzma") olaraq tanınan Zarzma kilsəsinin daha kiçik bir kopyası Abastumani yaxınlıqlarında, eyni bələdiyyədə yerləşir. Kilsə Rusiya imperatorluq ailəsinin bir üzvü olan Böyük Qraf Georgi Alexandroviç tərəfindən istifadəyə verilmişdir. Tiflis şəhərindən olan memar Otto Yakov Simons kilsəni 1899–1902-ci illərdə tikdirmişdir. Kilsənin dizaynında müasir memarlıq xüsusiyyətləri ilə orta əsr gürcü memarlıq üslubu birləşdirilmişdir. Kilsənin daxili dizaynı Rusiya rəssamı Mixail Nesterov tərəfindan freskalarla bəzədilmişdir.[3]