Abastumani


AbastumaniKutaisi quberniyasının Zuqdidi qəzasında (indi Adıgün rayonunda) kənd adı.

Abastumani
აბასთუმანი
41°45′07″ şm. e. 42°49′59″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 19,54 km²
Mərkəzin hündürlüyü 1.340 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 664 nəf. (2023)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 366
Poçt indeksi 0301[2]
Xəritəni göstər/gizlə
Abastumani xəritədə
Abastumani
Abastumani
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Gürcüstanda dağ-iqlim kurortu. Kiçik Qafqazın Mesxeti silsiləsinin cənub yamaclarında, 1250–1450 metr yüksəklikdə, Axaltsixe qəzasının 28 km-liyindədir. İynəyarpaqlı meşəlikdədir. Mülayim iqlimi (orta aylıq temperatur yanvarda –6˚C) təmiz və şəffaf havası ilə səciyyələnir. Əsasən, ağ ciyər vərəminin müalicəsi üzrə ixtisaslaşdırılmışdır.

Yerli tələffüz forması (əsli) Abastuban. Əhalisi 1944-cü ildə deportasiya edilmiş Axısqa türklərinin yaşadığı kəndlərindəndir. XIX əsrdə İrəvan quberniyasının Aleksandropol qəzasında Yuxarı və Aşağı Abastuman kənd adları ilə mənaca eynidir. Xəzərlərin Abas tayfasının adından və qədim türkmənşəli Tuban (Duvan) tayfasının adından ibarətdir. Axalsix rayonunda Mesxeti türklərinin Qara Tuban, Korntuban və Zeduban kənd adları ilə mənaca eynidir. Azərbaycanda Duvannı (indi Qobustan) toponimi ilə bir mənadadır.[3]

  1. https://www.geostat.ge/en/modules/categories/41/population.
  2. http://georgianpost.ge/?site-lang=ka&site-path=help%2Fzipcodes%2F&group=3.
  3. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. Gürcüstanda Türkmənşəli Toponimlərin İzahlı Lüğəti. Bakı, "Nurlan" 2008